...

Müstəqil Dövlətlər Birliyinə sədrlik Özbəkistana keçib

Siyasət Materials 2 Yanvar 2020 10:05 (UTC +04:00)
Yanvarın 1-dən Müstəqil Dövlətlər Birliyinə sədrlik bir il müddətinə Özbəkistana keçib
Müstəqil Dövlətlər Birliyinə sədrlik Özbəkistana keçib

Bakı. Trend:

Yanvarın 1-dən Müstəqil Dövlətlər Birliyinə (MDB) sədrlik bir il müddətinə Özbəkistana keçib.

Trend-in Özbəkistan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, bu haqda qərar MDB Dövlət Başçıları Şurasının ötən il oktyabrın 11-də Aşqabadda keçirilən iclasında qəbul edilib.

Özbəkistan eyni zamanda həm də MDB Hökumət Başçıları Şurasına, Xarici İşlər Nazirləri Şurasına və İqtisadi Şuraya sədrlik edəcək.

Özbəkistanın MDB-yə sədrliyi dövründə bir il ərzində təxminən 70 tədbirin keçiriləcəyi, həmçinin 10-dan artıq sənədin qəbul ediləcəyi planlaşdırılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti