Adil Əliyev: Həyatın bütün sahələrindəki inkişaf Prezident İlham Əliyevin apardığı uğurlu siyasətin nəticəsidir

Adil Əliyev: Həyatın bütün sahələrindəki inkişaf Prezident İlham Əliyevin apardığı uğurlu siyasətin nəticəsidir

Bakı. Trend:

Bildiyimiz kimi, aprelin 14-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə 2020-ci ilin birinci rübünün sosial-iqtisadi yekunlarına həsr olunan videokonfrans şəklində müşavirə keçirildi.

Müşavirə zamanı bir daha məlum oldu ki, ölkəmiz 2019-cu ili böyük uğurla başa vurmuş və 2020-ci ilin əvvəlindən başlayaraq bütün sahələrdə inkişaf yüksək səviyyədə həyata keçirilir. Cənab Prezidentin rəhbərliyi ilə başlanmış həm iqtisadi, həm də sosial islahatlar gözlənilən nəticələri vermişdir. Həmin islahatların ardıcıl şəkildə aparıldığı vaxtda bir anda bütün dünyada tüğyan edən koronavirus (COVID-19) epidemiyası müəyyən çətinliklər yaratmışdır.

Belə ki, hazırda bu epidemiyanın dünya iqtisadiyyatını iflic etməsinə baxmayaraq, xəstəliyin ölkəmizdə yarada biləcəyi fəsadlar cənab Prezidentin mütərəqqi göstərişləri nəticəsində minimuma endirilmişdir. Pandemiyaya qarşı mübarizədə Azərbaycan dünyanın bir çox ölkələrindən fərqli olaraq qabaqlayıcı tədbirlər görmüş, düşünülmüş siyasət nəticəsində xəstəliyin yaradacağı fəsadların azalmasına nail olmuşdur. Digər tərəfdən inkişaf da artan xətlə davam etməkdədir. Hazırda ölkəmizdə karantin məqsədilə istifadə edilən hotellərlə yanaşı, altı mobil xəstəxananın çox qısa zamanda tikilməsi ilə əlaqədar cənab Prezident tərəfindən göstəriş verilmiş və habelə xəstələrin müalicəsi üçün lazım ola biləcək bütün tibbi avadanlıqların dərhal gətirilməsi tapşırılmışdır.

Təbii ki, pandemiyanın Azərbaycanla həmsərhəd olan ölkələrdə, həmçinin ticarət tərəfdaşlarımız olan ölkələrdə geniş yayılması, nəticədə sərhədlərin bağlanması iqtisadiyyata mənfi təsirini göstərir. Lakin sevindirici haldır ki, bu gün dünyanın 150-dən çox ölkəsi yardım üçün Beynəlxalq Valyuta Fonduna və Dünya Bankına müraciət etsə də, ölkəmizin adı həmin siyahıda yoxdur. Yəni bu gün ölkəmiz ən azı dünyanın 150 ölkəsindən daha yaxşı vəziyyətdədir, dünya birliyinin mütləq əksəriyyətinin yardıma ehtiyac duyduğu bir vaxtda əlimizdə olan resurslar bu çətin vəziyyəti idarə etməyə imkan verir.

Hazırda ölkəmizdəki müsbət dinamika göz qabağındadır. Bunun nəticəsidir ki, keçən il dövlət büdcəsinə proqnozda nəzərdə tutulduğundan əlavə 1 milyard manat, bu ilin üç ayında isə 310 milyon manat gəlir daxil olmuşdur.

Cənab Prezident cari ilin birinci rübünün sosial-iqtisadi yekunlarına nəzər salaraq müşavirədə bir daha bildirdi ki, son üç ayda ümumi daxili məhsulda 1,1 faiz artım, qeyri-neft sektorunda isə 3 faizdən bir qədər çox artım olub. Bütün dünyanın koronavirus pandemiyasına görə böhrana düçar olduğu vaxtda ölkəmizdə həm ÜDM-də, həm də qeyri-neft sektorunda inkişafın qeydə alınması bir daha deməyə əsas verir ki, uğurla aparılan siyasət hər vəziyyətdə və hər cür şəraitdə öz bəhrəsini verəcəkdir.

Təqdirəlayiq məsələlərdən biri də budur ki, Azərbaycan Prezidenti yaranmış vəziyyətlə əlaqədar büdcədə zəruri olmayan layihələrin dayandırılması və ixtisara salınması barədə göstəriş versə də, sosial sahədə heç bir proqramın ixtisar edilməyəcəyini bildirmişdir. Bu müjdə bir daha onu deməyə əsas verir ki, ölkəmizdə aparılan siyasətin ana xəttini Azərbaycan Respublikasının vətəndaşı tutur, vətəndaşa yüksək qiymət verilir, görülən hər bir iş vətəndaşın sosial rifahının yaxşılaşdırılmasına yönəlib.

Qeyd edim ki, cənab Prezident müşavirə zamanı pandemiyaya qarşı mübarizə üçün 2,5 milyard manat vəsait ayrıldığını, habelə həmin vəsaitin artırılması ilə əlaqədar heç bir çətinliyin olmadığını bildirdi. Dövlət başçısı nəzərə çatdırdı ki, lazımi avadanlıqların və ləvazimatların alınması üçün ayrılmış Prezidentin Ehtiyat Fondundan ayrılmış 97 milyon manat və gələcəkdə ayrılması nəzərdə tutulan 150 milyon manat 2,5 milyard manatın içində deyil.

Bu gün ölkəmizdə sosial sahəyə göstərilən qayğının nəticəsidir ki, orta aylıq əməkhaqqı 28 faiz, orta pensiyanın məbləği 27 faiz artıb. Nəticədə hazırda orta aylıq əməkhaqqı 712, orta pensiya 295, yaşa görə pensiya isə 330 manata yaxındır. Hazırda ünvanlı sosial yardım alan insanların sayı 70 mindən çoxdur.

Onu da qeyd edim ki, bu gün bütün dünyanın gözəgörünməz düşmənə qarşı (COVID-19) mübarizə apardığı bir şəraitdə cənab Prezident məcburi köçkün və şəhid ailələrini də unutmadı, minimum 7 min köçkün ailəsinin və minimum 1500 şəhid ailəsinin yeni mənzillərlə təmin ediləcəyini bildirdi. Bu qayğı Azərbaycan dövlətində bütün sahələrə göstərilən diqqətin nəticəsidir.

Ölkə başçısının müşavirə zamanı struktur islahatlarına diqqət çəkməsi inkişafın yalnız siyasi-iqtisadi sahələri əhatə etmədiyini bir daha göstərdi. Ölkədə aparılan siyasi islahatların, kadr islahatlarının uğurlu nəticələri göz qabağındadır. Bu islahatlar Prezident Administrasiyasını, Nazirlər Kabinetini, Milli Məclisi əhatə etmişdir. Hakimiyyətin bütün qollarında aparılan islahatlar bir məqsəd daşıyır: idarəetmə mexanizmi təkmilləşsin, gəncləşmə siyasəti geniş tətbiq olunsun, peşəkar kadrlar önəmli vəzifələrə gətirilsin, idarəetmədə inkişafa mane olan bütün hallar aradan qaldırılsın.

Bu ilin fevral ayında Milli Məclisə keçirilən növbədənkənar seçkilər xalqımızın iradəsini ifadə etmiş, vətəndaşlarımız tərəfindən bəyənilərək dəstəklənmişdir. Parlament seçkilərinin demokratik şəkildə keçirilməsi, habelə VI çağırış Milli Məclisdə müxalifət partiyalarının nümayəndələrinin yüksək vəzifələrdə təmsil olunması onu deməyə əsas verir ki, iqtidar-müxalifət dialoqu sağlam əsaslara söykənmişdir.

Ölkə başçısının tapşırığına uyğun aparılan siyasi kursdan heç kəs kənarda qalmır. Dialoqa qoşulmaq istəyən müxalifət nümayəndələri də demokratikləşmə ilə bağlı çağırışlara müsbət reaksiya vermişlər. Bu siyasətin bir tək ana xətti vardır ki, ölkəmizin inkişafı təmin edilsin və vətəndaşların sosial rifahını yaxşılaşdırmaqla doğma vətənimizi, el-obamızı daha yaşanılası bir yer edək. O ki qaldı dialoqdan imtina edən kəsimə, onlar özlərini müxalifət adlandırsalar da məlumdur ki, o şəxslər aparılan siyasətə yox, dövlətə və dövlətçiliyə müxalif insanlardır. Öz “sahiblərindən” aldıqları siyasi sifarişləri bu xalqın əleyhinə düşünmədən yerinə yetirən şəxsləri xalq yaxşı tanıyır və cəmiyyət onları heç cür qəbul etmir. Təbii ki, ölkə başçısının da dediyi kimi, onlara siyasi konfiqurasiyada da yer yoxdur, bunu özləri də başa düşür və qəbul edirlər.

Beləliklə, cənab Prezident tərəfindən keçirilən müşavirənin nəticəsində bir daha aydın oldu ki, aparılan uğurlu islahatlar bütün sahələrdə öz nəticəsini verir, bütün sahələrdə inkişaf müsbət dinamika ilə davam edir, iqtisadi vəziyyət nəzarət altında olmaqla yeni ehtiyatlar axtarılır, sosial islahatlar çox uğurlu şəkildə davam etdirilir. Aparılan uğurlu islahatlar ölkəmizin inkişafına, vətəndaşların rifah halının yaxşılaşdırılmasına hesablanmışdır.

Adil Əliyev,
Milli Məclis Sədrinin müavini

AccessBank tender elan edir
AccessBank tender elan edir
“Yelo Bank” kondissonerlərə servis xidməti göstərilməsi məqsədilə açıq tender elan edir
“Yelo Bank” kondissonerlərə servis xidməti göstərilməsi məqsədilə açıq tender elan edir
“Yelo Bank” açıq tender elan edir
“Yelo Bank” açıq tender elan edir
Loading Bars
Xəbər lenti
Xarici İşlər Nazirliyi Gəncənin Ermənistan tərəfindən atəşə tutulmasının ildönümü ilə bağlı paylaşım edib
Azərbaycan Ordusunun Arazdəyən istiqamətində atəş açması barədə məlumat yalandır - MN
ABŞ Sakit okean yaxınlığında raket buraxmağı planlaşdırır
Zəfər xronikası 17 oktyabr 2020-ci il: Prezident İlham Əliyevin xalqa müraciəti (FOTO/VİDEO)
44 günlük Vətən müharibəsinin xronikası: 17 oktyabr
Xəzər dənizində zəlzələ qeydə alınıb
Azərbaycan komandası “Böyük dəbilqə” turnirində ikinci pillədə yer alıb
Pensiya, sosial müavinət, təqaüdlər 20 faiz civarında və ya daha çox arta bilər – Komitə sədri
Şuşadan ilk zəng həyata keçirilib
Rusiyada 18 nəfər metanol zəhərlənməsindən öldü
Balabəy Ağayev “Böyük dəbilqə” turnirinin qızıl medalını qazanıb
IDEA İctimai Birliyi ilə Ümumrusiya Təbiəti Mühafizə Cəmiyyəti arasında saziş imzalanıb (FOTO)
Prezident İlham Əliyevin münaqişədən sonra başladığı yenidənqurma-bərpa layihələri misilsizdir - Hikmət Hacıyev (VİDEO)
NATO-nun Qafqaz üzrə xüsusi nümayəndəsi Azərbaycana səfər edəcək
Ədən körfəzində İran tankerinə quldur hücumunun qarşısı alınıb
"Azəriqaz" rəhbəri qazın qiymətinin bahalaşma səbəblərini açıqladı
Əməkhaqları, pensiya və müavinətlərin artırılması ilə bağlı işlərə başlanılıb - Maliyyə Nazirliyi
İran Azərbaycan ərazisindən narkotik qaçaqmalçılığına görə məsuliyyətə cəlb olunmalıdır - Piter Teys
Sənaye balıq ovu ilə məşğul olan subyektlərə xəbərdarlıq edilib
İranda güclü zəlzələ olub
Əvvəlki tariflər xərcləri qarşılamadığından qiymətlərin dəyişməsi zərurəti ortaya çıxıb - İlham Şaban
Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb
Azərbaycanda 1 681 nəfər COVID-19-a yoluxub, 12 nəfər vəfat edib
Cənubi Qafqaz ölkələri kommunikasiyaları bərpa etmək üçün əməkdaşlıq etməlidir - Pakistanlı diplomat
İqtisadi aktivliyin gözləniləndən daha sürətli olması elektrik enerjisinə tələbatı artırıb - "Azərişıq"
Əməkhaqqı və pensiyalarla bağlı artım 1 milyon 800 min vətəndaşı əhatə edəcək
Hazırda dünyada qaz qiymətləri ötən il ilə müqayisədə 20-30 dəfə qalxıb - SOCAR
Ermənistanda anti-Rusiya isterikası davam edir
Nazirlər Kabineti maaş və pensiyaların artılıması ilə bağlı sərəncamın icrasına başlayıb
Pirallahıda Vətən müharibəsi şəhidi Nəbiyev Elmarın anım mərasimi keçirilib (FOTO)
İranda daha 181 nəfər koronavirusdan öldü
Əməkhaqqı, pensiya, sosial müavinət, təqaüd və digər sosial ödənişlər artırılacaq - SƏRƏNCAM
Tarif Şurasının işığın və qazın qiyməti ilə bağlı dəyişikliyi aztəminatlı ailələrə təsir etməyəcək - İZAH
Erməni təxribatları - “Əsas məsələ”də MÜZAKİRƏ (FOTO/VİDEO)
Gecikdirilmiş 851,9 min manatın işəgötürənlər tərəfindən işçilərə ödənməsi təmin edilib
MDU-nun tərəfdaşlıq etdiyi EQAC Erasmus+ layihəsinin yekun konfransı keçirilib (FOTO)
Tarif Şurası qazın və işığın qiymətinə dəyişiklik etdi
Azad edilmiş ərazilərdə bərpa işləri Azərbaycanın çiçəklənməsinin yeni dövrünə çevriləcək - Fələstin səfiri
Kürdəmirdə çörək sexində nöqsanlar aşkarlanıb
Qarabağın işğaldan azad olunması su probleminin həllinə böyük dəstək oldu - Vüqar Kərimov
Ermənistan ərazisindən keçib gələn çaylarımız çirkləndirilir - Nazir müavini
30 il müddətində Ermənistanın işğalı altında olan ərazilərimizdə böyük narkotik plantasiyaları salınıb - Deputat
İki milli park və iki qoruğun direktoru vəzifəsindən azad edilib (ÖZƏL)
Türkiyədə Ərdoğanla Merkelin görüşü keçirilir
Prezident İlham Əliyev mədəniyyət xadimlərinə fəxri adlar verdi
Bir qrup mədəniyyət xadimi təltif edildi - SƏRƏNCAM
Burada gördüyümüz dağıntılar təbiətə qarşı barbar münasibətin sübutudur - Qırğızıstan səfiri
LDU-da 18 oktyabr - Dövlət Müstəqilliyimizin Bərpası Günü Elmi-nəzəri konfransla qeyd edilib (FOTO)
Rusiyada koronavirusdan ölənlərin gündəlik sayı mini keçib
Göyçayda toy təşkilatçısı cərimələnib (FOTO)
ABŞ-da futbol matçından sonra atışma olub, yaralılar var
Zığda 20 ton zeytun yığılıb
Türkiyədə rusiyalı turistləri aparan avtobus aşıb
Zəngilanda payız mövsümündə də ağacların əkilməsi nəzərdə tutulub - Firdovsi Əliyev
Hikmət Hacıyev: Ermənistan tərəfindən ciddi və pozitiv addımlar atılmalıdır (ÖZƏL)
İşğal dövründə 100 min hektar ərazi yanğına məruz qalıb - Nazir müavini
Azərbaycan İnvestisiya Holdinqinin növbəti iclası keçirilib (FOTO)
Azad edilmiş ərazilərin minalardan təmizlənməsi üçün Fransa ilə sənədin imzalanması nəzərdə tutulur
Hava Hücumundan Müdafiə bölmələri döyüş atışları keçirir (VİDEO)
İkinci Qarabağ müharibəsi zamanı Ermənistanın hücumları nəticəsində Tərtərdə 16 mülki şəxs ölüb - Müstəqim Məmmədov
Son 25-30 ildə hər hansısa dövlət tərəfindən post-münaqişə dövründə bu miqyasda yenidənqurma işləri həyata keçirilməyib - Hikmət Hacıyev
Ağstafada dələduzluq edən “falçı” saxlanılıb (FOTO)
Yaxın zamanlarda Qarabağ ağıllı şəhərləri və kənd təsərrüfatı məhsulları ilə də məşhur olacaq - Cahit Bağçı
Universitet prorektoru vəfat edib
Bazar günü hava necə olacaq?
DSX İranla sərhəd ərazidə narkotik aşkarlayıb (FOTO)
Budəfəki səfərimizdə biz artıq azad olunmuş ərazilərdə quruculuq işləri ilə də tanış oluruq - Hikmət Hacıyev (FOTO)
Füzuli Hava Limanına beynəlxalq status verilib
İki mindən çox qaziyə əlillik və sosial ödənişlər təyin edilib
İndoneziyanın turizm bölgəsində zəlzələ olub - Ölənlər var
Zığda 1200 hektar ərazidə yaşıllıq salınıb (FOTO)
Bədii gimnastika və idman gimnastikası üzrə dünya çempionatlarında Azərbaycanı təmsil edəcək idmançıların adları açıqlanıb
Suqovuşanı işğal etməklə Ermənistan geniş əraziləri sudan məhrum etmişdi - Hikmət Hacıyev (FOTO)
Şəhidi təhqir edən şəxs 15 sutkalıq həbs olunub
Bakıda ticarət mərkəzindəki yanğın söndürülüb (FOTO/VİDEO) (ƏLAVƏ OLUNUB)
Masallıda evdən və mağazalardan oğurluq edən şəxs saxlanılıb
Azərbaycan nefti bahalaşıb
ETSN media nümayəndələri ilə yeni layihəyə start verib
Bolqarıstanda Azərbaycanın müstəqilliyinin bərpasının ildönümü ilə bağlı konsert keçirilib (FOTO)
Albaniyada hoteldə 4 turistin meyiti tapılıb
Füzulinin azad edilməsi Vətən müharibəsinin gedişində strateji əhəmiyyət kəsb edib - Deputat
Qazax sakinindən narkotik götürülüb (FOTO)
Şəhid baş leytenant Daşdəmir Paşayevin xatirəsi anılıb (FOTO/VİDEO)
"Taliban"ın nümayəndə heyəti Özbəkistana səfər edib
Azərbaycan ərazilərini azad etməklə Ermənistanla İranın narkotik biznesinin də qarşısını aldı - Deputat
Nərimanov rayonunda hərəkət məhdudlaşdırılıb, avtobusların yolu dəyişdirilib (FOTO) (ƏLAVƏ EDİLİB)
Bakıda ilkin mənzil bazarında qiymətlər ucuzlaşıb
Sabirabadda 4 otaqlı ev yanıb
Bakıda yaşayış binasında yanğın olub, 1 nəfər tüstüdən zəhərlənib
Qazaxıstanda koronavirusa daha 1 900 nəfər yoluxub
Diplomatik korpus nümayəndələrinin Suqovuşana səfəri başlayıb (FOTO)
Yaponiyanın yeni baş naziri ABŞ-a səfər etmək istədiyini bildirib
Borrel nüvə problemi üzrə İranla danışıqlara hazırdır
İŞİD Əfqanıstandakı terror aktına görə məsuliyyəti öz üzərinə götürüb
Britaniyada koronavirusa 44 mindən çox yeni yoluxma halı qeydə alınıb
Meksika Konqresi Azərbaycan xalqını təbrik edib (FOTO)
BMT Təhlükəsizlik Şurası Haitidəki missiyanın müddətini uzadıb
Türkiyə Suriyadakı terrorçulara qarşı bütün lazımi addımları atacaq - Ərdoğan
Türkiyədə son sutkada koronavirusdan 25 513 nəfər sağalıb
FIFA Əfqanıstandan 100 nəfəri təxliyə edib
Bütün xəbərlər