...

Parlament seçkilərində mübarizə aparacaq namizədlərin yekun sayı açıqlandı

Siyasət Materials 8 Fevral 2020 15:21 (UTC +04:00)
Azərbaycanda fevralın 9-a təyin edilmiş parlament seçkilərində 1314 namizəd mübarizə aparacaq.
Parlament seçkilərində mübarizə aparacaq namizədlərin yekun sayı açıqlandı

Bakı. Elçin Mehdiyev - Trend:

Azərbaycanda fevralın 9-a təyin edilmiş parlament seçkilərində 1314 namizəd mübarizə aparacaq.

Trend-in məlumatına görə, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov bu gün seçkilərə həsr olunmuş mətbuat konfransında deyib.

M.Pənahov qeyd edib ki, parlament seçkilərində iştirak etmək üçün ümumilikdə 2431 nəfər müraciət edib: "Namizədliyi qeydə alınmış 1637 nəfərdən indiyə qədər 321 nəfəri deputatlığa namizədliyini geri götürüb, 2 nəfərin isə deputatlığa namizədliyi ləğv edilib. Hazırda deputatlığa namizədlərin sayı 1314 nəfərdir".

O qeyd edib ki, namizədlərin 70 faizə qədərinin yaşı 50-dən aşağıdır.

MSK sədrinin sözlərinə görə, namizədlərdən 246 nəfəri 19 siyasi partiyanın təmsilçisidir, 1057 nəfəri fərdi qaydada namizədliyini irəli sürüb, 11 nəfərin namizədliyi isə təşəbbüs qrupu tərəfindən irəli sürülüb. Namizədlərin 21 faizi qadınlar, 79 faizi isə kişilərdir.

Seçkilərdə 5 milyon 329 min 460 seçici iştirak edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti