...

Heydər Əliyevin anadan olmasının ildönümü Ankarada qeyd olunacaq

Siyasət Materials 8 May 2019 09:16 (UTC +04:00)
Azərbaycan dövlətinin qurucusu, dünya şöhrətli siyasi xadim Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü bir çox ölkələrdə, o cümlədən qardaş Türkiyədə geniş qeyd edilir.
Heydər Əliyevin anadan olmasının ildönümü Ankarada qeyd olunacaq

Bakı. Elçin Mehdiyev – Trend:

Azərbaycan dövlətinin qurucusu, dünya şöhrətli siyasi xadim Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü bir çox ölkələrdə, o cümlədən qardaş Türkiyədə geniş qeyd edilir.

Trend-in məlumatına görə, Milli Məclisin Səhiyyə komitəsinin sədri, Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Əhliman Əmiraslanov və Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov ümummilli liderin doğum gününə həsr olunmuş silsilə tədbirlərdə iştirak etmək üçün Türkiyənin paytaxtı Ankara şəhərinə səfərə yola düşüblər.

Milli Məclisin komitə sədrləri Ankaradakı Heydər Əliyev adına məktəbdə keçirilən xatirə mərasimində və digər tədbirlərdə müasir Azərbaycan dövlətinin memarı olan ulu öndərin həyat və fəaliyyəti barədə ətraflı məlumat verəcəklər. Türkiyə rəsmilərinin, siyasət adamlarının, elm xadimlərinin, Ankara ziyalılarının, ictimaiyyət və media nümayəndələrinin, həmçinin qardaş ölkədə təhsil alan soydaşlarımızın qatılacağı silsilə tədbirlərdə iştirakçılara tarixən qardaş olan Azərbaycanla Türkiyə arasında münasibətlərin möhkəmlənməsində, əməkdaşlıq əlaqələrinin genişlənməsində Heydər Əliyevin misilsiz xidmətlərindən söhbət açacaqlar.

Səfər mayın 11-də başa çatacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti