Hikmət Babaoğlu: Prezidentin fikirləri Ermənistana xəbərdarlıq olmaqla ATƏT-in Minsk Qrupuna da öz vəzifələrini yerinə yetirmələri üçün bir çağırışdır

Hikmət Babaoğlu: Prezidentin fikirləri Ermənistana xəbərdarlıq olmaqla ATƏT-in Minsk Qrupuna da öz vəzifələrini yerinə yetirmələri üçün bir çağırışdır

Bakı. Elçin Mehdiyev – Trend:

İyul ayının 6-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Bakının Xətai rayonunda Fövqəladə Hallar Nazirliyinin Tibb Mərkəzinin koronaviruslu xəstələrin müalicəsi üçün nəzərdə tutulan modul tipli hospitalının açılışında iştirak etdilər. Hadisə olduqca əhəmiyyətli və aktualdır. Çünki nəticə etibarilə söhbət ümummilli təhlükəsizliyimizdən gedir və açılan yeni müəssisə məhz buna xidmət edəcək.

Trend-in məlumatına görə, bunu Milli Məclisin deputatı Hikmət Babaoğlu deyib.

H.Babaoğlu bildirib ki, ancaq Azərbaycan Prezidenti hospitalın aşılışından sonra yerli televiziya kanallarımıza verdiyi müsahibəsində bir sıra elə ciddi və aktual məsələlərə də toxundu ki, onların hər biri haqqında ayrıca danışmaq, təhlil aparmaq və ictimai yaddaşımız üçün bəzi ümumiləşdirmələr etməliyik:

“Əgər məzmun etibarilə qruplaşdırmağa çalışsaq, birinci məsələ koronavirus pandemiyasına qarşı Azərbaycan dövlətinin və xalqının birlikdə verdiyi mücadilədir. İkincisi isə Azərbaycanın bu və ya digər məsələlərlə bağlı qurduğu beynəlxalq əməkdaşlıq, ölkəmizin beynəlxalq münasibətlər sistemində yeri və rolu ilə bağlıdır.

Üçüncüsü Prezidentin məhz bu kontekstə ilk baxışda ötəri kimi toxunduğu, əslində isə strateji məsələ olan Erməmistan-Azərbaycan Dağlıq Qarabağ probleminin həlli ilə bağlı səsləndirdiyi fikirlərdir, verdiyi olduqca ciddi mesajlardır. Ona görə də xüsusi olaraq bu məsələnin üzərində dayanıb bir sıra məqamlara diqqət yetirmək lazımdır.

Əvvəla bir daha aydın oldu ki, BMT Təhlükəsizlik Şurasından xüsusi mandat almış ATƏT-in Minsk qrupu və onun həmsədrləri problemin həlli üçün lazımı səylər göstərməyiblər və ona görə də bu günə qədər münaqişə həll edilməmiş qalır.

İkincisi, Minsk Qrupunun xüsusi müşahidə missiyası işğalçı ölkənin qeyri-qanuni məskunlaşma aparmaq siyasətinə göz yumur, belə faktları hazırladıqları hesabata salmırlar. Ona görə Azərbaycan Prezidenti bildirdi ki, ATƏT-in axırıncı faktaraşdırıcı missiyası işğal olunmuş torpaqlarda 10 il bundan əvvəl olub: "Son bir neçə il ərzində biz onlara təkidlə deyirik ki, yeni missiya getməlidir. Bu 10 il ərzində Ermənistan Suriyadan və başqa yerlərdən erməniləri oraya gətirib, məcburi məskunlaşdırıb. Bizim şəhərlərimizin tarixi adlarını dəyişdirir, işğal edilmiş torpaqlarda kilsələr tikir. Yəni, sabah deyəcək ki, bu, erməni torpağıdır. Dəfələrlə demişik onlara. Reaksiya var? Yoxdur! Yəni,10 il ərzində faktaraşdırıcı missiyanı göndərmək olmaz? İstəmirlər".

Düşünürəm ki, Azərbaycan Prezidentinin səsləndirdiyi bu fikirlər əslində Ermənistana xəbərdarlıq olmaqla ATƏT-in Minsk Qrupuna da öz vəzifələrini yerinə yetirmələri üçün bir çağırışdır və hər iki tərəf bu məsələni ciddiyə almalıdır! Başqa bir mühüm ismarıc isə ondan ibarət idi ki, danışıqların imitasiya edilməsi artıq mümkün deyil, Azərbaycan artıq konkret mövqe tələb edir. Çünki öz torpaqlarının daha artıq işğal altında qalmasını qəbul edə bilməz.

Bu məsələyə toxunan Prezident İlham Əliyev bildirdi ki, Ermənistanın baş naziri deyir “Qarabağ Ermənistandır”: "Buna mən cavab verirəm və lazımi cavab verirəm. Amma Minsk qrupu niyə buna cavab vermir? Niyə cavab vermir ki, bu ifadə, əslində, Minsk qrupunun formalaşdırdığı danışıqların mahiyyətini alt-üst edir, danışıqları faktiki olaraq əhəmiyyətsiz edir. Minsk qrupunun həmsədrləri buna adekvat reaksiya veriblər? Verməyiblər! Ermənistan tərəfi iki ildir danışıqların formatını dəyişmək istəyir və bəyan edir ki, Azərbaycan qondarma Dağlıq Qarabağın qondarma, saxta, dırnaqarası liderləri ilə danışıqlar aparmalıdır. Buna adekvat cavab verilir? Verilmir! Bəli, bəzi mücərrəd sözlərlə, nala-mıxa vurmaqla cavab verilir. Axı, o dövr keçibdir. Biz aydınlıq tələb edirik". Bu fikirlərdəki əsas məzmun “nala-mıxa” vurmaq dövrünün artıq arxada qalması ilə bağlı olan fikirdir. Azərbaycan artıq aydınlıq tələb edir .

Doğuradan da Minsk Qrupu məsələyə aydınlıq gətirib konkret mövqe oratya qoymalıdır. Belə loyallıq və qeyri-müəyyənlik çox da davam edə bilməz . Ona görə də Azərbaycan Prezidentinin səsləndirdiyi haqlı, beynəlxalq hüquqa əsaslanan fikirlərə Minsk Qrupu cavab verib öz mövqeyini izah etməli, nə üçün problemin bu günədək həll edilmədiyinə aydınlıq gətirməlidir. Axı 1994-cü ildə atəşkəslə bağlı razılıq əldə edilərkən əsas şərt o idi ki, Minsk Qrupu sülh yolu ilə problemin həllinə nail olmağa çalışacaq. İndi ya bu problem nəhayət sülh yolu ilə həll edilməli, ya da Azərbaycan ərazi bütövlüyünü bərpa etmək üçün digər məqbul variantlara əl atmalıdır. Ona görə də Azərbaycan Prezidenti bir daha Aprel döyüşlərini xatırlatmaqla Milli Ordumuzun nəyə qadir olduğunu yada salmış oldu. Prezident bir daha bildirdi ki, biz haqlı olmağımızı həm beynəlxalq arenalarda, həm də döyüş meydanında göstərmişik və heç kimin Aprel döyüşləri yadından çıxmasın! Düşünürəm ki, Minsk Qrupu vəziyyət daha da gərginləşmədən öz missiyasını yerinə yetirməklə bağlı konkret addımlar atmalı, səsləndirilən fikirlərə tezliklə öz münasibətini bildirməlidir!”.

Rabitəbank şəhid ailəsinə dəstək olub (FOTO)
Rabitəbank şəhid ailəsinə dəstək olub (FOTO)
Xarici valyutaların manata qarşı məzənnələri
Xarici valyutaların manata qarşı məzənnələri
Ötən ay banklara 853 milyon dollardan çox valyuta satılıb
Ötən ay banklara 853 milyon dollardan çox valyuta satılıb
Loading Bars
Xəbər lenti
BMT-nin Baş katibi "omikron" ştammına görə ölkəyə giriş məhdudiyyətlərini səmərəsiz adlandırıb
"Honda" şirkəti 790 minə yaxın avtomobili geri çağırır
ABŞ dövlət katibi Bayden ilə Putinin "ən yaxın gələcəkdə" danışacağını açıqlayıb
Ən məhsuldar smartfonun adı məlum olub
Koronavirusun "omikron" ştammı 38 ölkədə aşkar edilib - ÜST
Türkiyə prezidenti Soçidə keçirilən üçtərəfli görüşün əsas nəticələri barədə məlumatlandırılıb
Mingəçevir Dövlət Universitetində təhsil tələbə krediti ilə bağlı infosessiyalar keçirilib (FOTO)
AQTA daha 5 müəssisədə pozuntular aşkarlayıb
Bakıda çoxmərtəbəli binada yanğın olub, ölən var
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının növbəti iclası keçirilib
“Hamı üçün layiqli iş - heç kim kənarda qalmasın” mövzusunda konfrans keçirilib (FOTO)
Azərbaycan Dillər Universitetində “Bir günlük xəlifə”lər seçilib (FOTO)
MDU-da “Tələbə Mediası” layihəsinin iştirakçıları ilə görüş olub
UNEC İqtisadi Forumunun sonuncu paneli: Qarabağa böyük qayıdış: Dayanıqlı məskunlaşma və iqtisadi reinteqrasiya (FOTO)
Ombudsman nümayəndəsi Beynəlxalq Əlilliyi Olan Şəxslər Günü münasibətilə keçirilən tədbirdə iştirak edib
“BakuBus” MMC-nin Müşahidə Şurasının növbəti iclası keçirilib
Şamaxıda “İşğaldan azad olunmuş ərazilərin innovativ iqtisadi inkişaf imkanları” mövzusunda konfrans keçiriləcək
Ərdoğan və Putin Azərbaycan-Ermənistan münasibətlərini müzakirə ediblər
Tikinti-Təchizat Birliyi MMC-nin saxlanılması xərcləri müəyyənləşib
Dayanıqlı maliyyəni təmin etmək üçün alternativ maliyyə mənbələri vacibdir - Orxan Məmmədov
Xəzər dənizində insan qalıqları aşkarlanaraq sudan çıxarılıb - SOCAR
Heydər Əliyev Fondu ilə UNICEF arasında növbəti Anlaşma Memorandumu imzalanıb (FOTO)
Ombudsman İtaliyada bir sıra rəsmi görüşlər keçirib (FOTO)
Bakıda şantaj yolu ilə qızı intihara vadar edən oğlan həbs edildi
Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb
Azərbaycanda 1 703 nəfər COVID-19-a yoluxub, 24 nəfər ölüb
Bakıda Azərbaycan və Türkiyə hərbi pilotlarının birgə təlim uçuşları icra olunub (FOTO/VİDEO)
Sahil Babayev Qəbələdə şəhid ailəsi və qazilər üçün yaradılmış müəssisə və təsərrüfatlara baxış keçirib (FOTO)
Xaçmazda Vətən müharibəsi qazisi ziyarət olunub (FOTO)
Postmünaqişə dövrünün reallıqları - “Əsas məsələ”də MÜZAKİRƏ (FOTO/VİDEO)
Roma papasının Aİ-dəki nümayəndəsi koronavirusdan ölüb
Ceyhun Bayramov ATƏT-in baş katibi ilə regionda baş verən son prosesləri müzakirə edib
Dekabrın 6-na USD/AZN rəsmi məzənnəsi
Livanın informasiya naziri istefa verib
İsmayıllıda qanunsuz heyvan kəsimi məntəqələri aşkarlanıb
Muğanbankda struktur dəyişikliyi
Bu günə qədər "YAŞAT" Fonduna daxil olan vəsait açıqlandı
Azad edilən ərazilərdəki faciələrin 53 faizi qanunsuz səfərlərlə bağlıdır - DİN
“AzerGold” barəsində yayılan neqativ xəbərlərlə bağlı açıqlama yayıb
“The Banker” ABB-ni “İlin bankı” elan etdi!
Azad edilmiş ərazilərdə "yaşıl enerji" zonasının yaradılması üzrə konsepsiya hazırlanıb
İllik sosial təminat xərcləri 2018-2021-ci illərdə 60% artıb - Nazir
Bakıda yanan məişət tullantıları söndürülüb
Xaricdə təhsil almış daha 67 nəfərin diplomu tanınmayıb
Ceyhun Bayramov ATƏT-in media azadlığı üzrə nümayəndəsi ilə görüşüb (FOTO)
Evi tərk edən koronavirus xəstəsi küçədə saxlanıldı
Azərbaycanın işğaldan azad olunmuş ərazilərində bir neçə bərpa olunan enerji növü var - Təbriz Əmmayev
FHN mina axtarışında ilk dəfə itlərdən istifadə edib
Gömrük postunda 137 kiloqramdan artıq heroin aşkarlanıb
Siyəzəndə COVİD-19 xəstəsi sükan arxasında saxlanıldı
UNEC İqtisadi Forumu: Postpandemiya dövründə biznes transformasiyası (FOTO)
Yelo Bank LUKOYL Azərbaycan ilə birgə əməkdaşlıq çərçivəsində ilk özünəxidmət mərkəzini istifadəyə verdi (FOTO)
Ceyhun Bayramov ukraynalı həmkarı ilə nəqliyyat sahəsində əməkdaşlığı müzakirə edib
Masazırda şəhid Nicat Salahovun il mərasimi keçirilib (FOTO)
Latviyada təyyarə eniş zolağından çıxıb - Hava limanı bağlanıb
Bakıda narkotik alveri edən daha bir dəstə yaxalandı (FOTO/VİDEO)
Bakıda NATO-nun təlim kursu keçirilib
Qubada əl qumbaraları tapılıb
Gələn ildən kənd təsərrüfatı üzrə verilən bütün aktivlər sığortalanacaq - Nazir
Cənubi Qafqazda vəziyyət həssas qalmaqdadır - Ann Linde
Ceyhun Bayramov Polşa xarici işlər naziri ilə görüşüb
Bakının mərkəzində yanğın olub
Şəmkirdə xırdabuynuzlu heyvan oğurlamaqda şübhəli bilinən şəxslər saxlanılıb (FOTO)
Pensiya ilə yanaşı, müavinətlər də artacaq - Sahil Babayev
Gəncə Dövlət Universitetində Elmi Şuranın növbəti iclası keçirilib (FOTO)
Qarabağ və Şərqi Zəngəzurda heyvan xəstəliklərindən azad zona yaradılır
Türkiyə-Azərbaycan birgə universiteti yaradılacaq
İqlim təhlükəsizliyi ilə bağlı regional əməkdaşlıq platforması yaradıla bilər
17 nəfərə qarşı dələduzluq edən vəkilin şikayəti təmin edilmədi
Kəlbəcərin qızıl ehtiyatları ilə bağlı geoloji-axtarış işlərinə başlanılıb - Nazir
Qarabağın inkişaf strategiyası hazırlanır - Rəhman Hacıyev
Qarabağda kənd təsərrüfatının inkişafı üzrə işlərin miqyası 2022-ci ildə genişləndiriləcək - Nazir
Qəbələdə Uşaq Reabilitasiya Mərkəzi istifadəyə verildi (FOTO)
Yasamalda avtomobildən 10 min manatdan artıq pul oğurlanıb (FOTO/VİDEO)
Hərbi qulluqçumuz ona hücum edən erməni əsilli təxribatçını zərərsizləşdirib - MN
Amnistiya aktının icrasında prokurorluq orqanlarının da üzərinə məsuliyyətli iş düşür - Heydər Yusifzadə
Türkiyənin “Hürkuş” təlim təyyarəsi Azərbaycanda sınaqdan keçirilib (FOTO)
Avstraliya Ermənistan və Azərbaycanı sərhədin delimitasiyası və demarkasiyası məsələsini həll etməyə çağırır
OPEC-in qərarı neftin ucuzlaşması riskini yüksəldir
Bakıda daha bir küçə təmir edilib (FOTO/VİDEO)
Azərbaycan həmkarlar ittifaqlarının əməkdaşları ağacəkmə aksiyasında iştirak ediblər (FOTO)
Mövsümi xəstəliklər artıb: koronavirusla qripi necə ayırd edək?
Füzuli və Ağdamda su hövzələri minalardan təmizlənir - Polkovnik (VİDEO)
Mixail Qusman “Rusiya mədəniyyətinə töhfəsinə görə” döş nişanı ilə təltif edilib (FOTO)
“Sumqayıt Tikinti Xidmət” ASC özəlləşdirilir
16 saylı cəzaçəkmə müəssisəsindən 14 məhkum azadlığa buraxılıb (FOTO)
FHN minalarla bağlı vətəndaşlara çağırış edib (FOTO/VİDEO)
Türkiyədə inflyasiya son üç ildə ən yüksək səviyyəyə çatıb
Bakıda məktəb direktoru iki həftəlik karantinə cəlb edildi
Amnistiya aktı çərçivəsində 260 nəfər cərimədən azad edilib
İrandan Azərbaycana narkotik gətirən şəxsə hökm oxundu
ADU Konfutsi İnstitutunun təqdimatı keçirilib (FOTO)
“AzerGold” QSC-nin Müşahidə Şurasının növbəti iclası keçirilib (FOTO)
Amnistiya aktı çərçivəsində 17 saylı cəzaçəkmə müəssisəsindən 122 məhkum azadlığa buraxılıb (FOTO)
2022-ci ilin büdcəsində dəyişiklik edilib
YARAT Müasir İncəsənət Məkanı 10 illik yubileyini qeyd edir
Türkiyə Qarabağda seysmik stansiyaların quraşdırılmasında Azərbaycana dəstək verəcək
Amnistiya aktı 65 qadına şamil edilib
Bakıda söyüşə görə qətl törədən 21 yaşlı gəncə ağır cəza verildi
İtaliya və Türkiyə mətbuatı Azərbaycan Ombudsmanının Ermənstanla bağlı hesabatlarından yazıb (FOTO)
Bütün xəbərlər