Akademik Yaqub Mahmudov: Heydər Əliyev müstəqil Azərbaycanın qurucusu, xalqımızın qurtuluş mübarizəsinin qalibidir

Akademik Yaqub Mahmudov: Heydər Əliyev müstəqil Azərbaycanın qurucusu, xalqımızın qurtuluş mübarizəsinin qalibidir

Bakı. İlhamə İsabalayeva - Trend:

XX əsr Azərbaycan tarixinin əlli ildən çox dövrü dahi Heydər Əliyev şəxsiyyəti, onun böyük quruculuq fəaliyyəti ilə sıx bağlıdır. Heydər Əliyev müstəqil Azərbaycanın qurucusu, xalqımızın qurtuluş mübarizəsinin qalibidir. Azərbaycanın ən kütləvi və ən müasir siyasi partiyasını - Yeni Azərbaycan Partiyasını O yaradıb. Ümummilli lider Heydər Əliyev doğma xalqı üçün ən müasir, demokratik, hüquqi və dünyəvi dövlət qurub. Müstəqil Azərbaycan Respublikası Ulu Öndərin şah əsəri və doğma xalqına müqəddəs əmanətidir.

Bu sözləri Trend-ə müsahibəsində Azərbaycan Milli Elmlər Akademiyası Tarix İnstitutunun direktoru, akademik Yaqub Mahmudov deyib. O bildirib ki, Heydər Əliyev sovet imperiyasında xalqımızın qədim dövlətçilik mədəniyyətini qoruyub saxlaya bilib. Bu, dünyanın heç bir dahi şəxsiyyətinin fəaliyyətində rast gəlinməyən misilsiz dövlət idarəçiliyi uğurudur.
1969-cu ildə Azərbaycanda həyatın bütün sahələrində dərin tənəzzülün hökmranlıq etdiyi bir şəraitdə Heydər Əliyev Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin Birinci katibi seçildi. Bununla respublikanın tarixində böyük dönüş dövrü başlandı. Tarixi inkişafın sonrakı gedişi sübut etdi ki, bugünkü yeni, müstəqil Azərbaycanı Heydər Əliyev hələ o zaman qurmağa başlamışdı.

O, dahiyanə uzaqgörənliklə, dərindən ölçüb-biçərək, həm də sovet rejiminin bütün eybəcərliklərini - korrupsiyanı, süründürməçiliyi, rüşvətxorluğu cəsarətlə tənqid edərək Azərbaycanın uzunmüddətli, dinamik və hərtərəfli inkişafını təmin edən kompleks inkişaf proqramları hazırlatdı və həyata keçirdi. Xalq ilk addımlarındanca Heydər Əliyevi rəğbətlə qarşıladı, onu sevdi və arxasınca getdi.

Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi həmin illərdə min cür maneələri, o cümlədən Kremldəki erməni qruplaşmasının törətdiyi əngəlləri dəf edərək sovet hökumətinin Azərbaycanın hərtərəfli inkişafını təmin edən çox mühüm qərarlar qəbul etməsinə nail oldu. O, eyni qətiyyətlə də həmin qərarların yerinə yetirilməsini təmin etdi. Nəticədə 1970-1985-ci illər Azərbaycanın tarixinə ən parlaq quruculuq dövrü kimi daxil oldu. Azərbaycanda istehsal olunan 350 adda məhsul dünyanın 65 ölkəsinə ixrac olunurdu. Bu illərdə istehsal olunan sənaye məhsulları öz həcminə görə bütövlükdə əvvəlki 50 ildəki nəticələrə bərabər idi. Həmin illərin Azərbaycanı nəhəng bir tikinti meydanını xatırladırdı. Bakının və respublika rayonlarının siması büsbütün dəyişmişdi. Heydər Əliyev Azərbaycanı böyük sovet məkanında ən tanınmış respublikaya çevirmiş, dünyada tanıtmışdı...

Heydər Əliyev sovet rəhbərliyində olarkən də doğma Vətənini həmişə diqqət mərkəzində saxlayır, onun inkişafına hər cür qayğı göstərirdi. Xalqımızın böyük oğlu o zaman, həm də Dağlıq Qarabağı Azərbaycandan qoparıb almağa çalışan erməni millətçilərinin qarşısında qüdrətli maneə, keçilməz sədd idi. Elə buna görə də hələ Stavropoldan başlayaraq erməni mafiyasının əlində itaətkar alət olan Qorbaçov, nəhayət, öz fitnəkar niyyətinə nail ola bildi: xalqımızın dahi oğlu Moskvada Siyasi bürodan uzaqlaşdırıldı. Bu, əslində bütün sovet hakimiyyəti illəri ərzində xalqımıza vurulan ən ağır zərbə idi. Həmin hadisədən cəmi 15 gün sonra Qorbaçovlar ailəsinin yaxın dostu olan qatı erməni millətçisi Aqanbekyan Dağlıq Qarabağın tezliklə Ermənistana veriləcəyini elan etdi. Bununla Qorbaçovun və onun “yenidənqurma siyasəti”nin iç üzü açıldı. Xalqımızın fəlakətli günləri başlandı. Ermənistanda silahsız həmvətənlərimizə qarşı hücumlar, soyqırımları başlandı. Çox keçmədən Ermənistanda, öz ata-baba torpaqlarında yaşayan azərbaycanlılar öz doğma yurdlarından qovuldular. Dağlıq Qarabağ erməniləri və dünyanın hər yerində onları müdafiə edən erməni millətçiləri də Azərbaycana qarşı düşmənçilik hərəkətinə başladılar.

1990-1993-cü illər Heydər Əliyevin Vətən naminə mübarizə yolunda xüsusi yer tutur. Həmin dövr Azərbaycanın tarixində “olum, ya ölüm” mübarizəsi dövrü idi. Moskvanın idarə etdiyi xəyanətkar rəhbərlər və onları əvəz edən, heç bir idarəçilik bacarığı olmayan Azərbaycan Xalq Cəbhəsinin rəhbərliyi məmləkəti dağılıb məhv olmaq təhlükəsi ilə üz-üzə qoymuşdu. Azərbaycan Cənubi Qafqazın xəritəsindən silinmək üzrə idi. Bu zaman əliyalın xalqın yeganə qələbə silahı Heydər Əliyev zəkası idi. 1990-cı il yanvarın 21-də həyatını təhlükə qarşısında qoyaraq Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gəlib doğma xalqına başsağlığı verən, Bakıda kütləvi qırğın törədənlərin cəzalandırılmasını tələb edən Heydər Əliyev, əslində, doğma xalqının qurtuluş mübarizəsinin önünə keçdi.

90-cı illərin əvvəlində Zaqatalada, bütün Şəki bölgəsində, o cümlədən doğulduğum Baş Göynük kəndində, Qaxda, Balakəndə, Lənkəranda, Füzulidə, ölkəmizin bütün bölgələrində Azərbaycan dövlətçiliyindən söhbət düşəndə hamı əllərini açaraq tribunaya yaxınlaşıb deyirdi: “Tale Heydər Əliyevi yaşatsın, ona cansağlığı versin, bizi o xilas edəcəkdir”. Mən bütün bunların şəxsən şahidiyəm...

1993-cü ilin iyununda - Heydər Əliyevin hakimiyyətə qayıdışı ərəfəsində Azərbaycan öz tarixinin ən mürəkkəb dövrlərindən birini yaşayırdı. Cəbhədə ağır məğlubiyyətlər, xəyanətlər, satqınlıq, vəzifə ələ keçirmək üçün müqəddəs torpaqlarımızın hərraca qoyulması adi hal almışdı. Ölkədə, sözün əsl mənasında, hakimiyyətsizlik idi. Siyasi hərc-mərclik baş alıb gedirdi. Bölgələrimizdə, rayonlarda, paytaxtın ayrı-ayrı məhəllələrində faktiki olaraq ayrı-ayrı silahlı dəstələr hökmranlıq edirdilər. Müdrik xalqımız, o zaman qəti və sərrast hərəkət edərək yeganə düzgün addımı atdı - dünyanın bu böyük siyasət adamını hakimiyyətə gətirdi. Bununla da Azərbaycanın xarici və daxili düşmənlərinin oxu daşa dəydi, bədxahlarımızın arzuları gözlərində qaldı. Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə Azərbaycanın qurtuluş mübarizəsində həlledici dönüş baş verdi. Müdrik dövlət xadimi vətəndaş müharibəsi təhlükəsini aradan qaldırdı. Xarici və daxili düşmənlərin Azərbaycanı parçalayıb yox etmək, müstəqil dövlətimizi aradan qaldırmaq planları puça çıxdı.
Ümummilli lider Heydər Əliyev Azərbaycanın düşdüyü ağır vəziyyəti düzgün qiymətləndirdi, dərindən ölçüb-biçdi. Ağır vəziyyəti nəzərə alaraq cəbhədə atəşin kəsilməsinə nail oldu. Böyük rəhbərin səyi nəticəsində Azərbaycanda əmin-amanlıq yarandı.

1994-cü il sentyabrın 20-də xarici dövlətlərin iri neft şirkətləri ilə “Əsrin müqaviləsi” imzalandı. Bu, tarixi nailiyyət idi. Çünki Xəzərin təkinin və səthinin bölüşdürülməsi ilə bağlı sahilyanı dövlətlər arasında problemlərin həll olunmadığı tarixi şəraitdə Ulu Öndər dünyanın nəhəng neft şirkətlərini Xəzərin karbohidrogen ehtiyatlarının mənimsənilməsinə cəlb edə bildi. Bu tarixi nailiyyətin ardınca digər müqavilələr də bağlandı. Müstəqilliyimiz möhkəmləndi. Dövlət başçısının qətiyyəti xalqa ruh yüksəkliyi gətirdi, inamımızı özümüzə qaytardı.

Azərbaycan xalqı on ildən sonra 2003-cü ildə ikinci dəfə yenidən daha bir ağır sınaq qarşısında qaldı. Ulu Öndərin xəstəliyindən istifadə edən radikal müxalifət, onların xaricdəki havadarları “bəlkə də qaytardılar” xülyası ilə yenidən fəallaşdılar. Xalq yenə seçim qarşısında qaldı və yenə də 1993-cü ildə olduğu kimi ayağa qalxaraq yekdilliklə və qətiyyətlə ölkəni anarxiya və hərc-mərclik dövrünə qaytarmaq istəyənlərə yenidən “YOX!” dedi. Millətimiz bu dəfə ölkənin ali rəhbərliyini İlham Əliyevə etibar etdi. Bununla xalqımız həm özünə yeni Prezident seçdi, həm də müstəqillik tariximizdə qəti şəkildə və birdəfəlik hakimiyyəti zorakılıqla ələ keçirmək düşüncəsinə son qoydu və bugünkü uğurlarımızın əsası qoyuldu...

Bu gün Azərbaycan dünyanın sürətlə inkişaf edən ölkəsi, Cənubi Qafqazın lider dövlətidir. Artıq vətənimiz dünyanın kosmik araşdırmalar aparan dövlətləri sırasına qoşulub. Yurdumuzun əldə etdiyi bütün böyük tarixi nailiyyətlər zəmanəmizin böyük dövlət xadimi Prezident İlham Əliyevin Heydər Əliyev siyasi kursunu dönmədən həyata keçirməsi nəticəsində əldə olunub.

Prezident İlham Əliyev Ulu Öndərin ideyalarını sürətlə dəyişən tarixi şəraitə uyğun olaraq zənginləşdirir, çevik, qətiyyətli və müdrik siyasəti ilə yurdumuzu yeni qələbələrə qovuşdurur.

DSMF konsaltinq xidmətləri üçün 300 min manat ayıracaq
DSMF konsaltinq xidmətləri üçün 300 min manat ayıracaq
"Aztelekom" avadanlığın texniki dəstəyi üçün 1,4 milyon manatdan çox vəsait ayıracaq
"Aztelekom" avadanlığın texniki dəstəyi üçün 1,4 milyon manatdan çox vəsait ayıracaq
Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu yol şəbəkəsinin tikintisinə 2 milyon manata yaxın vəsait ayıracaq
Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu yol şəbəkəsinin tikintisinə 2 milyon manata yaxın vəsait ayıracaq
Loading Bars
Xəbər lenti
Bakıda ikimərtəbəli evdə yanğın olub
Trampın reytinqi antirekordu yeniləyib
İndoneziyada zəlzələ nəticəsində ölənlərin sayı 78 nəfərə çatıb
Türkiyə Super Liqası: "Beşiktaş" "Qalatasaray"ı məğlub etdi
Yunan-Roma güləşçilərimiz "Qran-pri"də 8 medal qazandı
Türkiyədə son sutkada koronavirusdan 8 812 nəfər sağalıb
ABŞ-ın yeni vitse-prezidenti yanvarın 18-də əvvəlki vəzifəsini tərk edəcək
Şəhid ailələrinə və müharibə əlillərinə qayğı bundan sonra da artacaq - Deputat
Amsterdamda polis nümayişi dağıtmaq üçün su şırnaqlarından istifadə edir
Hirkan Milli Parkında yanğın davam edir
Avstriya sərt karantin müddətini 7 fevrala qədər uzadır
Qara dənizdə batan Rusiya gəmisinin heyətindən 6 nəfər Türkıyə tərəfindən xilas edilib, daha dörd nəfər həlak olub
Şuşa fatehlərindən olan şəhid çavuş
TDƏŞ, TÜRKSOY və Türk Mədəniyyət və İrsi Fondunun nümayəndə heyəti Füzulidə (FOTO)
Azərbaycanda 845 nəfər COVID-19-dan sağalıb, 322 nəfər yoluxub, 11 nəfər vəfat edib
Əhməd İsmayılov Elçin Şıxlının "Pressinq" verilişinin qonağı olub (VİDEO)
Azərbaycan və Türkiyə ordularının birgə təlimi keçiriləcək (FOTO/VİDEO)
Daha bir qazi yüksək texnologiyalı protezlə təmin edilir (FOTO)
Murov dağı istiqamətində Ömər aşırımında yenidən azan səsləndirilir (VİDEO)
Səfərbərlikdən tərxis edilmiş şəxslərin müraciətlərinə baxılması üzrə komissiya bölgələrdə də fəaliyyətə başlayır
MN səfərbərlikdən tərxis edilmiş şəxslərin müraciətləri ilə bağlı məlumat yayıb (VİDEO)
Türkiyədə zəlzələ baş verib
Ünvanlı sosial yardım necə təyin edilir? (VİDEO)
Sumqayıtda arvadını boğaraq qətlə yetirən şəxs saxlanıldı
Rusiyada koronavirusa yoluxanların sayı 3,56 milyonu keçib
Daha iki qazimizə sosial dəstək işləri başlanılıb (FOTO)
Azərbaycanda qarşıdakı dövrdə tədrisin təşkili qaydaları gələn həftə açıqlanacaq
Bütün türk xalqları azad edilmiş ərazilərin dirçəlməsini təmin edəcəklər - TÜRKSOY-un baş katibi
MN-də yaradılmış komissiyalarda “veteran adı”nın verilməsi səlahiyyəti yoxdur - Anar Eyvazov
Təxris olunanların müraciətinə baxılması üçün daha 2 komissiya yaradılacaq - MN
Azərbaycan qələbəsi bütün türk ölkələri üçün çox böyük bir qələbədir - TDƏŞ Baş katibi
MN-də yaradılan komissiyada Bakı şəhəri üzrə 1751 müraciətə baxılıb - Anar Eyvazov
Sabahın hava proqnozu açıqlanıb
Dələduzlar kart məlumatlarınızı oğurlaya bilərlər - XƏBƏRDARLIQ
Ermənistan Ağdamda tarixi, dini abidələr talan edib, buna biganə qala bilmərik - Türk Mədəniyyət və İrsi Fondunun prezidenti
TDƏŞ, TÜRKSOY və Türk Mədəniyyət və İrsi Fondunun nümayəndə heyəti Ağdama səfər edib (FOTO)
Dünyada sutka ərzində koronavirusdan 13 minə yaxın insan ölüb
Marginallar bu tarixi imtahanda da xalqımızın yanında ola bilmədilər - Deputat
Naxçıvan koridorunun regionda yaratdığı perspekivlər - Postblokada dövründə yeni inkişaf mərhələsi
SOCAR istiqrazları sahiblərinə növbəti dəfə $1.25 milyon dollarlıq gəlir gətirəcək
Əfqanıstanda güclü zəlzələ baş verib
Henri Deqlan Qran-Pri turnirində güləşçilərimiz 5 medal qazanıblar
Qubada ikimərtəbəli ev yanıb
NASA mütəxəssisləri Aya uçuş üçün raket mühərriklərinin atəş sınaqlarını keçiriblər
İndoneziyada baş verən bir sıra zəlzələ nəticəsində ölənlərin sayı 56-ya çatıb
2021-ci ilin martına qədər koronavirus qurbanlarının sayı 5 milyonu keçə bilər - Alimlər xəbərdarlıq edib
Avstriya sərt karantin müddətini 24 yanvardan 7 fevral tarixinə qədər uzadacaq
Argentinada koronavirusun "Britaniya" ştammına ilk yoluxma hali aşkar edilib
Danimarkada "Cənubi Afrika" ştammına ilk yoluxma faktı qeydə alınıb
ÜST: Dünyada koronavirusa yoluxanların sayı 688 mindən çox artıb
Türkiyədə son sutkada koronavirusdan 8 005 nəfər sağalıb
Suraxanıda tikili yanıb
Fransada etiraz aksiyasında 12 polis xəsarət alıb (ƏLAVƏ OLUNUB)
Filippin Hava Qüvvələrinə məxsus helikopter qəzaya uğrayıb
Azərbaycanın ictimai həyatında gənclərin iştirakı
Hirkan Milli Parkında baş verən yanğın lokallaşdırıldı
Azərbaycanda COVID-19 əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası təsdiq edilib
Britaniyada son sutkada koronavirusdan 1295 nəfər ölüb
Zabratda qamışlıq ərazidə baş verən yanğın söndürülüb
Türkiyənin vitse-prezidenti COVID-19-a qarşı peyvənd olunub
Dövlət Yol Polisi: Müvafiq icazəsi olmayan şəxslər keçid postlarından buraxılmayacaqlar
Heydər Əliyev məktəbinin, İlham Əliyev idarəçiliyinin yetişdirdiyi gənclər bizə Zəfər yaşatdı - Deputat
Gimnastlarımız “Fəxri idman ustası” adına layiq görüldü
Prezidentin köməkçisi Hikmət Hacıyev Respublika Veteranlar Təşkilatının Rəyasət Heyətinin iclasında iştirak edib (FOTO)
Prezident İlham Əliyev Rəcəb Tayyib Ərdoğana telefonla zəng edib
Göyçay rayonunda ev yanıb
Şamaxı rayonunda yaşıllıqların sahəsi daha da genişləndirilir (FOTO)
Hirkan Milli Parkında baş vermiş yanğının bir istiqamətdə söndürülməsi təmin edilib (VİDEO)
Ötən il Azərbaycanın neft məhsulları ixracı artıb
Bu gün Bakıda 554 küçə dezinfeksiya edilib (FOTO)
Mingəçevirdən Bakıya sərnişin daşıyan sürücü həbs edilib (FOTO)
Ağdam rayonunun Şelli kəndi (FOTO/VİDEO)
Azərbaycanın Ermənistana qarşı dövlətlərarası ərizəsi İnsan Hüquqları üzrə Avropa Məhkəməsinə göndərilib
“Azərlotereya” Türkiyənin “YMT Sans B.V.” şirkətinə müqavilə əsasında idarəetməyə verilib - SƏRƏNCAM
BŞİH və “Regional İnkişaf” İctimai Birliyinin birgə təşkilatçılığı ilə ağacəkmə aksiyası keçirilib (FOTO)
Kəlbəcər qəbiristanlığında 27 ildən sonra azan səslənib (VİDEO)
Çində 5 gün ərzində xəstəxana tikilib
Postlardan keçməyə cəhd göstərən 1751 nəqliyyat vasitəsi geri qaytarılıb - STATİSTİKA
İranda 96 nəfər koronavirusdan ölüb
İsmayıllı sakinlərindən 4 ədəd odlu silah götürülüb (FOTO)
Prezident İlham Əliyev dünyaya mesaj verdi ki, Azərbaycan həmişə bəşəri dəyərlərə qiymət verən humanist bir dövlətdir - Tamam Cəfərova
Bu il aktiv məşğulluq və sosial müdafiə proqramları daha da genişlənəcək
Bakının hansı rayonunda koronavirus daha çox yayılıb?
Prezidentin tarixi zəfəri: Bir zamanlar düşmənlərin “Yallı” getdiyi Cıdır düzünə artıq öz sahibləri qayıdıb
Azərbaycanda koronavirusa yoluxmanın ən çox qeydə alındığı bölgələr
Köçkünlərin azad edilən ərazilərimizə qayıdışı 3 mərhələdə ola bilər - İqtisadçı
Azercell-in Mobil Göz və Mobil Diş Klinikaları 2020-ci il ərzində yüzlərlə insana təmənnasız tibbi xidmət göstərib! (FOTO)
Gürcüstanda hakim partiyanın yeni sədri seçilib
Moskva hava limanlarında onlarla reys təxirə salınıb
Yol polisindən qeyri-sabit hava şəraiti ilə bağlı sürücülərə XƏBƏRDARLIQ
Şuşa şəhəri elektrik enerjisi ilə təchiz edilib (VİDEO)
Səfərbərlikdən tərxis edilmiş şəxslərin müraciətlərinə baxılması üzrə komissiya 1700-dən artıq müraciətə baxıb (FOTO)
Biləsuvarda su kanalında qadın batıb
Şuşa əməliyyatı aparıcı beynəlxalq hərbi məktəblərin dərsliklərinə salınacaq - Vüqar Rəhimzadə
Ermənilər Qarabağda Azərbaycan mədəniyyətinin izlərini silməyə çalışırdılar - Deputat
Bu yollarda karantin postları fəaliyyətini davam etdirəcək - DYP
Bu ərazilərdə karantin postları ləğv edilir - Baş DYP
Gəncədə yaşayış yerini tərk edən COVID-19 xəstələrinə cinayət işi açılıb
Füzuli rayonunun Mirzəcamallı kəndi (FOTO/VİDEO)
54 şəhid ailəsi üzvü tibbi müayinədən keçirildi (FOTO)
Bütün xəbərlər