...

Türkiyəli nazir Respublika Günü münasibətilə Azərbaycanı təbrik edib - FOTO

Siyasət Materials 28 May 2020 12:35 (UTC +04:00)
Türkiyəli nazir Respublika Günü münasibətilə Azərbaycanı təbrik edib - FOTO

Bakı. Trend:

Türkiyənin Energetika və Təbii Ehtiyatlar naziri Fatih Dönməz 28 May - Respublika Günü münasibətilə Azərbaycanı təbrik edib.

Trend-in məlumatına görə, bunu Türkiyənin Energetika və Təbii Ehtiyatlar naziri Fatih Dönməz "Twitter" hesabında paylaşdığı təbrikdə deyib.

"Qardaşımız, dostumuz, bir çox sahələrdə əməkdaşlıq etdiyimiz Azərbaycanı 28 May - Respublika Günü münasibətilə təbrik edirəm. Türkiyə və Azərbaycan qardaşlıq hissi ilə birgə uğurlara imza atmaqda davam edəcək".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti