...

Mədəniyyət Nazirliyinin kollektivi ümummilli liderin məzarını ziyarət edib (FOTO)

Siyasət Materials 12 Dekabr 2019 20:53 (UTC +04:00)
Müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, dünya şöhrətli siyasi xadim, xalqımızın ümummilli lideri Heydər Əliyevin vəfatından 16 il ötür.
Mədəniyyət Nazirliyinin kollektivi ümummilli liderin məzarını ziyarət edib (FOTO)

Bakı. Trend:

Müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, dünya şöhrətli siyasi xadim, xalqımızın ümummilli lideri Heydər Əliyevin vəfatından 16 il ötür.

Xalqımız Azərbaycanın dövlətçilik tarixində müstəsna yeri olan bu dahi şəxsiyyətin vətən və millət qarşısında əvəzsiz xidmətlərini heç vaxt unutmur və onun əziz xatirəsini ehtiramla yad edir.

Mədəniyyət Nazirliyindən Trend-ə verilən məlumata görə, ölkəmizin mədəniyyət ictimaiyyəti də Azərbaycana rəhbərliyinin hər iki mərhələsində bu sahənin həqiqi himayədarı olan ulu öndər Heydər Əliyevin mədəniyyət və incəsənətimizə göstərdiyi diqqət və qayğını sonsuz minnətdarlıq duyğusu ilə yada salır.

Mədəniyyət Nazirliyinin, nazirlik yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin, Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin kollektivi dekabrın 12-də Fəxri xiyabana gələrək ulu öndərin məzarını ziyarət etdilər. Nazirliyin əməkdaşları ümummilli liderin məzarı önünə tər çiçək dəstələri düzərək əziz xatirəsinə ehtiramlarını bildirdilər.

Anım mərasimində Bakı şəhərində fəaliyyət göstərən mədəniyyət müəssisələrinin əməkdaşları da iştirak edirdilər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti