...

Azərbaycanda yeni səfirlik fəaliyyətə başladı

Siyasət Materials 1 Oktyabr 2019 16:46 (UTC +04:00)
Xarici İşlər Nazirliyinin Dövlət Protokolu idarəsinin rəisi Slovakiya Respublikasının Azərbaycan Respublikasına yeni təyin olunmuş müvəqqəti işlər vəkilini qəbul edib
Azərbaycanda yeni səfirlik fəaliyyətə başladı

Bakı. Trend:

Xarici İşlər Nazirliyinin (XİN) Dövlət Protokolu idarəsinin rəisi, səfir Pərvin Mirzəzadə Slovakiyanın Azərbaycana yeni təyin olunmuş müvəqqəti işlər vəkili Elçin Qasımovu qəbul edib.

XİN-dən Trend-ə verilən məlumata görə, görüşdə E.Qasımov Slovakiyanın Xarici və Avropa İşləri üzrə Nazirliyi tərəfindən ünvanlanmış notanı Pərvin Mirzəzadəyə təqdim etdi.

Notada verilmiş məlumata əsasən, 2019-cu ilin 1 oktyabr tarixindən etibarən Slovakiyanın Azərbaycanda səfirliyi fəaliyyətə başlayır.

Səfir P.Mirzəzadə Slovakiyanın Azərbaycanda səfirliyinin açılmasının iki ölkə arasında əməkdaşlığın və dostluğun daha da genişləndirilməsi və irəlilədilməsinə təkan verəcəyini bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti