...

XİN: Azərbaycan NATO ilə əməkdaşlığı davam etdirməkdə qərarlıdır

Siyasət Materials 4 May 2020 13:06 (UTC +04:00)
XİN: Azərbaycan NATO ilə əməkdaşlığı davam etdirməkdə qərarlıdır

Bakı. Trend:

Azərbaycan NATO ilə əməkdaşlığı davam etdirməkdə qərarlıdır.

Trend-in məlumatına görə, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) "Twitter" səhifəsində bildirilib.

Paylaşımda bildirilir:

“1994-cü ilin bu günündə Azərbaycan NATO-nun “Sülh naminə Tərəfdaşlıq” proqramına qoşulub və İttifaqla möhkəm və qarşılıqlı faydalı tərəfdaşlıq qurub. Azərbaycan Avro-Atlantik bölgədə və onun hüdudlarından kənarda sülh və təhlükəsizliyi qorumaq üçün NATO ilə əməkdaşlığı davam etdirməkdə qərarlıdır".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti