...

Kamran Əliyev Monqolustanın ali dövlət xadimləri ilə mühüm əhəmiyyətli görüşlər keçirib (FOTO)

Siyasət Materials 12 İyul 2019 11:08 (UTC +04:00)
Kamran Əliyev Monqolustanın ali dövlət xadimləri ilə mühüm əhəmiyyətli görüşlər keçirmişdir.
Kamran Əliyev Monqolustanın ali dövlət xadimləri ilə mühüm əhəmiyyətli görüşlər keçirib (FOTO)

Bakı. Trend:

Azərbaycan Respublikası Baş prokurorunun müavini – Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi, Beynəlxalq Prokurorlar Assosiasiyasının (BPA) vitse-prezidenti Kamran Əliyev cari ilin iyulun 9-dan 11-dək Monqolustanın paytaxtı Ulan-Bator şəhərinə rəsmi səfər edərək, Monqolustanın Böyük Dövlət Xuralının sədri, Monqolustanın Baş prokuroru, Monqolustanın Korrupsiyaya qarşı Mübarizə üzrə Müstəqil Xidmətinin rəisi, eyni zamanda Monqolustanın Ədliyyə və Daxili İşlər nazirləri ilə rəsmi görüşlər keçirmişdir.

Baş Prokurorluqdan Trend-ə verilən məlumata görə, Monqolustanın Böyük Dövlət Xuralının sədri Gombojavın Zandanşatarla görüş zamanı Kamran Əliyev Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Monqolustan Prezidenti cənab Xaltmaaqiyn Battulqa arasında mövcud olan qarşılıqlı etimad və dostluq münasibətlərinin xalqlarımız arasında dərin tarixi köklərə söykənən siyasi, iqtisadi və mədəni əlaqələrin inkişaf etdirilməsi üçün platforma təşkil etdiyini vurğulayaraq, ikitərəfli münasibətlərimizin sürətlənməsinə geniş imkanlar yaratdığını bildirmiş, eyni zamanda Azərbaycanda həyata keçirilən korrupsiyaya qarşı qətiyyətli mübarizə tədbirləri barədə məlumat vermişdir.

K.Əliyev həmçinin, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” 3 aprel 2019-cu il tarixli Fərmanından irəli gələn tövsiyə və tapşırıqların icrasının ölkəmizdə qanunçuluğun və hüquq qaydasının möhkəmləndirilməsi prosesinə böyük töhfə verdiyini xüsusi qeyd etmişdir.
Daha sonra Monqolustanın Baş prokuroru Jarqalsaikxan Banzraqçiyinlə keçirilmiş ikitərəfli görüş çərçivəsində Kamran Əliyev Beynəlxalq Prokurorlar Assosiasiyasının (BPA) vitse-prezidenti qismində BMT-nin İqtisadi və Sosial Şurasında məşvərətçi statusa malik olan və 100-dən çox dövləti özündə birləşdirən BPA-nın əsas istiqamətləri və fəaliyyəti ilə əlaqədar məlumat vermiş, bununla əlaqədar Monqolustan Baş Prokurorluğu ilə BPA arasında qurulmuş əməkdaşlıq münasibətlərininin ayrı-ayrı sahələri, habelə Assosiyasiyanın səmərəli fəaliyyətindən daha çox faydalanmaq üçün mövcud imkanlar barədə fikir mübadiləsi aparmışdır.
Monqolustanın Korrupsiyaya qarşı Mübarizə üzrə Müstəqil Xidmətinin rəisi Daşdavaa Zandraa ilə görüşdə müasir dövrümüzdə transmilli xarakter daşıyan korrupsiyaya qarşı mübarizə sahəsində beynəlxalq və regional səylərin daha da artırılması yönündə geniş fikir mübadiləsi aparılmış, əməkdaşlığın dərinləşdirilməsi üçün hər iki ölkənin daxili mübarizə resurslarını gücləndirmələri ilə yanaşı, beynəlxalq müstəvidə də vahid və qətiyyətli mövqedən çıxış etmələrinin vacibliyi vurğulanmışdır.
Monqolustanın Ədliyyə və Daxili İşlər naziri ilə görüşlərdə K.Əliyev tərəfindən ölkəmizdə bu sahələrin inkişafını təmin edən ardıcıl və məqsədyönlü islahatlar barədə ətraflı məlumatlar vermişdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti