...

Bələdiyyə seçkiləri ilə bağlı 5 milyon 20287 bildiriş çap olunacaq

Siyasət Materials 5 Noyabr 2019 17:21 (UTC +04:00)
Bu gün Mərkəzi Seçki Komissiyasının (MSK) növbəti iclası keçirilib.
Bələdiyyə seçkiləri ilə bağlı 5 milyon 20287 bildiriş çap olunacaq

Bakı. Elçin Mehdiyev - Trend:

Bu gün Mərkəzi Seçki Komissiyasının (MSK) növbəti iclası keçirilib. Trend-in məlumatına görə, iclasın əvvəlində MSK-nın 31 oktyabr 2019-cu il tarixli protokolu təsdiq olunub.

Daha sonra iclasda dekabrın 23-ə təyin edilmiş bələdiyyə seçkilərində səsvermənin yeri və vaxtı barədə seçiciləin məlumatlandırılmasına dair bildirişlərin mətni, forması, sayı və hazırlanması qaydası təqsdiqlənib.

MSK katibi Arifə Muxtarova bildirib ki, bu il keçiriləcək bələdiyyə seçkiləri ilə bağlı 5020287 bildiriş çap olunacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti