...

Azərbaycan zəlzələyə görə Albaniyaya 500 min avro ayırıb

Siyasət Materials 29 Noyabr 2019 16:00 (UTC +04:00)
Bu barədə Baş nazir Əli Əsədov sərəncam imzalayıb.
Azərbaycan zəlzələyə görə Albaniyaya 500 min avro ayırıb

Bakı. Elçin Mehdiyev - Trend:

Azərbaycan zəlzələyə görə Albaniyaya 500 min avro ayırıb

Trend-in məlumatına görə, bu barədə Baş nazir Əli Əsədov sərəncam imzalayıb.

Sərəncama əsasən, noyabrın 26-da Albaniyada baş vermiş təbii fəlakətdən zərər çəkmiş əhaliyə humanitar yardım göstərilməsi məqsədilə Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Ehtiyat Fondundan Azərbaycan Xarici İşlər Nazirliyinə 500 000 (beş yüz min) avronun manat ekvivalenti məbləğində vəsait ayrılıb.

Maliyyə Nazirliyi sərəncamda göstərilən vəsaitin müəyyən olunmuş qaydada ödənilməsini təmin etməlidir.

Sərəncam imzalandığı gündən qüvvəyə minir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti