...

Prezident dünya ictimaiyyətinin gözü önündə Paşinyanı aciz duruma saldı - Politoloq

Siyasət Materials 18 Fevral 2020 11:33 (UTC +04:00)
Prezident İlham Əliyev Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həqiqətləri, eyni zamanda Ermənistanın uğursuz siyasətini ifşa etmək üçün beynəlxalq tribunalardan məharətli şəkildə yararlanır.
Prezident dünya ictimaiyyətinin gözü önündə Paşinyanı aciz duruma saldı - Politoloq

Bakı. Elçin Mehdiyev – Trend:

Prezident İlham Əliyev Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həqiqətləri çatdırmaq, eyni zamanda Ermənistanın uğursuz siyasətini ifşa etmək üçün beynəlxalq tribunalardan məharətli şəkildə yararlanır.

Bunu Trend-ə politoloq Şəbnəm Həsənova deyib.

O bildirib ki, belə geniş auditoriyalardan biri də Münxen Təhlükəsizlik Konfransı idi:

“Konfrans çərçivəsində Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı panel müzakirələri zamanı cənab Prezident bir daha dünya ictimaiyyətinin gözləri önündə erməni yalanlarını və Paşinyanı ifşa etdi.

Əgər ölkə başçımızın çıxışında tarixi faktlarla zənginlik və əsl liderə xas olan siyasi soyuqqanlılıq, təmkin müşahidə olunurdusa, qarşı tərəfdə yalanlar, uydurma müddəalar, illüziyalar və ən əsası isə psixoloji böhran vəziyyətinin mövcudluğunun şahidi oluruq. Elə psixoloqlar da insanın yalan danışdığı zaman gözlərini rəqibdən qaçırdığını bildirirlər”.

Ş.Həsənova vurğulayıb ki, Paşinyan hər nə qədər müzakirələrin istiqamətini fərqli tərəfə çəkərək erməni jurnalistin yalanlarına istinad etməklə vəziyyətdən çıxmağa çalışsa da, cənab Prezident dərhal bu faktı da ifşa etdi və Paşinyanın söylədiklərinin Rusiyada yaşayan erməni jurnalistlər tərəfindən uydurulduğunu panel iştirakçılarının nəzərinə çatdırdı:

“Dəqiq və hədəfə nişanlanmış faktlar səsləndirməklə cənab Prezident bir daha Dağlıq Qarabağın Azərbaycanın tərkib hissəsi olduğunu, Ermənistanın ölkəmizə qarşı işğalçılıq və etnik təmizləmə siyasəti həyata keçirdiyini beynəlxalq ictimaiyyətin diqqətinə çatdırdı. Ölkə başçımız Ermənistan Azərbaycan ərazisinin 20 faizini işğal etdiyini və işğal olunmuş ərazilərdə mülki azərbaycanlılara qarşı etnik təmizləmə aparıldığını, Xocalı soyqırımı törədildiyini tarixi faktlarla göstərdi. Bununla da ölkə başçımız Paşinyanı faktiki nakaut vəziyyətinə saldı.

Bu paneldə də gülünc vəziyyətə düşən Paşinyan istər ölkə daxilində, istərsə də beynəlxalq arenada savadsız, populist, avantürist siyasətçi kimi tanındığı halda, ölkəmizin başçısı Azərbaycanın heç bir təzyiq altında qalmadan yürütdüyü xarici siyasəti, Dağlıq Qarabağın tarixi ədalətə və beynəlxalq hüquq normalarına əsaslanaraq Azərbaycana aid olduğu faktlarını açıq şəkildə geniş kütlə qarşısında dünyaya çatdırmağa qadir lider kimi tanınır”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti