...

Rusiyalı ekspert: Qoşulmama Hərəkatı qlobal problemlər fonunda beynəlxalq əməkdaşlıq üçün vacib məkana çevrilir

Siyasət Materials 7 May 2020 11:53 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə baş tutmuş Qoşulmama Hərəkatının zirvə görüşünün vacibliyini indiki şəraitdə dəyərləndirmək çətindir
Rusiyalı ekspert: Qoşulmama Hərəkatı qlobal problemlər fonunda beynəlxalq əməkdaşlıq üçün vacib məkana çevrilir

Bakı. Hüseyn Səfərov - Trend:

Qoşulmama Hərəkatı qlobal problemlər fonunda beynəlxalq əməkdaşlıq üçün vacib məkana çevrilir.

Bunu Trend-ə rusiyalı ekspert Dmitri Solonnikov deyib.

O bildirib ki, Bakıda videokonfrans zamanı dövlət liderlərinin öz maraqlarına zidd olaraq başqa ideologiyaların ardınca getməməkdə qətiyyəti nümayiş olundu:

"Bu məsələdə prinsipial olan tərəf dövlətlərin yekdilliyi idi. Azərbaycan bu kontekstdə ideal lider, siyasi bloklarda iştirak etməyən, amma geniş iqtisadi və siyasi əlaqələrə, beynəlxalq nüfuza malik ölkə kimi görünürdü. Bu, çox vacib mövqedir və rəsmi Bakı bu mövqedən düzgün istifadə edir".

Ekspert vurğulayıb ki, hazırda Qoşulmama Hərəkatı 120 tamhüquqlu üzvü və 17 müşahidəçini birləşdirən ən iri hərəkatlardan biridir:

"Ümumdünya Səhiyyə Təşkilatı ilə bağlı artmaqda olan gərginlik fonunda bu təşkilat koronavirusla mübarizə çərçivəsində beynəlxalq əməkdaşlıq üçün vacib məkana çevrilir. Bu gün yeni dünya düzəninin əsasının qoyulduğu vaxtda Qoşulmama Hərəkatının Kontakt qrupunun Azərbaycan rəhbərinin təşəbbüsü ilə keçirilməsi çox vacibdir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti