...

Hüseyin Altınalan: Aprel döyüşlərində Azərbaycan həm hərbi, həm də siyasi sahədə qələbə qazandı

Siyasət Materials 2 Aprel 2020 18:04 (UTC +04:00)
Hüseyin Altınalan: Aprel döyüşlərində Azərbaycan həm hərbi, həm də siyasi sahədə qələbə qazandı

Bakı. Trend:

2 apreldə Ermənistanın atəşkəs rejimini pozması ilə səhərin erkən saatlarında başlayıb 5 aprelde Moskvada imzalanan müqaviləyə qədər davam edən Dağlıq Qarabağdakı qarşıdurmalarda Azərbaycan həm hərbi, həm də siyasi sahədə qələbə qazandı və bununla da işğal altındakı bəzi ərazilərini geri qaytardı.

Bunu Trend-ə Türkiyənin Azərbaycandakı səfirliyinin mətbuat müşaviri Hüseyin Altınalan deyib.

Müşavir bildirib ki, münaqişə ilə Azərbaycan həm psixoloji, həm də mümkün ola biləcək yeni qarşıdurmalar baxımından müəyyən üstünlüklər qazandı: "İşğalçı Ermənistana ağır itkilər verdirən bu zəfərin qazanılması canlarını qurban verən qəhrəman qardaşlarımızın sayəsində olub. Erməni işğalının tez bir zamanda sona çatacağına inanır, vətən uğrunda canlarını heçə sayan qardaşlarımıza Allahdan rəhmət diləyirik".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti