...

Deputat Naqif Həmzəyev seçiciləri ilə növbəti görüş keçirib (FOTO)

Siyasət Materials 8 İyun 2020 17:12 (UTC +04:00)
Deputat Naqif Həmzəyev seçiciləri ilə növbəti görüş keçirib (FOTO)

Bakı. Trend:

Mütəmadi olaraq təmsil etdiyi dairədə yaşayan seçicilərlə görüşən, onların arzu və təklifləri, problemləri ilə maraqlanan millət vəkili Naqif Həmzəyevin seçiciləri ilə bu dəfəki görüşü onlayn şəkildə baş tutub.

Trend-in məlumatına görə, qəbul zamanı vətəndaşlarla fərdi qaydada görüşən millət vəkili onların müraciət və təkliflərini səbrlə, təmkinlə, qayğı ilə dinləyib. Məşğulluq, sosial və tibbi yardımlarla bağlı müraciətlər nəzarətə götürülüb, operativ şəkildə araşdırılaraq, qanunvericiliyə uyğun həll edilməsi üçün aidiyyatı qrumlarla əlaqə yaradılıb.

Millət vəkili ilə onlayn görüşə ölkəmizin müxtəlif ali təhsil müəssisələrində təhsil alan tələbələr də qoşulub. Gənclər problemləri ilə bağlı millət vəkilinə müraciət ediblər. Gənclərin müraciətlərinə həssaslıqla yanaşan millət vəkili mövcud problemlərin yoluna qoyulması ilə bağlı lazımi addımların atılaçağını bildirib.

Qəbul zamanı vətəndaşlara ölkə Prezidenti İlham Əliyevin tapşırığı ilə koronovirus (Covid19) infeksiyasının yayılmasının qarşısının alınması istiqamətində görülən işlər, hazırlanmış sosial-iqtisadi paket barədə məlumat verilib, Nazirlər Kabineti yanında Operativ Qərargahın tapşırıqlarına ciddi şəkildə riayət edilməsi tövsiyə edilib.

Qeyd edək ki, ölkədə elan edilmiş xüsusi karantin rejimi ilə əlaqədar vətəndaşlarla birbaşa ünsiyyət imkanları məhdud olmasına baxmayaraq millət vəkili Naqif Həmzəyev seçicilərini diqqətdən kənarda qoymayıb, daim onlarla onlayn şəkildə görüşüb. Millət vəkilinin Hamzayev.az adlı internet portalı da bu məqsədə xidmət edir. Hər bir seçici asanlıqla portala daxil olmaqla millət vəkili ilə görüşmək imkanı əldə edir. Eyni zamanda portala daxil olan bütün müraciətlər ən qısa müddətdə millət vəkilinin deputat ofisi tərəfindən nəzarətə götürülərək cavablandırılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti