...

Deputatlar koronavirusa görə testdən keçiriləcək

Siyasət Materials 26 Mart 2020 12:17 (UTC +04:00)
Deputatlar koronavirusa görə testdən keçiriləcək

Bakı. Elçin Mehdiyev - Trend:

Martın 30-da Milli Məclisin növbəti plenar iclası keçiriləcək.

Trend-in məlumatına görə, iclas saat 11-də öz işinə başlayacaq.

Martın 27-dən isə deputatlar koronavirusa görə testdən keçiriləcək.

Xatırladaq ki, martın 23-də Nazirlər Kabinetində Baş Nazir Əli Əsədovun sədrliyi ilə iclasda ölkədə koronavirus infeksiyası ilə bağlı vəziyyət müzakirə edilib və infeksiyanın yayılmasının qarşısının alınması məqsədilə xüsusi rejim tətbiq edilməsi haqda qərar qəbul edilib.

Dünyada yayılmış koronavirus (COVİD-19) pandemiyası ilə mübarizədə müxtəlif ölkələrin təcrübəsini nəzərə alaraq, əhalinin sağlamlığının qorunmasını ali məqsəd kimi qəbul edərək, koronavirus infeksiyasının ölkədə yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə Azərbaycan Respublikasının Sanitariya-epidemioloji salamatlıq haqqında Qanununun 25-ci maddəsinə əsasən Azərbaycan Respublikasında 24 mart 2020-ci il saat 00:00-dan etibarən 20 aprel saat 00:00-dək xüsusi karantin rejimi elan edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti