...

Daxili İşlər Nazirliyinin zabitlərinə ali xüsusi rütbələr verildi

Siyasət Materials 1 İyul 2020 16:17 (UTC +04:00)
Daxili İşlər Nazirliyinin zabitlərinə ali xüsusi rütbələr verildi

Bakı. Trend:

Prezident İlham Əliyev Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin zabitlərinə ali xüsusi rütbələrin verilməsi haqqında Sərəncam imzalayıb.

Trend-in məlumatına görə, Sərəncamla Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin aşağıdakı zabitlərinə ali xüsusi rütbələr verilib:

polis general-leytenantı ali xüsusi rütbəsi

polis general-mayoru Seyfulla Səttar oğlu Əzimova

polis general-mayoru ali xüsusi rütbəsi

polis polkovniki Teymur Kamil oğlu Hacıyevə

polis polkovniki Nurullah Abdulla oğlu Məmmədxanlıya.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti