...

Prezident İlham Əliyev tərəfindən səsləndirilən tarixi həqiqətlər və faktlar qarşısında Paşinyan aciz durumda qaldı - Politoloq

Siyasət Materials 16 Fevral 2020 08:54 (UTC +04:00)
Prezident İlham Əliyevlə Ermənistan baş naziri Nikol Paşinyan arasında Münxen Təhlükəsizlik Konfransı çərçivəsində baş tutan görüş diplomatiya tariximizə qızıl hərflərlə yazıldı
Prezident İlham Əliyev tərəfindən səsləndirilən tarixi həqiqətlər və faktlar qarşısında Paşinyan aciz durumda qaldı - Politoloq

Bakı. İlhamə İsabalayeva - Trend:

Prezident İlham Əliyevlə Ermənistan baş naziri Nikol Paşinyan arasında Münxen Təhlükəsizlik Konfransı çərçivəsində baş tutan görüş diplomatiya tariximizə qızıl hərflərlə yazıldı.

Bunu Trend-ə Sosial Tədqiqatlar Mərkəzinin (STM) İdarə Heyətinin sədr müavini, siyasi elmlər doktoru, politoloq Elşad Mirbəşir oğlu deyib.

Onun sözlərinə görə, bütün dünyaya canlı olaraq yayımlanan və debat xarakteri daşıyan müzakirələr ölkə başçımızın opponenti qarşısında bir çox istiqamətlər üzrə master-klas keçməsi ilə yaddaşlara həkk olundu:

"Cənab Prezidentimiz həm yüksək natiqlik qabiliyyəti və jestləri, həm səlis ingiliscə danışmağı, həm də ayrı-ayrı məsələlərə məntiqi və faktlarla yanaşması ilə bütün dünyaya Azərbaycan xalqının layiqli təqdimatını həyata keçirdi. Əvəzində isə Nikol Paşinyan hər cümləsində qeyri-peşəkar və diletant olduğunu göstərməklə əslində sələflərindən heç nə ilə fərqlənmədiyini sübut etmiş oldu. Bu, bir debatdan daha çox dərs mahiyyəti daşıyırdı. Ermənistan rəhbərliyinə münaqişənin tarixi, hüquqi və siyasi aspektlərini öyrədən və ya xatırladan bir dərs..."

E.Mirbəşir oğlu əlavə edib ki, hər cümləsində bir neçə dəfə yalan və tarixi təhriflərə yol verən Paşinyan Azərbaycan Prezidentinin tutarlı arqumentləri qarşısında acizliyini gizlədə bilmədi: "Prezident İlham Əliyev tərəfindən səsləndirilən tarixi həqiqətlər və faktlar qarşısında Paşinyan aciz durumda qaldı. Dövlət başçımız XX əsrin əvvəllərində regionumuzda cərəyan edən real tarixi hadisələri Paşinyanın gözünün içinə baxaraq dilə gətirdi. Bu, özgüvən və haqq-ədalətin təntənəsi idi".

Politoloq qeyd edib ki, Xankəndinin keçmiş tarixini xatırlatmaqla Dağlıq Qarabağın əzəli Azərbaycan torpağı olduğunu obyektiv şəkildə əsaslandıran Prezident İlham Əliyev təqribən 10-15 dəqiqəlik çıxışı ilə 100 ilin erməni yalanlarını Münxen tribunasında ifşa etdi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti