...

Birinci vitse-prezident Mehriban Əliyeva: Biz sizin fədakarlığınızın, səxavətinizin və qəhrəmanlığınızın şahidi olduq (FOTO)

Siyasət Materials 17 İyun 2020 11:31 (UTC +04:00)
Birinci vitse-prezident Mehriban Əliyeva: Biz sizin fədakarlığınızın, səxavətinizin və qəhrəmanlığınızın şahidi olduq (FOTO)

Bakı. Trend:

Birinci vitse-prezident Mehriban Əliyevanın rəsmi "İnstagram" səhifəsində tibb işçilərinin peşə bayramı münasibətilə paylaşım edilib.

Trend-in məlumatına görə, paylaşımda deyilir:

"Bu gün – 17 İyun – ölkəmizdə Tibb İşçilərinin Peşə Bayramı Günü qeyd olunur. Səhiyyə sahəsində çalışan hər kəsi bu əlamətdar gün münasibətilə səmimi-qəlbdən təbrik edirəm!

Əminəm ki, bu gün bütün vətəndaşlarımız sizə sonsuz təşəkkür və səmimi minnətdarlığını bildirmək istərdi. Axı koronavirus pandemiyası ilə mübarizədə əsas yük sizin üzərinizə düşüb. Biz bir daha sizin peşəkarlığınıza əmin olduq. Biz sizin fədakarlığınızın, səxavətinizin və qəhrəmanlığınızın şahidi olduq. Siz öz doğma və yaxınlarınızdan uzaqda həyatınızı riskə ataraq xəstəliyi yenməyə kömək edir, həyatları xilas edir, insanlara inam və ümid bəxş edirsiniz. Sizin gündəlik zəhmətiniz, peşə borcunuza sadiqliyiniz, pasiyentlərə xoş münasibətiniz, şəfqət və mərhəmətiniz ən yüksək qiymətə layiqdir! Sizin hər birinizə hünər, dözüm və ən əsası cansağlığı arzulayıram!"

Məqalədə:
Xəbər lenti

Xəbər lenti