...

Azərbaycandan Almaniyaya çarter reysi təşkil edilir

Siyasət Materials 5 May 2020 10:57
Azərbaycandan Almaniyaya çarter reysi təşkil edilir

Trend-i buradan izləyin

Bakı. Trend:

Almaniyada yaşamaq icazəsi olan Azərbaycan vətəndaşları mayın 11-də Bakıdan bu ölkənin Frankfurt şəhərinə planlaşdırılan çarter reysindən istifadə edəcəklər.

Almaniyanın Azərbaycandakı Səfirliyindən Trend-ə verilən məlumata görə, birtərəfli uçuş təxminən 230 avroya başa gələcək.

Əlavə məlumatlar hələ məlum deyil və mümkün qədər ən qısa zaman ərzində bildiriləcək. Bu səbəbdən yaşamaq icazəsi olan şəxslərdən pasport və yaşayış icazəsinin bir nüsxəsini bu gün ən gec saat 14:00-a qədər [email protected] elektron poçt ünvanına göndərmələri xahiş olunur.

Uçuş yerlərinin tükəndiyi halda Almaniya /Avropa İttifaqı ölkələrindən olan vətəndaşların əcnəbi ailə üzvlərinə habelə sistem üçün vacib olan müvafiq peşə qruplarına üstünlük veriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti