Bakı. Elçin Mehdiyev - Trend:
Mərkəzi Seçki Komissiyasına (MSK) daxil olan 47 müraciətin 25-i namizədliyin qeydə alınması ilə bağlı olub.
Trend-in məlumatına görə, bunu MSK sədri Məzahir Pənahov bu gün seçkilərə həsr olunmş mətbuat konfransında deyib.
MSK sədri bildirib ki, 9 nəfərin namizədliyi bərpa olunub. O qeyd edib ki, 2 nəfərin ikili vətəndaşlığı olduğuna görə namizədliyi ləğv edilib: “Ağır cinayətlərdə məhkum edilmiş və məhkumluğu ödənməmiş şəxslərdən 5-nin namizədliyi qanunvericiliyə görə qeydə alına bilməyib. 13 nəfərin namizədliyi isə əmlakla bağlı məlumatları səhv verdiyi üçün qeydə alınmayıb".
M.Pənahov bildirib ki, MSK əmlakla bağlı yalnış məlumat verildiyi halda namizədliyi bərpa edə bilmir.