...

Azərbaycan artıq Avropa bazarlarında kifayət qədər dayanıqlı rəqabət üstünlüyünə malikdir - Elşad Məmmədov (VİDEO)

Siyasət Materials 19 Dekabr 2019 11:25 (UTC +04:00)
Azərbaycan özünün müasir inkişaf dövrünü yaşayır.
Azərbaycan artıq Avropa bazarlarında kifayət qədər dayanıqlı rəqabət üstünlüyünə malikdir - Elşad Məmmədov (VİDEO)

Bakı. Samir Əli - Trend:

Azərbaycan özünün müasir inkişaf dövrünü yaşayır.

Bunu "PREZİDENT. Müstəqillik. Təhlükəsizlik. Rifah" adlı video layihə çərçivəsində Trend-ə Dövlət İqtisad Universitetinin professoru Elşad Məmmədov deyib.

Onun sözlərinə görə, həm neft, həm də qaz seqmenti üzrə təbii resursların ixracı ilə bağlı düşünülmüş siyasətin həyata keçirilməsi ona şərait yaratdı ki, biz faktiki olaraq bu infrastruktur layihələrinin, təbii ehtiyatlarla bağlı olan layihələrin artıq tam şəkildə reallaşması prosesinin yekununu seyr edirik:

"Bu da onu deməyə əsas verir ki, çox yüksək valatillik olan enerji ixracatı seqmetində Azərbaycan faktiki olaraq öz bazar hədəflərini tapıb. Biz bu gün artıq Avropa bazarlarında kifayət qədər dayanıqlı rəqabət üstünlüyünə malikik. Hətta deyərdim ki, bir sıra Avropa ölkələri Azərbaycan ixrac qazının əldə olunması ilə bağlı bu gün real olaraq mübarizə aparırlar".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti