...

Baş Nazir karantin rejiminin uzadılması barədə qərar imzaladı

Siyasət Materials 19 İyun 2020 16:58 (UTC +04:00)
Baş Nazir karantin rejiminin uzadılması barədə qərar imzaladı

Bakı. Trend:

Baş Nazir Əli Əsədov xüsusi karantin rejimi müddətinin uzadılması barədə qərar imzalayıb.

Trend-in məlumatına görə, qərara əsasən, koronavirus (COVID-19) infeksiyasının ölkə ərazisində yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin müddəti 2020-ci il 1 avqust saat 00:00-dək uzadılıb.

“Xüsusi karantin rejimi ilə bağlı əlavə tədbirlər barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 may tarixli 178 nömrəli Qərarının 1-ci hissəsində “15 iyul” sözləri “1 avqust” sözləri ilə əvəz edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti