...

Deputatlar ombudsmanın hesabatını qəbul etdilər

Siyasət Materials 5 Mart 2019 13:40 (UTC +04:00)
Deputatlar ombudsmanın hesabatını qəbul etdilər.
Deputatlar ombudsmanın hesabatını qəbul etdilər

Bakı. Elçin Mehdiyev – Trend:

Milli Məclisin bu gün keçirilən iclasında insan hüquqları üzrə müvəkkilin (ombudsman) “Azərbaycanda insan hüquqlarının və azadlıqlarının təmin edilməsi və müdafiəsinin vəziyyəti haqqında” 2018-ci il üzrə illik məruzəsi müzakirəyə çıxarılıb.

Deputatlar hesabat ətrafında müzakirələr aparıb və fikirlərini bildiriblər. Ombudsmanın hesabatında bir sıra təkliflər öz əksini tapıb. Hesabatda ən azı 15 il müəllim və həkim işləyənə güzəştli ipoteka kreditinin verilməsinə güzəştlərin tətbiqi, məktəbəqədər təhsil müəssisələrinin yenidən Təhsil Nazirliyinin tabeliyinə qaytarılması, qeydiyyata alınmayan binalardan mənzillərin satılmasını qadağan edilməsi, əlilliyin qruplara görə deyil, şəxsin funksional imkanlarının faiz dərəcəsinə görə müəyyən edilməsi, əhaliyə pulsuz verilən dərmanların siyahısının genişlədirilməsi təklif olunub.

Eyni zamanda hesabatda bir sıra sahələrdə nöqsanlar və onların aradan qaldırılması yolları öz əksini tapıb.

Müzakirələrdən sonra hesabat səsə qoyularaq qəbul edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti