...

Erməniyönümlü konqresmenlər korrupsiyaya bulaşmış "Ermənistan fondu"nu dəstəkləməkdə ittiham olundu

Siyasət Materials 17 Dekabr 2019 13:42 (UTC +04:00)
ABŞ Nümayəndələr Palatasının bir sıra konqresmenlərinin “Ermənistan Fondu”nu dəstəkləməsi xarici müdaxilə ilə bağlı qalmaqala gətirib çıxara bilər
Erməniyönümlü konqresmenlər korrupsiyaya bulaşmış "Ermənistan fondu"nu dəstəkləməkdə ittiham olundu

Bakı. Trend:

ABŞ Nümayəndələr Palatasının bir sıra konqresmenlərinin “Ermənistan Fondu”nu dəstəkləməsi xarici müdaxilə ilə bağlı qalmaqala gətirib çıxara bilər.

Trend-in məlumatına görə, bu barədə “The Daily Wire” dərc olunmuş məqalədə deyilir.

Məqalədə uzun müddət erməni lobbisini dəstəkləyən qanunvericilərin ikiqat standartlar mövqeyi tutması ifşa edilir.

Nümayəndələr Palatasının üzvü Adam Şiff başda olmaqla Konqresdə Trampın impiçmenti üzrə işin araşdırılması ilə məşğul olan bir qrup qanunverici Amerika KİV-lərində Tramp administrasiyasının güman edilən korrupsiyasının və başqa dövlətin rəhbərliyinin ABŞ-da seçki prosesinə cəlb edilməsinin təhqiqatı bağlı “xəbərlər yaratmaqda” davam edir. Müəllif qeyd edir ki, Adam Şiff və onun həmkarları əvvəlcə “öz evlərində qayda yaratmalıdırlar”:

“Belə adlandırılan Ümumerməni “Hayastan” fondu (“Ermənistan fondu”) yaxın vaxtlarda keçirdiyi illik telemarafon zamanı cəmi 10 milyon dollar yığıb. Xatırladaq ki, bir il bundan əvvəl fondun direktoru Ara Vardanyan ona etibar edilmiş maliyyə vəsaitlərindən qanunsuz istifadəyə pul vəsaitlərini israf etdiyinə görə ittiham üzrə həbs edilib. Müqayisə üçün qeyd edək ki, 2018-ci ildə həmin telemarafon zamanı 11,1 milyon dollar, 2017-ci ildə 12,5 milyon dollar, 2016-cı ildə 15,4 milyon dollar, 2008-ci ildə isə 35 milyon dollar yığılmışdı. Göründüyü kimi, məbləğ azalmaqda davam edir”.

Müəllif vurğulayır ki, məsələn, demokratlar Adam Şiff, Ceki Şpeyer, Frenk Pallone, Tulsi Qabbard və Bred Şerman illər boyu bu “azalan fond”un tərəfdarları və telemarafonun qonağıdırlar. Onlar hamısı Trampın impiçmentinin qızğın tərəfdarlarıdır.

Məqalədə qeyd olunur ki, bu demokratların belə fəal dəstəklədiyi “Ermənistan fondu”nun özünün ABŞ-ın daxili işlərinə xarici müdaxilədə əli var:

“Ermənistan Fondu”nun problemləri artıq onun yaradıldığı andan başlanıb. 1992-ci ildə Ermənistan prezidentinin fərmanı ilə yaradılmış və 1994-cü ildə Los-Ancelesdə fəaliyyətə başlamış fond özünü “Ermənistan Respublikasının və Arsax Respublikasının ehtiyaclarına xidmət edən” və “erməni xalqı üçün daha yaxşı vətən yaratmaq məqsədilə Ermənistan xalqını bütün dünyada erməni diasporu ilə birləşdirmək missiyasını yerinə yetirən humanitar təşkilat” adlandırır. Miller qeyd edir ki, “Arsax” termini ermənilər tərəfindən Dağlıq Qarabağ - BMT-nin Ermənistanı pisləyən qətnamələrinə rəğmən erməni qoşunları tərəfindən işğal edilmiş Azərbaycan ərazisi barəsində istifadə olunur. Ermənistan Fondu Konqresdə öz tərəfdarları üçün bir növ dilemma yaradır: demokratlar, bir tərəfdən, impiçment prosesi zamanı prezident Trampın tərəfdaşlarını qeydiyyatdan keçməmiş xarici agentlər kimi fəaliyyətinə görə ittiham etmək və eyni zamanda, bu fakta məhəl qoymamaq istəyirlər ki, xarici hökumət tərəfindən təsis edilmiş və idarə heyətinin sədri Ermənistanın keçmiş prezidenti olan fond özü də xarici agentlərin qeydiyyatı haqqında Qanuna uyğun olaraq qeydiyyatı alınmayıb?”

Məqalənin sonunda müəllif yazır ki, bu qanunvericilər vəsait yığımı və lobbiçilik üzrə erməni-amerika aparatından uzaqlaşmasalar, onlar praktik olaraq xarici təsir və prezidentin impiçmenti haqqında müzakirələrdə cəmiyyətin etimadını qazana bilməyəcəklər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti