...

Deputatlığa namizəd Aydın Hüseynov seçicilərlə növbəti görüşünü Qızıldaş qəsəbəsində keçirib (FOTO)

Siyasət Materials 6 Fevral 2020 20:46 (UTC +04:00)

Bakı. Trend:

Yeni Azərbaycan Partiyası tərəfindən deputatlığa namizədliyi 11 saylı Qaradağ seçki dairəsindən irəli sürülən Aydın Hüseynov seçicilərlə növbəti görüşünü Qızıldaş qəsəbəsində keçirib.

Trend-in məlumatına görə, təmsil olduğu partiyanın müstəqil respublikamızın inkişafında, əhalinin rifah halının yaxşılaşdırılmasında, ölkəmizin dünya birliyində rolunun genişlənməsidə və digər məsələlərin həllində müstəsna xidmətlərinə toxunan YAP Qaradağ rayon təşkilatının sədri Aydın Hüseynov fikrini konkret faktlarla əsaslandırdı. Qeyd etdi ki, Azərbaycan bir dövlət kimi parçalanmaq təhlükəsi ilə qarşılaşanda xalqımızın yekdil çağırışı ilə hakimiyyətə gələn partiyamızın sədri, ümummilli lider Heydər Əliyevin müdrik siyasəti və qətiyyətli rəhbərliyi sayəsində ölkəmiz yeni bir inkişaf dövrünə qədəm qoydu. Bu uğurlu işlərin Respublika Prezidenti İlham Əliyev tərəfindən davam etdirilməsi nəticəsində Azərbaycan nəinki regionda, o cümlədən dünya birliyində də rolunu durmadan genişləndirir. Beynəlxalq təşkilatlar tərəfindən aparılan araşdırmalar bir daha təsdiqləyir ki, ölkəmiz bütün sahələr üzrə inkişaf etməkdə olan ölkələrdən birinə çevrilib.

Qeyd olundu ki, partiyamız qazandığı bu uğurları daha da inkişaf etdirmək üçün fəaliyyətini durmadan genişləndirir. Bu səbəbdən də iqtidar partiyası olaraq xalqın azad seçiminə tam şərait yaradılıb və seçkilərin azad və ədalətli keçirilməsinə nail olub. Çünki hər bir ölkənin inkişafı xalqın səsbəst seçimindən asılıdır. Bununla yanaşı növbəti seçkilərdə də seçicilərın yekdil səsini qazanmaq üçün daha güclü Azərbaycan naminə devizi ilə seçkilərə qatılıb və seçicilərə müraciət edib: Azərbaycanın gələcəyinə səs ver!

Çıxış edən seçicilər Yeni Azərbaycan Partiyasının cəmiyyətimizdə rolunu və Qaradağ rayonundan Milli Məclisin V çağırış deputatı seçilmiş Aydın Hüseynovun deputatlıq fəaliyyətini yüksək dəyərləndirdiklərinə görə növbəti seçkidə də partiyanın namizədinə səs verəcəklərini bildirdilər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti