Sona Əliyeva: Radikal müxalifətin qarayaxmaları, anti-milli fəaliyyətləri seçkinin nəticəsinə heç bir təsir göstərməyəcək

Sona Əliyeva: Radikal müxalifətin qarayaxmaları, anti-milli fəaliyyətləri seçkinin nəticəsinə heç bir təsir göstərməyəcək

Bakı. Elçin Mehdiyev – Trend:

Azərbaycanda bələdiyyə və parlament seçkiləri keçiriləcək. Artıq bələdiyyə seçkilərinin vaxtı da dəqiqdir. Yəqin ki, yaxın vaxtlarda parlament seçkilərinin vaxtı müəyyənləşəcək.

Bunu Trend-ə Milli Məclisin deputatı Sona Əliyeva deyib.

S.Əliyeva bildirib ki, hər iki seçki radikal müxalifətə özünü təsdiqləmək üçün bir imkan idi: “Amma onlar bu imkandan istifadə etmək əvəzinə seçkilər barədə sərsəm fikirlər səsləndirməkdədirlər. Bu da başadüşüləndir. Çünki müxalifətin sosial bazası yoxdur və elektorata sahib deyil. Seçkilərə qatılıb biabır olmaqdansa, bu cür çirkinliklərə, qarayaxmalara əl atırlar. Onların seçkilərə qatılmaq gücləri yoxdur. Çünki onlar öz siyasi təşkilatlarını partiyadan dərnək səviyyəsinə endiriblər. Xarici ölkələrdə mühacir alverləri ilə məşğul olmaqdadırlar.

Onların bu çirkin fəaliyyətlərini bu yaxınlarda bütün dünya gördü. Belələrinin yanında heç kim qalmaz. Olan-qalan üzvləri də oradan uzaqlaşdılar, istefa verdilər. Onlar 27 il əvvəl məğlub olublar. Xalq hazırkı hakimiyyəti dəstəkləyir. Xalq-iqtidar birliyi bütövdür, sarsılmazdır. Onların qarayaxmaları, anti-milli fəaliyyətləri seçkinin nəticəsinə heç bir təsir göstərməyəcək”.

Deputat vurğulayıb ki, Azərbaycan cəmiyyəti Yeni Azərbaycan Partiyasının (YAP) Siyasi Şurasının, parlament fraksiyasının qərarını hörmətlə qarşılayır və bu qərara öz dəstəyini nümayiş etdirir:

“Çünki biz bununla parlament tarixində yeni ənənənin başlanğıcını qoyuruq. Bununla yanaşı, parlamentin fəaliyyətinin təkmilləşdirilməsi, daha da mükəmməlləşdirilməsi ilə bağlı cəmiyyətin düşüncələri var. Bu baxımdan Yeni Azərbaycan Partiyasının parlamentin buraxılması ilə bağlı müraciəti əslində xalqın etimadını yenidən qazanmaq niyyətindən irəli gəlir. Görünür ki, YAP cəmiyyətin nəbzini tutmağı, sosial sifarişləri qəbul etməyi və bu sifarişlərin qanuni şəkildə reallaşdırılmasının yolları üzərində düşünür və belə bir yol məqbul hesab olunur. Bu, eyni zamanda YAP-ın xüsusi siyasi mədəniyyətini göstərir.

YAP növbədənkənar parlament seçkilərinin keçirilməsi təşəbbüsünü irəli sürməklə, hakimiyyətin hər üç qolu arasında qarşılıqlı əlaqəyə əsaslanan sistem xarakterli islahatlara, o cümlədən struktur və kadr dəyişikliklərinə, yeniləşməyə doğru cəsarətli bir addım atmaqla parlamentin də ölkənin ümumi inkişaf surətinə uyğunlaşması işinə əhəmiyyətli bir töhfə verdi. Məqsəd islahatlar coğrafiyasının genişlənməsidir”.

Qeyd edək ki, noyabrın 28-də parlamentdə çoxluq təşkil edən Yeni Azərbaycan Partiyasının Siyasi Şurası Milli Məclisə parlamentin buraxılması və növbədənkənar seçkilərin keçirilməsi haqqında müraciət ünvanlayıb və bu məsələ ilə əlaqədar iclasın çağırılmasını xahiş edib. Dekabrın 2-də Milli Məclis müraciəti müzakirəyə çıxarıb və “Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərin təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinə müraciət edilməsi barədə” Qərar qəbul edib. Azərbaycan Respublikasının Prezidenti Milli Məclisin müraciətində göstərilmiş parlamentin buraxılması məsələsinin Konstitusiyaya uyğunluğu ilə bağlı Konstitusiya Məhkəməsinə sorğu göndərib.

Dekabrın 2-də Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Palatasının növbəti iclasında Milli Məclisin buraxılmasının Konstitusiyaya uyğunluğu barəsində Azərbaycan Prezidentinin sorğusuna baxılaraq, Plenumun icraatına qəbul edilməsi haqqında qərardad çıxarılıb.

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun dekabrın 4-də çıxardığı qərara əsasən, “Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərin təyin edilməsi haqqında Azərbaycan Respublikasının Prezidentinə müraciət edilməsi barədə” Azərbaycan Respublikası Milli Məclisinin 2019-cu il 2 dekabr tarixli Qərarı Azərbaycan Respublikası Konstitusiyasının 981-ci maddəsinin I hissəsinə uyğun hesab olunub.

Bu il 290 kilometr qaz xətti təmir olunub (FOTO)
Bu il 290 kilometr qaz xətti təmir olunub (FOTO)
Azərbaycanda avtomobil benzinin istehsalı artıb
Azərbaycanda avtomobil benzinin istehsalı artıb
Qroznı-Bakı neft kəmərinin bir hissəsinin tikintisi başa çatıb
Qroznı-Bakı neft kəmərinin bir hissəsinin tikintisi başa çatıb
Loading Bars
Xəbər lenti
Əmək müqaviləsinə xitam verilmiş şəxslər üçün sığorta stajı azaldıldı - FƏRMAN
Artıq PAŞA Bank müştəriləri olan kiçik və orta sahibkarlar Tender qarantiyasını almaq üçün Onlayn Bankdan müraciət edə bilərlər
DİM GRE: General Test imtahanı keçirəcək
Açıq şəkildə satılan çörək-bulka məmulatları ilə bağlı AQTA-dan açıqlama
AZAL Naxçıvana reyslərin sayını artırır
Sentyabrın 22-də manatın dollara qarşı məzənnəsi
Brayza: KTMT Ermənistanın və ya hər hansı bir digər dövlətin təxribatçı fəaliyyətini dəstəkləmir
Xızıda dayı bacısı oğlunu bıçaqladı
Carlsberg Azerbaijan və UAFA “toksik trio”nun gənclərə təsirini araşdırmaq üçün sosial tədqiqat aparmışlar (FOTO)
Bakıda Qazaxıstanın Ticarət Evi açılacaq
Namiq Abdullayev yığma komandanın baş məşqçisi təyin edilib
Milli Məclisin sədri Sahibə Qafarova Rusiyada rəsmi səfərdədir (FOTO)
Şəhid çavuş dəfn edildi (FOTO) (ƏLAVƏ OLUNUB)
Deputat: Ermənistanın əl atacağı növbəti təxribat bu ölkə üçün çox ağır nəticələrə gətirib çıxaracaq
“Kəndlərdə idmanı inkişaf etdirək” layihəsi üzrə növbəti tədbir Balakən rayonunda keçirilib (FOTO)
Millət vəkili Nizami rayon sakinləri ilə görüşləri davam etdirir (FOTO)
Azərbaycan və Macarıstan arasında bir sıra sahələr üzrə sazişlər təsdiqləndi
Lənkəranda regional turizm idarəsi açılır
Naqif Həmzəyev: Ermənistanın avantürist, məkrli planı tezliklə puç olacaq
Piter Teys: Ermənistan rəhbərliyinin təhrikedici açıqlamaları Dağlıq Qarabağ münaqişəsi ətrafındakı gərgin vəziyyəti daha da çətinləşdirir
Dərslikdə erməni bayrağının rənglərinin olması iddiasına dair Təhsil Nazirliyindən açıqlama
“AzInTelecom” media nümayəndələrinə bulud texnologiyaları haqqında təlim keçib (FOTO)
ÜST koronavirus vaksininə görə Rusiyaya təşəkkür edib
“İki sahil” qəzeti Neftçilər Gününə həsr olunmuş xüsusi buraxılış hazırlayıb
Rusiyada koronavirusa yoluxanların sayı 1,1 milyon nəfəri keçib
YAP Gənclər Birliyi erməni təxribatı ilə bağlı bəyanat yayıb
Prezident İlham Əliyevin müsahibəsində səsləndirdiyi bəyanatlar Rusiya KİV-lərinin diqqət mərkəzindədir (FOTO)
Daha 14 şəhid ailəsi və Qarabağ müharibəsi əlili evlə təmin olundu (FOTO)
Prokurorluq “Royal Park”da baş verən ölüm hadisəsilə bağlı məlumat yaydı
İranda 177 nəfər koronavirusdan ölüb
Azər Türk Bank “Mərkəz” filialını yeni konsepsiyada qurur
DİM kollecə qəbul olmaq istəyən abituriyentlərə müraciət edib
İnternet üzərindən satış edirsiniz, lakin nağdsız ödəniş qəbul etmək üçün POS terminal, vebsayt və ya mobil əlavəniz yoxdur?
Ceyhun Bayramovun moldovalı həmkarı ilə telefon danışığı olub
Azərbaycan Dillər Universitetində “Çin mədəniyyəti həftəsi” keçirilir
Tovuzda növbəti erməni təxribatı ilə bağlı cinayət işi başlandı
Azərbaycanda qızıl bahalaşıb
Azərbaycana silahlı müdaxilə Ermənistan üçün fəlakətli nəticələrə gətirib çıxaracaq - Gürcüstan deputatı
Bu il 290 kilometr qaz xətti təmir olunub (FOTO)
Bakının yeni turistik məkanına çevriləcək Bibiheybət (FOTOREPORTAJ)
Qiymətli kağızlar bazarı yenidən canlanır: Bazarın yeni iştirakçıları hansı perspektivlər vəd edir?
“WhatsApp”da yeni funksiya işə salınacaq
Bakı Yunus Əmrə İnstitutu Bakı Türk Anadolu Liseyi şagirdlərinə dəstək olub (FOTO)
Neftçalada 18 yaşına çatmamış qızın qeyri-etik fotolarını çəkərək yayan şəxs həbs edilib
Milli Məclisin Gənclər və idman komitəsinin iclası keçirilib (FOTO)
Mətbuat Şurası müraciət yayıb
Hərbçilərə pensiya təyinatının avtomatlaşdırılması tezliklə həll ediləcək - Rəsmi
Altıağacda bıçaqlanma olub (FOTO)
Ali təhsil dövrü staj kimi qəbul edilir - Nazirlik
Çinə Rusiyadan idxal olunan məhsulda koronavirus aşkarlandı
Politoloq: Cəbhədə düşmənin istənilən təxribatının qarşısını ordumuz layiqincə alır
Sabah 28 dərəcəyədək isti olacaq
EY Azərbaycan şirkəti 2020-2021 illər üçün növbəti “EY İlin İş Adamı™” müsabiqəsinə start verdi
DSMF qadınların pensiya təyinatı barədə qaydaları açıqladı
ADRA əməkdaşları “Xəzəri qoruyaq” adlı təmizlik aksiyasında iştirak ediblər (FOTO)
"Ali təhsil haqqında" qanun layihəsi hazırlanır (FOTO)
Deputat: Azərbaycanda nəhəng investisiya layihələri uğurla həyata keçirilir
PAŞA Bank sayt etibarlılığı üzrə mühəndis axtarır
Hərbi salamla məşhurlaşan Eltonun atası: Onun hərbiyə həvəsi körpə vaxtlarından var (FOTO)
BNA: Bakıda qanunsuz parklanmalara qarşı tədbirlər davam edir
DSMF: Bundan sonra kişilərin pensiya yaşı artırılmayacaq
Bakıda dəmir yoluna çıxan kişini elektrovoz vurub öldürdü
ABŞ Dağlıq Qarabağ münaqişəsi üzrə danışıqların həmsədrlərin himayəsi altında bərpasına çağırır - Pompeo
Özünüməşğulluq proqramı gələn il 15 min ailəni əhatə edəcək
Qaxda 2 ton narkotik vasitə məhv edilib
Gürcüstanda 193 yeni yoluxma qeydə alınıb
XİN: Düşmənin sərhəddə törətdiyi bu qanlı cinayətin bütün məsuliyyətini Ermənistanın rəhbərliyi daşıyır
Astara sakini 1 kiloqram heroinlə ələ keçdi (FOTO/VİDEO)
Nümunəvi dönərxanalarda satılacaq dönərlərin qiyməti necə olacaq? - RƏSMİ AÇIQLAMA
“Funda” tibb mərkəzində vergi nəzarəti keçirilib, materiallar məhkəməyə göndərilib
Bakıda restoranda yanğın (FOTO)
Səbail rayonunda yolların yenidən qurulmasına 1,9 milyon manat ayrılıb
Sabirabadda yeni doğulmuş körpə ölüb
Mağazadan oğurluq edən şəxs saxlanılıb (FOTO/VİDEO)
Bakıda məktəbi qızıl və gümüş nişanla bitirən məzunların sayı açıqlanıb
Deputat: Azərbaycan Ermənistanın təxribat xarakterli hərəkətlərinə dözmək niyyətində deyil
Çexiyanın Səhiyyə naziri koronavirusa görə istefa verib
AQTA quşçuluq sahəsində fəaliyyət göstərən sahibkarlara xəbərdarlıq etdi
Dağlıq Qarabağın azərbaycanlı icması bəyanat yayıb
Deputat: Ermənistan öz çirkin və təxribatçı əməllərindən çəkinməsə onun üçün nəticələr ağır olacaq
Sahibkarlar üçün sərfəli şərtlərlə, tamamilə onlayn biznes krediti. Növbəsiz və girovsuz! (VİDEO)
Mebel salonunda bağbanı cərəyan vurub öldürdü
Alkoqol və tütün Alzheimer xəstələri üçün risklidir
Deputat: Məscidləri dağıdan ölkə müsəlmanların dostu ola bilməz
Müdafiə Nazirliyi bəyanat yaydı: Şəhid var
MasterCard Priceless platformasında müştərilər üçün daha çox endirim!
Azərbaycanda könüllülərlə bağlı yenilik: Qanuna dəyişiklik edilir
Azərbaycanda kəskin bağırsaq infeksiyaları və suçiçəyinə yoluxma halları artıb
Deputatların könüllü komandası olacaq
Ermənistanda koronavirusdan ölənlərin sayı 936 nəfərə çatıb
Türkiyədə Azərbaycan kapitalı ilə 70-dən çox şirkət qeydiyyata alınıb
Dövlət Agentliyi “CISCO” şirkəti ilə əməkdaşlığı genişləndirir (FOTO)
Şamaxıda qanunsuz ov edənlər cərimələndi
Sabirabadda 34 yaşlı kişi qaynı tərəfindən güllələndi
“AccessBank” bankomat alışı üzrə tender elan edir
XİN: Ermənistan rəhbərliyinin məsuliyyətsiz və təhrikçi davranışı bölgədə gərginliyi alovlandırır
Tac-Mahal ziyarətçilər üçün açılıb
Deputat: Ermənistan bütün bu təxribatların və işğalın bir sonu olacağını mütləq anlamalıdır
Azərbaycan koronavirusa qarşı vaksinin gətirilməsi ilə bağlı saziş imzalayıb
Rezidenturaya qəbul olmaq üçün ixtisas seçimi aparılır
Bütün xəbərlər