...

Prezident İlham Əliyevə doğum günü münasibətilə təbriklər gəlməkdədir

Siyasət Materials 30 Dekabr 2019 20:14 (UTC +04:00)
Arxangelsk vilayətinin qubernatoru İqor Orlovdan Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu gəlib.
Prezident İlham Əliyevə doğum günü münasibətilə təbriklər gəlməkdədir

Bakı. Trend:

Arxangelsk vilayətinin qubernatoru İqor Orlovdan Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu gəlib.

Trend-in məlumatına görə, təbrikdə deyilir: "Hörmətli İlham Heydər oğlu. Doğum gününüz münasibətilə ən səmimi təbriklərimi qəbul edin.

Qoy Sizin geniş dünyagörüşünüz və müdrikliyiniz, peşəkarlığınız və zəngin təcrübəniz, enerjiniz və həyatsevərliyiniz bütün məqsəd və planlarınızın uğurla həyata keçməsinin rəhni olsun.

Sizə uğur qazanacağınıza qəti inam və xeyirxah işlər üçün qüvvə arzulayır, cansağlığı, firavanlıq və doğmalarınızın hərtərəfli dəstəyini diləyirəm".

XXX

Şanxay Əməkdaşlıq Təşkilatının Baş Katibi Vladimir Norovdan Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu gəlib.

Təbrikdə deyilir: "Çox hörmətli İlham Heydər oğlu. Doğum gününüz münasibətilə ən səmimi təbriklərimi qəbul edin.

Siz böyük siyasi təcrübənizdən və peşəkarlığınızdan istifadə edərək Azərbaycan Respublikasının ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında yüksək nəticələrə nail olmaq üçün qətiyyətli və ardıcıl səylər göstərirsiniz.

Azərbaycanın inkişafının təmin edilməsinə, beynəlxalq arenada respublikanın nüfuzunun möhkəmlənməsinə və xalqın rifahının yüksəlməsinə yönəlmiş fədakar əməyiniz ölkənizdə və onun hüdudlarından kənarda Zati-alinizə layiqli hörmət qazandırıb.

Əminəm ki, Sizin müdrik rəhbərliyinizlə Azərbaycan ictimai həyatın bütün sahələrinin dinamik təkmilləşdirilməsini və dünyada fəal siyasətin həyata keçirilməsini davam etdirəcək.

Şanxay Əməkdaşlıq Təşkilatının inkişaf məsələlərinə və geniş Avrasiya məkanında mövqelərinin möhkəmlənməsinə daimi diqqətinizə görə Sizə səmimi qəlbdən minnətdarıq.

Hörmətli İlham Heydər oğlu.

İcazə verin, Sizə möhkəm cansağlığı, Azərbaycan xalqının rifahı naminə məsul dövləti fəaliyyətinizdə yeni böyük nailiyyətlər arzulayım".

XXX

Ukraynanın sabiq Prezidenti (1994-2005) Leonid Kuçmadan Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu gəlib.

Təbrikdə deyilir: "Əziz İlham Heydər oğlu. Doğum gününüz münasibətilə səmimi təbriklərimi qəbul edin.

Siz hələ gəncsiniz, ona görə yəqin düşünürsünüz ki, həyatda ən mühüm zəfərlər hələ irəlidədir. Siz müdrik insansınız, ona görə də yəqin bilirsiniz ki, insanın yaşı onun yaşadığı illərlə deyil, gördüyü işlərlə müəyyən olunur.

Buna görə arzu edirəm ki, Siz həyatınızın istənilən anında həm keçmişə nəzər salanda, həm də irəliyə baxanda həqiqətən intəhasız məkanlar görə biləsiniz. Bu məkanlar sevdiyiniz insanlara və yaxınlarınıza görə fərəh, ölkənizin qayğıları və onun qələbələrinə görə qürur hissi ilə dolu olsun".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti