...

Gülnarə Məmmədzadə: Azərbaycan özünü böyüməkdə olan regional texnologiya qovşağı kimi təqdim edir

Siyasət Materials 3 İyul 2020 20:53 (UTC +04:00)
Gülnarə Məmmədzadə: Azərbaycan özünü böyüməkdə olan regional texnologiya qovşağı kimi təqdim edir

Bakı. Trend:

Azərbaycanda 2019-cu ilin ikinci yarısından Prezident İlham Əliyevin təşəbbüsü ilə son 20 il ərzində dövlət idarəçiliyi sistemində ən irimiqyaslı islahatlar aparılıb. Bu islahatların məqsədyönlü xarakteri cari böhranın inkişafı ərəfəsində əsas riskləri aradan qaldırmış siyasi rəhbərliyin uzaqgörənliyini göstərir.

Trend-in məlumatına görə, bunu Trend-in baş direktorunun müavini Gülnarə Məmmədzadə "Şimal-Cənub" politologiya mərkəzində "Azərbaycan pandemiyadan sonra: inkişaf ssenarisi (iqtisadiyyat, siyasət)" adlı məruzənin onlayn təqdimatı zamanı deyib.

O vurğulayıb ki, dövlət idarəçilik sistemində vaxtı-vaxtında keçirilən islahatlar bu gün Azərbaycana təkcə pandemiya dövründə çağırışlara adekvat reaksiya göstərmək deyil, həm də post-pandemiya dövründə ölkənin milli maraqları sistemində əsas istiqamətlər üzrə müdafiə mexanizmlərinin formalaşdırılması üçün imkan verir.

Azərbaycan xarici siyasətinin çoxtərəfli modulyasiyasını davam etdirir, həmçinin beynəlxalq səviyyədə öz mövqelərini Qoşulmam Hərəkatına sədrlik, Türk Şurası, MDB kimi təşkilatlarda iştirak etməklə və ümumi təhdidlərə birgə reaksiyanı, regional inteqrasiyanı və dünyada qeyri-bərabərliyə qarşı mübarizəni öz hədəfi təyin etməklə daha da gücəndirir.

G.Məmmədzadə, həmçinin vurğulayıb ki, bu gün Azərbaycan böyük regionun logistika, energetika qovşağı mövqeyində dayanır, həm də özünü innovativ həllərin tətbiqi sahəsində təcrübəsini qonşu ölkələrlə paylaşmaq perspektivi olan, böyüyən regional texnologiya qovşağı kimi təqdim edir.

Analitiklər hesab edir ki, Azərbaycan tərəfdaş ölkələrə logistika, su ehtiyatları, aqrar sektor, məlumat mübadiləsi xarici ticarətin inteqrasiyası və artımı sahələrində regionda ümumi hədəflərin həll olunması üçün birgə layihələr təqdim edə bilər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti