...

Deputatlığa namizəd Məşhur Məmmədovun görüşləri davam edir (FOTO)

Siyasət Materials 5 Fevral 2020 18:54 (UTC +04:00)
70 saylı Masallı şəhər seçki dairəsindən deputatlığa namizəd Məşhur Məmmədovun ərazi ilk partiya təşkilat sədrləri ilə görüşü keçirilib.
Deputatlığa namizəd Məşhur Məmmədovun görüşləri davam edir (FOTO)

Bakı. Trend:

YAP Masallı rayon təşkilatının qərargahında 70 saylı Masallı şəhər seçki dairəsindən deputatlığa namizəd Məşhur Məmmədovun ərazi ilk partiya təşkilat sədrləri ilə görüşü keçirilib.

Trend-in məlumatına görə, çıxış edən YAP Masallı rayon təşkilatının sədri Seyfəddin Əliyev 9 fevral parlament seçkiləri və Masallı rayonunda seçki öncəsi aparılan təbliğat-təşviqat işləri haqqında danışdı. Seyfəddin Əliyev görüş iştirakçılarına Yeni Azərbaycan Partiyasının 70 saylı Masallı şəhər seçki dairəsindən deputatlığa namizəd Məşhur Məmmədovun fəaliyyəti haqqında geniş məlumat verərək hər kəsi seçki günü fəal olmağa və bu seçkilərdə Daha güclü Azərbaycan naminə Yeni Azərbaycan Partiyasının namizədini dəstəkləməyə dəvət etdi.

Görüşdə çıxış edən Məşhur Məmmədov bildirdi ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasət nəticəsində ölkəmizdə bütün sahələr inkişaf edir. Azərbaycanın bölgələrinin də sosial-iqtisadi inkişafı xüsusi diqqət mərkəzindədir. Məşhur Məmmədov hazırda Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə hərtərəfli islahatların həyata keçirildiyini diqqətə çatdırıb. Onun sözlərinə görə, siyasi, sosial-iqtisadi, mədəni-humanitar nailiyyətlərimizin hər biri məhz ardıcıl və sistemli islahatların nəticəsində mümkün olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti