...

Türkiyə səfirliyi Azərbaycanı Respublika günü münasibətilə təbrik edib

Siyasət Materials 28 May 2020 10:38 (UTC +04:00)
Türkiyənin Azərbaycandakı səfirliyinin mətbuat müşaviri Hüseyn Altınalan səfirlik adından Azərbaycanı Respublika günü münasibətilə təbrik edib
Türkiyə səfirliyi Azərbaycanı Respublika günü münasibətilə təbrik edib

Bakı. Trend:

Türkiyənin Azərbaycandakı Səfirliyinin mətbuat katibi Hüseyn Altınalan səfirlik adından Azərbaycanı Respublika günü münasibətilə təbrik edib.

Trend-in məlumatına görə, təbrikdə deyilir:

“Azərbaycan xalqının həyatında yeni bir mərhələ və tarixi hadisə olan Azərbaycan Xalq Cümhuriyyətinin 102-ci ildönümü müansibətilə səmimi qəlbdən təbrik edirəm. Bununla əlaqədar müstəqilliyini ilk olaraq Osmanlı dövlətinin tanıdığı Azərbaycan Respublikasının banisi Məmməd Əmin Rəsulzadə və azərbaycanlı qardaşları ilə çiyin-çiyinə mübarizə aparmış Qafqaz İslam ordusunun komandiri Nuru Paşa başda olmaqla şəhidlərin xatirəsini rəhmətlə anıram. Allahdan şanlı Azərbaycan bayrağının bu torpaqlar üzərində dalğalanmasını və bu ölkənin bir daha müstəqillik mübarizəsi aparmaq məcburiyyətindən qalmamasını diləyirik. Həqiqət odur ki, Azərbaycanın istiqlalı Türkiyənin istiqlalıdır. “Sən bizimsən, bizimsən, durduqca bədəndə can. Yaşa, yaşa, çox yaşa, ey şanlı Azərbaycan!”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti