...

Sevinc Hüseynovanın seçicilərlə görüşləri yüksək əhval-ruhiyyə ilə keçir (FOTO)

Siyasət Materials 6 Fevral 2020 20:49 (UTC +04:00)

Bakı. Trend:

103 saylı Gədəbəy seçki dairəsindən YAP-ın deputatlığa namizədi Sevinc Hüseynovanın parlament seçkilərinin təbliğat-təşviqat kampaniyası çərçivəsində seçicilərlə növbəti görüşü də xoş ovqat və yüksək əhval-ruhiyyə ilə keçib.

Trend-in məlumatına görə, 103 saylı Gədəbəy seçki dairəsini əhatə edən Əlinağılar və Gərgər kəndlərinin sakinləri ilə görüşdə YAP Gədəbəy rayon təşkilatının sədri Rüstəm Nağıyev çıxış edərək ölkə Prezidenti İlham Əliyevin həyata keçirdiyi sosial-iqtisadi siyasət nəticəsində respublikamızın ictimai-siyasi həyatındakı uğurlardan, müxtəlif sahələrinin, o cümlədən regionların sosial-iqtisadi inkişafına dair dövlət proqramların yüksək səviyyətə həyata keçirildiyindən danışıb.

Qeyd edib ki, əldə edilən nəticələr ölkədə işsizliyin azaldılmasına və əhalinin, xüsusilə gənclərin faydalı əməklə məşğulluğunun artırılmasına, əhalinin yaşayış səviyyəsinin yüksəldilməsinə, əmək haqlarının və təqaüdlərin artırılmasına gətirib çıxarıb.

Rüstəm Nağıyev deyib ki, deputatlığa namizəd Sevinc Hüseynovanın çoxşaxəli fəaliyyətindən bəhs edərək seçiciləri islahatların davamlı olmasına dəstək verməyə və Yeni Azərbaycan Partiyasının namizədinə səs verməyə çağırıb.

Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyinin irəli sürülməsinə, ona göstərilən etimada görə partiyanın Sədri, Prezident İlham Əliyevə dərin minnətdarlığını bildirən deputatlığa namizəd Sevinc Hüseynova seçicilərə Yeni Azərbaycan Partiyasının seçki platforması, tərcümeyi-halı, əmək və elmi-siyasi fəaliyyəti, eləcə də ötən 9 ilə yaxın müddətdə millət vəkili kimi gördüyü işlər haqqında ətraflı məlumat verib.

Sonda deputatlığa namizəd Sevinc Hüseynova görüş iştirakçılarını 9 fevral parlament seçkilərində fəal iştirak etməyə, ölkənin aparıcı siyasi qüvvəsi olan Yeni Azərbaycan Partiyasının namizədlərinə dəstək olmağa çağırıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti