Bakı. Trend:
"Gəncə şəhərində istənilən vətəndaş hər an sizin qəbulunuza düşə bilir”, “Prezidentimizi dəstəkləyirik, Siz də Prezidentimizin əsgərisiz”, “Bizim sözlərimizi daim yuxarı orqanlara çatdırırsız”, ”Bir seçici olaraq, Sizin fəaliyyətinizdən çöx razıyıq”, “Daha güclü Azərbaycan naminə Yeni Azərbaycan Partiyasının namizədlərinə səs verəcəyik".
Trend-in məlumatına görə, bu sözlər 38 saylı Nizami ikinci (Gəncə) seçki dairəsindən deputatlığa namizədliyi Yeni Azərbaycan Partiyası tərəfindən irəli sürülən Naqif Həmzəyevin təbliğat-təşviqat kampaniyası çərçivəsində seçicilərlə keçirdiyi hər bir görüşdə səsləndirilib.
Seçicilər Naqif Həmzəyevin deputatlıq fəaliyyəti dövründə gördüyü işləri yüksək dəyərləndirərək, onu yenidən Milli Məclisdə görmək istədiklərini bildirib, 9 fevral növbədənkənar parlament seçkilərində seçki məntəqələrinə gəlib Yeni Azərbaycan Partiyasının namizədinə səs verməklə təsdiqləyəcəklərini qeyd ediblər.
Naqif Həmzəyev hər bir görüşdə Yeni Azərbaycan Partiyası qazandığı uğurları daha da inkişaf etdirmək üçün fəaliyyətini durmadan genişləndirdiyini diqqətə çatdırıb, seçiciləri müasir, yeni, təkmil parlamentin formalaşmasına hədəflənmiş 9 fevral növbədənkənar parlament seçkilərində fəal olmağa, layiqli namizədlərə səs verməyə çağırıb.