...

Elmar Məmmədyarov Bəhreyn Krallığının xarici işlər naziri ilə görüşüb

Siyasət Materials 26 Sentyabr 2019 02:32 (UTC +04:00)

Bakı. Trend:

BMT BA-nın 74-cü sessiyası çərçivəsində Xarici İşlər naziri Elmar Məmmədyarov Bəhreyn Krallığının Xarici İşlər naziri Şeyx Xalid bin Ahmed Mohamed Al Xalifa ilə görüşüb.

Nazirlikdən Trend-ə verilən məlumata görə, nazirlər Azərbaycan və Bəhreyn arasında mövcüd olan ikitərəfli əməkdaşlıq münasibətlərini müzakirə etdilər və ölkələr arasındakı əlaqələrin daha da dərinləşdirilməsinin əhəmiyyətini vurğuladılar.

Tərəflər, bu ilin 25-26 oktyabr tarixlərində Bakıda keçiriləcək Qoşulmama Hərəkatının Zirvə görüşü və Azərbaycanın qarşıdan gələn 3 il ərzində bu Hərəkata sədrliyi məsələlərinə dair fikir mübadiləsi apardılar.

Nazirlər, habelə regional və qlobal təhlükəsizlik məsələləri, eləcə də BMT Baş Assambleyasının 74-cü sessiyasının gündəliyindəki digər məsələləri müzakirə etdilər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti