Ordumuz torpaqlarımızı düşmən tapdağından azad etməyə tam hazırdır

Ordumuz torpaqlarımızı düşmən tapdağından azad etməyə tam hazırdır

Bakı. Trend:

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bakının Qaradağ rayonunda məcburi köçkünlər üçün salınmış "Qobu Park-3" yaşayış kompleksinin açılışında Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı çox aktual fikirlər səsləndirməklə yanaşı Azərbaycan ordu quruculuğundan da bəhs edib:

"Danışıqlar öz yerində, ancaq indi dünyada siz də yaxşı görürsünüz ki, güc amili ön plana çıxır, bəzi ölkələr, hətta böyük demokratik ənənələri olan ölkələr də bəzi hallarda beynəlxalq hüquqa məhəl qoymadan öz maraqlarını təmin edirlər. Nəyin hesabına? Gücün hesabına. Ona görə ordu quruculuğu mənim Prezident kimi fəaliyyətimdə həmişə ön plandadır. Bu gün biz elə bir qüdrətli ordu yaratmışıq ki, istənilən vəzifəni icra edə bilərik... Dağlıq Qarabağ probleminin həlli tarixi məsələdir və biz bu məsələni birdəfəlik və tam həll etməliyik. Azərbaycanın ərazi bütövlüyü tam bərpa olunmalıdır". Göründüyü kimi, Azərbaycan Prezidentinin cavabı qətidir – məsələ yalnız Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi şərti ilə tam həllini tapa bilər!

Azərbaycan Respublikasının Müdafiə naziri, general-polkovnik Zakir Həsənov Azərbaycan Ordusunun rəhbər heyəti ilə keçirilən son xidməti müşavirədə ölkə başçısının sözlərinə istinad edərək bildirib ki, "Silahlı Qüvvələrin Ali Baş Komandanının bu fikirləri ordunun komandir-rəis heyəti üçün əmrdir və şəxsi heyət torpaqlarımızın azad olunması məqsədilə düşmənə bütün istiqamətlərdə sarsıdıcı zərbələr endirməyə hazır olmalıdır. Düşmən tərəfi anlamalıdır ki, bu dəfə görüləcək tədbirlər 2016-cı ilin aprelindən tam fərqli olacaq, vurulacaq zərər isə ümumilikdə onun siyasi, iqtisadi və hərbi tənəzzülünə gətirib çıxaracaq".

Müdafiə nazirinin bu açıqlaması qırmızı xətti aşan, uydurma "seçkilər" və "and içmə" mərasimi keçirən işğalçı ölkənin rəhbərliyinə sərt xəbərdarlıqdır.

Nazirinin də qeyd etdiyi kimi Azərbaycan Ordusunun bu dəfə atacağı addımlar işğalçı ölkənin məhvinə səbəb olacaq. Xüsusilə, son illərdə Azərbaycanın ordu quruculuğunda əldə olunmuş nailiyyətlər bunu deməyə əsas verir. Bu gün Azərbaycan Ordusunu möhkəm intizam, vətənpərvərlik, yüksək mənəvi mübarizlik ruhu və döyüş qabiliyyəti səciyyələndirir. Ordumuz ən müasir silah və hərbi texnika ilə təchiz edilib.

Azərbaycan Ordusu tərəfindən keçirilən genişmiqyaslı təlimlər işğalçı ölkəni təşviş içərisində saxlayır. Azərbaycan Ordusunun vahid komandanlıq altında idarə olunması, əsgərinin cəsarəti, müasir texnikalar, güclü və yeni silahlar - bunların hər biri Ermənistan ordusu üzərində tam əminliklə qələbə qazanmağımıza dəlalət edir.

Ordumuz torpaqlarımızı düşmən tapdağından azad etməyə tam hazırdır. Biz yaxın vaxtlarda münaqişə ilə bağlı vəziyyətin sülh yolundan digər məcraya keçəcəyinin şahidi ola bilərik. Düşmənə qarşı irimiqyaslı tədbirlərin görülməsi artıq qaçınılmazdır. Ermənistan tərəfinin təxribat xarakterli bəyanatları ölkəmizi buna vadar edir. Çünki, Ermənistan rəhbərliyi bu cür məsuliyyətsiz hərəkəti ilə Azərbaycan tərəfinə başqa seçim qoymur. Gec-tez nəyin bahasına olursa olsun ədalət bərpa ediləcək. Bütün bunlar Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanının həyata keçiridiyi daxili və xarici siyasəti, Azərbaycan Ordusu və xalqımızın qətiyyətli iradəsi nəticəsində baş verəcək.

Analitik Ehtiram Aşırlı

Azərbaycanda qızıl ucuzlaşıb
Azərbaycanda qızıl ucuzlaşıb
BVF-nun proqnozları Azərbaycan iqtisadiyyatı ilə bağlı nikbinlik yaradır - İİTKM
BVF-nun proqnozları Azərbaycan iqtisadiyyatı ilə bağlı nikbinlik yaradır - İİTKM
“Qarabağ inciləri” sikkə dizaynı müsabiqəsinə qoşulmaq üçün son 6 gün (FOTO)
“Qarabağ inciləri” sikkə dizaynı müsabiqəsinə qoşulmaq üçün son 6 gün (FOTO)
Loading Bars
Xəbər lenti
Ombudsman Aparatında qazilərlə növbəti görüş keçirilib
Cəbrayıl, Zəngilan, Qubadlı, Ağdamdakı abidələrlə bağlı monitorinqlər qismən aparılıb - Tədqiqatçı
Azərbaycanda qızıl ucuzlaşıb
Qanunsuz silah saxlayan şəxs tutulub
Deputat seçicilərin qalırdığı bir sıra vacib məsələlərin həllinə nail oldu (FOTO)
Meksika səfiri Dövlət Tərcümə Mərkəzində olub
Cəbrayıl rayonunun Göyərçinveysəlli kəndi (FOTO/VİDEO)
BVF-nun proqnozları Azərbaycan iqtisadiyyatı ilə bağlı nikbinlik yaradır - İİTKM
Ötən gün cinayət törədən 55 nəfər saxlanılıb
Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzi fəaliyyətə başlayır
Fərman İsmayılovun nəşi Bakıya yola salınıb
Xarici muzdluların Qarabağda Azərbaycan tərəfdən iştirakına dair heç bir dəlil yoxdur - Almaniya XİN
“Qarabağ inciləri” sikkə dizaynı müsabiqəsinə qoşulmaq üçün son 6 gün (FOTO)
İran XİN rəhbərinin Bakı səfərinin təfərrüatları – ŞƏRH
Yanvarın 27-də xarici valyutaların manata qarşı məzənnələri
Peyvənd olunan şəxslərin vəziyyəti necədir? - Trend TV-nin poliklinikadan süjeti
Perunun paytaxtı və ölkənin doqquz bölgəsində karantin rejimi tətbiq ediləcək
AŞPA Katibliyinə ilk dəfə qadın rəhbərlik edəcək
Bakıda torpağın qiyməti bu müddətdən sonra bahalaşacaq
Gürcüstan xarici işlər naziri koronavirusa yoluxdu
Niderlandın paytaxtında etirazlar keçirilib
Yaponiyada məktəb avtobusu qəzaya uğrayıb
Napoleonun imzası 1 milyon avroya satışa çıxarıla bilər
"İnter" futbol klubu "Milan"ı məğlub edərək İtaliya Kubokunun yarımfinalına yüksəldi
ANAMA cəbhəboyu ərazilərdə 246 ədəd partlamamış hərbi sursat və 396 ədəd mina zərərsizləşdirib (FOTO)
"Pfizer" şirkəti 15 fevraldan etibarən Kanadaya koronavirus peyvəndinin gətirilməsini bərpa edəcək
Dünyada 100 milyondan çox insan koronavirusa yoluxub
Ceyhun Bayramov Fransanın Avropa və Xarici İşlər Nazirliyinin dövlət katibi ilə görüşüb
Türkiyədə son sutkada koronavirusdan 8 108 nəfər sağalıb
Şəmkirdə anbar yanıb
XİN: Ermənistan nümayəndə heyətinin AŞPA-nın qətnamə layihəsinə əsassız düzəlişlər etmək cəhdləri uğursuzluqla nəticələnib
Rusiya prezidenti Vladimir Putin ABŞ-ın yeni seçilmiş prezidenti ilə telefonla danışıb
Tomas Tuxel "Çelsi"nin baş məqçisi təyin olunub
Böyük Britaniyada 100 mindən çox insan koronavirusdan öldü
Nəqliyyat vasitələrinin avtobus zolağı boyunca hərəkəti halları müşahidə olunur - BNA (VİDEO)
Ermənistan nümayəndə heyətinin AŞPA-nın monitorinq prosedurunun inkişafına dair təklifləri rədd edilib
Müharibə düşmən ölkənin Şuşa planını da fiaskoya uğratdı - Ekspert
Vergi Xidməti işə qəbulla bağlı əlavə sənəd qəbulu elan edib
“Vikipediya”nın polyak dili bölməsində Azərbaycanla bağlı məqalələr yaradılır
Kənd Təsərrüfatı Nazirliyində şəkər çuğunduru istehsalı ilə bağlı onlayn müşavirə keçirilib (FOTO)
Rusiyanın Bakıdakı səfirliyinin müvəqqəti işlər vəkili XİN-ə çağırılıb
Minatəmizləmə prosesi sürətlə davam edir (VİDEOREPORTAJ)
Fermerlərin diqqətinə: Bu il fındıq bağlarının hər hektarına 4 400 manat pul veriləcək
Bakıda qadının intiharı ilə bağlı araşdırma başlanıb
Prokurorluq orqanlarına qəbul imtahanının vaxtı açıqlanıb
Ani Ödənişlər Sistemi biznes müştərilər üçün 24/7 rejimində ilk olaraq Yelo Bankda
Şəhidlərin uyuduğu torpaq yerindən asılı olmayaraq müqəddəsdir - Təxribata UYMAYAQ (FOTO)
FAO Azərbaycanın azad edilmiş ərazilərində kənd təsərrüfatının inkişafı üzrə işlərə başlayacaq
Bu rayonlara içməli su məhdudiyyətlə veriləcək
Qubadlı rayonunun Dəmirçilər kəndi (FOTO/VİDEO)
Dəniz quldurlarının öldürdüyü Fərman İsmayılovun nəşi Librevil şəhərinə gətirilib
Tofiq Bakıxanov “Şərəf” ordeni ilə təltif edildi
Albert Mustafayev “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilib
Bakıda yeni müntəzəm marşrut xətti təşkil edilib
Tbilisidə "Müstəqilliyə aparan yol: Azərbaycan-Gürcüstan" müsabiqəsinə yekun vurulub (FOTO)
Vüqar Səfərli ev dustaqlığına buraxılmadı
ÜST COVID-19-la bağlı kliniki təlimatları yeniləyib
Azərbaycanda qeyri-neft sektorunun ÜDM-də xüsusi çəkisi 70%-i ötüb - Mikayıl Cabbarov
İşğaldan azad olunan ərazilərdə qaz xətlərinin çəkilməsi üçün ilkin layihə işlərinə başlanılıb
Daha bir qanun layihəsi Milli Məclisin plenar iclasına tövsiyə olundu
“YAŞAT” Fondu 1624 şəxsi öhdəliyə götürüb (FOTO)
Fərdi ovçuluq təsərrüfatlarının yaradılması məsələsinə baxıla bilər - Firuddin Əliyev
ETSN ovun qadağan edilməsi ilə bağlı səslənən fikirlərə münasibət bildirib
Baş Prokurorluq təkzib edir
Milli parklarda piknik nöqtələrinin sayı artırılıb
Yeni quraşdırılacaq mexaniki sayğaclar mərkəzdən idarə olunacaq - RƏSMİ
Rusiya Qarabağdakı vəziyyəti diqqətdən kənarda qoymayacaq - Lavrov
Ombudsman Aparatının əməkdaşları Xırdalandakı partlayışı yerində araşdırıblar
Aqrar sektorun inkişafı daim diqqət mərkəzindədir - Naqif Həmzəyev
Azərbaycanda həvəskar balıq ovuna heç bir məhdudiyyət yoxdur - ETSN
Bəzi milli park və qoruqlarda kadastr sistemi üzrə işlər həyata keçiriləcək
Xırdalanda partlayış olan evin yerləşdiyi ərazidən heç bir qaz xətti keçmir - "Azəriqaz"
Ceyhun Bayramov Mevlüt Çavuşoğlu ilə telefonla danışıb
İşğaldan azad edilən ərazilərdə mühafizə olunan təbiət vətəndaşlar üçün daha əlçatan olacaq - Nazirlik
Ovlanması nəzərdə tutulan heyvanların sayının artırılması planlaşdırılır - ETSN
Azərbaycanda 551 nəfər COVID-19-dan sağalıb, 326 nəfər yoluxub, 7 nəfər vəfat edib
Regional mədəniyyət idarələrinə yeni rəislər təyin olunub (FOTO)
Milli parklarda qanunu pozan şəxslərdən 13 odlu silah götürülüb
MİDA-da 2020-ci il ərzində fəaliyyətinin nəticələrinə həsr olunmuş hesabat iclası keçirilib (FOTO)
Rusiya və Azərbaycan xilasediciləri 340 ədəd minanı zərərsizləşdirib - FHN (VİDEO)
Azərbaycandan Qətərə ekoməhsullar ixrac edilir
Ramin Quluzadə yeni vəzifəyə təyin olundu - SƏRƏNCAM
İtaliyanın baş naziri istefa verdi
Oqtay Şahbazov Prezidentin İşlər müdiri vəzifəsindən azad edildi
Pandemiyadan zərər çəkmiş sahibkarlara yenidən maliyyə dəstəyi göstərilib
Gecikdirilmiş ödənişlərin işəgötürənlər tərəfindən işçilərə ödənilməsini təmin edilib
Qarabağda bərpa olunan enerji mənbələrinin inkişafı üzrə Tədbirlər planı hazırlanır
Düşünürəm ki, qısa zamanda vaksinin müsbət təsirini görəcəyik - Əhliman Əmiraslanov
Dostluq yatağı ilə bağlı memorandum Xəzərin sülh dənizi statusunu möhkəmləndirəcək - Deputat
Xırdalanda partlayış olan ərazidə axtarış-xilasetmə əməliyyatı sona çatdırılıb
İran yük maşınları məhsulları gömrük postunda boşaltmadan Azərbaycana daşımağa başlayıb
"Access Bank" azad edilmiş ərazilərdə bank mərkəzlərini yaratmağı planlaşdırır
Xırdalanda dağıntılar altında daha bir nəfərin meyiti tapılıb
ÜST pandemiyanın psixi sağlamlığa təsirini müəyyən edib
Rusiya və İran XİN başçılarının görüşü keçirilir
Azərbaycanda qızıl bahalaşıb
Yumşalmadan sonra dəmir yollarından istifadə edənlərin sayı artıb
Azərbaycanda bu mallara aksiz dərəcələri tətbiq ediləcək
İranda daha 6,4 min nəfər koronavirusa yoluxub, 79 nəfər ölüb
TAP layihə gücündən kənara çıxa bilərmi? - İcraçı direktor şərtləri açıqladı
Bütün xəbərlər