...

Rusiyalı ekspert: Pandemiya ilə üzləşmiş ölkələr üçün Azərbaycanın təcrübəsi çox qiymətlidir

Siyasət Materials 7 May 2020 12:48 (UTC +04:00)
Qısa müddət ərzində görülən tədbirlər Azərbaycana koronavirusun yayılmasının qarşısını almağa və pandemiya ilə mübarizədə dünya liderlərindən birinə çevrilməyə imkan verdi
Rusiyalı ekspert: Pandemiya ilə üzləşmiş ölkələr üçün Azərbaycanın təcrübəsi çox qiymətlidir

Bakı. Hüseyn Səfərov - Trend:

Qısa müddət ərzində görülən tədbirlər Azərbaycana koronavirusun yayılmasının qarşısını almağa və pandemiya ilə mübarizədə dünya liderlərindən birinə çevrilməyə imkan verdi.

Bunu Trend-ə rusiyalı ekspert Stanislav Tkaçenko deyib.

O bildirib ki, Bakı Qoşulmama Hərəkatının bütün iştirakçı dövlətlərinin əməkdaşlığının təşkilində vacib rol oynayır:

“Xatırladım ki, hələ koronavirusa qədər, 2019-cu ilin oktyabrın 25-26-da Bakıda bu təşkilatın sammiti uğurla keçdi. Sammitin uğuru və yekunda qəbul edilən sənədlər Azərbaycanın inkişaf etməkdə olan dövlətlərin bir çox məsələlər ətrafında əməkdaşlığının təşkilində lider rolunu təsdiqlədi”.

Ekspert əlavə edib ki, COVID-19 pandemiyası dövründə dövlət orqanlarının qarşılıqlı əməkdaşlığı hər kəs üçün həyati əhəmiyyət daşıyır:

“Bunu mayın 4-də Azərbaycan Prezidenti və Qoşulmama Hərəkatının sədri İlham Əliyevin təşəbbüsü ilə videokonfrans vasitəsilə keçirilən Təmas Qrupu formatında sammiti tam təsdiq etdi. Pandemiya sərhəd tanımır, onu yalnız birgə səylərlə dayandırmaq mümkündür. Həmçinin, onunla mübarizəyə kifayət qədər maliyyə vəsaiti ayırmaq lazımdır. Bakının bu məqsədlər üçün 5 milyon dollar ayırması faktı Azərbaycanın koronavirusla mübarizədə niyyətinin ciddiliyini təsdiqləyir.

Qoşulmama Hərəkatında iştirak edən əksər ölkələr üçün Bakının kütləvi tədbirlərin ləğv edilməsi, tədris prosesinin dayandırılması, xüsusi rejimin tətbiq olunması ilə bağlı təcrübəsi çox faydalıdır. Qısa müddət ərzində görülən tədbirlər Azərbaycana koronavirusun yayılmasının qarşısını almağa və pandemiya ilə mübarizədə dünya liderlərindən birinə çevrilməyə imkan verdi. Bu təcrübə pandemiya ilə təzəlikcə üzləşmiş və indi də məsləhətlərə ehtiyacı olan inkişaf edən ölkələr üçün çox qiymətlidir”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti