Bakı. Trend:
37 saylı Nizami birinci (Gəncə) seçki dairəsindən Yeni Azərbaycan Partiyasının deputalığa namizədi Pərvin Kərimzadənin təbliğat-təşviqat kampaniyası çərçivəsində növbəti görüşü şəhərin Yeni Gəncə qəsəbəsində və Totanlı küçəsində olub.
Trend-in məlumatına görə, seçicilərlə keçirdiyi hər bir görüşdə Pərvin Kərimzadə Yeni Azərbaycan partiyasının ölkənin ictimai- siyasi həyatındakı uğurlarından danışıb, partiyanın irəli sürdüyü seçki platformasında vətəndaşların maddi-rifah halının yaxşılaşdırılmasının əsas götürüldüyünü diqqətə çatdırıb. Pərvin Kərimzadə seçiciləri “Daha güclü Azərbaycan naminə !” şüarı ilə seçkilərə qatılan Yeni Azərbaycan Partiyasının namizədinə səs verməyə çağırıb.
Seçicilər Pərvin Kərimzadənin millət vəkili kimi fəaliyyətini yüksək qiymətləndirib, ölkədə həyata keçirilən islahatların fəal təbliğatçısı olduğunu diqqətə çatdırıb, fevralın 9-da məmnuniyyətlə seçki məntəqələrinə gedəcəklərini və Yeni Azərbaycan Partiyasının namizədi Pərvin Kərimzadəyə səs verəcəklərini dilə gətiriblər.
Seçici fəallığı ilə keçən görüşlərdə sakinlərin sualları cavablandırılıb,təklif və problemlərinin qeydiyyatı aparılıb.