Komitə sədri: ATƏT-in Minsk qrupunun işğalçı Ermənistana təyziq etmək əvəzinə, Azərbaycana tələb irəli sürməsi həmin qrupa inamı tamamilə sarsıdıb

Komitə sədri: ATƏT-in Minsk qrupunun işğalçı Ermənistana təyziq etmək əvəzinə, Azərbaycana tələb irəli sürməsi həmin qrupa inamı tamamilə sarsıdıb

Bakı. Elçin Mehdiyev - Trend:

Bu gün dünyada “Covid-19” pandemiyası olduqca ciddi problemlər yaratmaqdadır. Demək olar ki, tarixdə ilk dəfə olaraq bütün dövlətlər özünütəcrid və ölkə daxilində karantin və ya fövqaladə hal rejimi tətbiq edib. Bir çox dövlətlər bu vəziyyətdə həm humanitar, həm siyasi, həm də iqtisadi böhran yaşayır.

Bunu Trend-ə Milli Məclisin deputatı Bəxtiyar Əliyev deyib.

B.Əliyev bildirib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin apardığı uğurlu siyasət imkan verdi ki, dünyamiqyaslı böhran şəraitində vətəndaşların təhlükəsizliyi, sağlamlığı və sosial müdafiəsi təmin edilsin:

“Azərbaycan eyni zamanda 30 ölkəyə humanitar yardım göstərdi. Prezident İlham Əliyevin təşəbbüsü ilə “Covid-19” pandemiyasına qarşı birgə mübarizə ilə bağlı dövlət başçıları səviyyəsində videokonfranslar keçirildi və bu bəlaya qarşı birgə mübarizənin əsas istiqamətlərini təklif etdi.

Nəhayət, Prezident İlham Əliyev dünyada böhranın daha da dərinləşdiyini nəzərə alaraq, birgə tədbirlərin hazırlanmasını müzakirə etmək üçün “Covid-19” pandemiyası ilə bağlı BMT Baş Assamblyesının xüsusi sessiyasının çağırılması təşəbbüsünü irəli sürdü və bu təşəbbüs dünya birliyi tərəfindən müsbət qarşılandı.

Amma bunun əleyhinə səs verən yeganə ölkə Ermənistan oldu. Əslində bu bizim üçün təəccüblü deyil. Ona görə ki, əsrlər boyu başqa xalqlara, xüsusən də türk və azərbaycanlılara qarşı soyqırımı həyata keçirərək özlərinə dövlət qurmaq arzusunda olan faşist ideologiyalı daşnaqlardan bundan artıq bir şey gözləmək olmazdı.

Havadarlarının köməyi ilə azərbaycanlılara qarşı soyqırımı, etnik təmizləmə və deportasiya həyata keçirərək Azərbaycan torpaqlarında süni forpost əvvəlcə erməni vilayəti, sonra isə Ermənistan Respublikası yaradıldı.

Prezident İlham Əliyevin qeyd etdiyi kimi, “Ermənistan hələ müstəqil ölkə kimi formalaşandan dərhal sonra öz əsl xislətini göstərdi. Xocalı soyqırımını törədən faşistlər demokrat ola bilməzlər. Başqasının torpağına göz dikən, bir milyon insanı evsiz-eşiksiz qoyan ölkə demokrat ola bilməz. Onlar bir milyon Azərbaycan vətəndaşının və Ermənistanda yaşayan azərbaycanlıların elementar insan haqlarını pozublar. Azərbaycanın məqsədyönlü fəaliyyəti ona gətirib çıxarıb ki, Ermənistanın üzərində mövcud olan çətir artıq deşilib. Biz onların əsl mahiyyətini üzə çıxarırıq, onların faşist mahiyyətini ifşa edirik. Faşist Njdeyə abidə ucaldan və bu abidəni müdafiə edən faşistdir”.

B.Əliyev bildirib ki, faşist ideologiyası ilə idarə edilən Ermənistanda bu ideologiya əleyhinə çıxanlara qarşı siyasi qətllər həyata keçirilir, demokratiya istəyənlər gülləboran edilir, siyasi rəqiblər öldürülürlər, saxta seçkilər keçirilir, korrupsiyanın başında siyasi rəhbərlik dayanır:

“Onların mahiyyəti budur. Azərbaycanın 20 faiz ərazilərini işğal etmiş, Xocalı soyqrımı həyata keçirmiş faşist ideologiyasını yayan Ermənistana qarşı heç bir tədbir görülmür.

Ermənistan daim Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı danışıqları müxtəlif təxribatlar törətməklə pozur. Ermənistan tərəfi iki ildir danışıqların formatını dəyişməyə cəhd edir, Azərbaycan Respublikasının işğal olunmuş Qarabağ bölgəsində yaradılmış qondarma rejimin danışıqlarda tərəf kimi çıxış etməsini istəyir. Dağlıq Qarabağda qondarma “seçkilər” və qondarma “andiçmə mərasimi” keçirilir, hətta Ermənistan rəhbərliyi əlini Azərbaycan xalqının qanına bulamış cinayətkarlarla birgə həmin “mərasim”də iştirak edir.

ATƏT-in Minsk qrupu isə Ermənistana qarşı heç bir ciddi tədbir görmür, məsələnin üstündən yumşaq formada, nala-mıxa vurmaqla keçir. Bu azmış kimi, Minsk qrupunun işğalçıya təyziq etmək əvəzinə, Azərbaycandan öz ərazi bütövlüyünü və süverenliyini təmin etmək üçün gücdən istifadə etməməyi tələb etməsi isə artıq xalqda həmin qrupa inamı tamamilə sarsıdıb.

Minsk qrupu həmsədrləri beynəlxalq hüquqa, BMT-nin onlara verdiyi mandata uyğu olaraq bilavasitə BMT Təhlükəsizlik Şurasının məlum dörd qətnaməsinin icra edilməsinə təcili başlamalıdırlar. Onların mandatı bundan ibarətdir. Əgər onlar özlərinə yeni bir mandat düşünüblərsə, yanılırlar. Azərbaycan xalqı onlardan ədalətin bərqərar edilməsini, doğma Qarabağa qayıtmağı gözləyir.

Əks təqdirdə Azərbaycan xalqı həmin qərarlara və üzv olduğu BMT-nin müəyyən etdiyi prinsiplərə uyğun olaraq ərazi bütövlüyünü və süverenliyini tam təmin edəcək. Buna heç kimin şübhəsi olmasın!”.

Bakıda anqarda yanğın olub
Bakıda anqarda yanğın olub
Tovuzda top mərmisi aşkar edilib (FOTO)
Tovuzda top mərmisi aşkar edilib (FOTO)
Batma təhlükəsi ilə üzləşən 12 nəfər xilas olunub
Batma təhlükəsi ilə üzləşən 12 nəfər xilas olunub
Loading Bars
Xəbər lenti
Bakıda anqarda yanğın olub
Çinin şimal-qərbində 4,8 bal gücündə zəlzələ baş verib
Tovuzda top mərmisi aşkar edilib (FOTO)
Moskvada koronavirusdan daha 14 nəfər ölüb
Hindistanda təyyarə sərt eniş edib, 20 nəfər ölüb
Türkiyədə 4,6 bal gücündə zəlzələ baş verib
"Mançester Siti" Çempionlar Liqasının 1/4 finalına yüksəlib
Batma təhlükəsi ilə üzləşən 12 nəfər xilas olunub
Türkiyədə koronavirusdan sağalanların sayı 221 min nəfəri ötüb
Vaqif Dərgahlı: Sarqsyan öz canını qurtarmaq üçün çürük saman çöpündən yapışır
Bakıda 13 yaşlı oğlan dənizdə batıb
SOCAR Hacıqabulda qaz kəmərində baş verən partlayışın ilkin səbəbini açıqlayıb (ƏLAVƏ OLUNUB)
Azərbaycanda koronavirusla bağlı son vəziyyət açıqlandı
Xarici İşlər naziri Ceyhun Bayramov “Hədəf”in suallarını cavablandırıb
Hacıqabulda partlayış baş verib (VİDEO)
İdman yarışlarına icazə verilir
Sərt karantin rejimi tətbiq edilən şəhər və rayonlara giriş-çıxışa necə icazə veriləcək? - RƏSMİ
Nazirlər Kabineti 190 manat məbləğində birdəfəlik ödəmənin verilməsi ilə bağlı qərar verib
İşçi sayına tətbiq edilən 50 faizlik məhdudiyyət ləğv edilir
Sərt karantin rejiminin tətbiq edildiyi rayonlarda fəaliyyətinə icazə veriləcək sahələr - SİYAHI
Azərbaycanda xüsusi karantin rejimi növbəti dəfə yumşaldılır
Macarıstanın Baş naziri qeyri-leqal miqrantları "bioloji silah" adlandırdı
Sahibkarlıq subyektlərində növbəti nəzarət tədbirləri keçirilib
Bank Respublika Neftçala sakinlərinə içməli su təminatı ilə bağlı dəstək oldu! (FOTO)
Pandemiyanın ölkənin sosial-iqtisadi həyatına təsirlərinin minimumlaşdırılması davamlı xarakter daşıyır - Azər Badamov
“Qobu park-3"də məcburi köçkünlərin yerləşdirilməsi başa çatmaq üzrədir
SOCAR-ın rəhbər şurası ölkə başçısının çıxışından irəli gələn vəzifələri müzakirə edib (FOTO)
Bakı-Pirşağı-Sumqayıt-Bakı xəttinə əlavə qatarlar buraxılır
“TurAz Qartalı - 2020” birgə taktiki-uçuş təlimlərinin birinci mərhələsi davam edir (VİDEO)
Fransalı ekspert: Livandakı partlayış neft bazarına təsir etməyəcək
Neftçalada xəstə olmayan adamlara saxta arayış satan baş həkim tutuldu (VİDEO)
Müəllimlərin işə qəbulu üzrə müsabiqənin ikinci mərhələsinə start verilir
Yol polisi paytaxtdan rayonlara getməyə cəhd edənlərə müraciət etdi
FHN Sumqayıtda zavodda baş verən yanğınla bağlı məlumat yayıb
BNA: Yollardakı sıxlıq avtobusların intervalına mənfi təsir edir (FOTO)
Bəxtiyar Əliyev: Pandemiyaya baxmayaraq, ölkə iqtisadiyyatının dayanıqlılığı və əhalinin sosial müdafiəsi təmin olunub
Rusiyada şərablı dondurma istehsal edilib
Azərbaycan Memarlar İttifaqı öz tarixinin intibah dövrünü yaşayır
AQTA 103 obyektdə nöqsan aşkarladı
Roma papası Livana maliyyə yardımı edib
BFB qiymətli kağızlar üzrə keçirilən əməliyyatların həcmini açıqlayıb
Qabiliyyət imtahanı verəcək abituriyentlərin qeydiyyatına başlanılır
Pandemiyadan zərər çəkmiş sahibkarlara Azərbaycan Beynəlxalq Bankından güzəştli kredit
Bu il baş verən yanğınlarda 23 nəfər həlak olub
Peşə məktəblərinə tələbə qəbulunun vaxtı açıqlanıb
Avqustun 10-da dolların manata qarşı məzənnəsi
“Vətənin müdafiəsinə hazırıq” adlı onlayn görüş keçirilib
Ərdoğan: Beyrutda partlayış nəticəsində yaralananlar Türkiyədə müalicə oluna bilərlər
Sabahdan Bakıda ictimai nəqliyyatın hərəkəti dayandırılır
Zirə qəsəbəsinin yaşayış massivləri qazlaşdırılır (FOTO)
AzTV-nin yeni sosial çarxı - "Mən səni Azərbaycan qədər sevirəm" (VİDEO)
Polis paytaxtda reydlər keçirib
Ölkə ərazisinə 30 kiloqramdan çox narkotik vasitənin gətirilməsinin qarşısı alındı (FOTO/VİDEO)
Azərbaycanda pandemiya ilə mübarizə tədbirləri beynəlxalq səviyyədə yüksək qiymətləndirilib
Şəhid vərəsələrinə birdəfəlik ödəmə proqramı 100 faizə yaxın icra olunub
SABAH qruplarına müəllimlərin işə qəbulu üzrə müsabiqə keçirilir
Azərbaycanda koronavirusa yoluxanların sayı 129-a qədər azalıb, 421 nəfər isə sağalıb
Azərbaycanda dövlət qeydiyyatına alınmış dini qurumların sayı açıqlandı
Hakimliyə namizədlər yazılı imtahan veriblər
21 adda dini kitabın ölkəyə idxalının və yayılmasının qarşısı alınıb
Vüqar Rəhimzadə: Şəffaflıq biznes mühitinin yaxşılaşdırılmasında mühüm amildir
ÜST Livana 15 milyon dollar yardım üçün dünya ictimaiyyətinə müraciət etdi
"AccessBank”ın simaları - İnformasiya Texnologiyaları Departamentinin rəhbəri Zəhra Zeynalova: Xanımlar işlərinə daha sadiqdirlər (FOTO)
Kənd Təsərrüfatı Nazirliyində yeni təyinat olub
Kamaləddin Qafarov: Yeni idarəetmə sisteminə keçid iqtisadi islahatların növbəti mərhələsidir
Neftçalada Kürdə batan gəncin meyiti tapılıb
Mikayıl Cabbarov sahibkarlarla onlayn görüş keçirib (FOTO)
Hərbi hissələrdə ideoloji işə həsr edilən tədbirlər keçirilib (FOTO/VİDEO)
Komitə: Xaricdə azərbaycanlılara qarşı təxribat törədən ermənilərdən həbs edilənlər var
COVID-19-un ürəyə təsiri elmi tədqiqatlarla sübut edildi
Bakıda qəza: Avtobuslar gecikdi (FOTO)
Cənubi Koreya prezidenti ölkənin 7 regionunu “xüsusi təbii fəlakət zonası” elan edib
Beyləqanda əxlaqsız yuva aşkar edilib
Bakıda və bölgələrdə "od tutub yanan" bağ evi qiymətləri
Azərbaycan İnvestisiya Holdinqi yaradılır - Fərman
Hindistanda koronavirusa yoluxanların sayı 2 milyon nəfəri keçib
PAŞA Sığorta KASKO sığortası əldə etmək istəyən müştərilər üçün rahat ödəniş planı təklif edir!
Azərbaycan ağır pandemiya dövründə həm də sosial dövlətçilik siyasətini möhkəm ənənəyə çevirə bilmiş ölkə kimi tanındı - Ekspert
Yusif Səfərov küçəsində yeni yol qovşağının yaradılması işləri yekunlaşır (FOTO)
İranda koronavirusdan ölənlərin sayı 18 mini ötüb
Sumqayıtda zavodda baş verən yanğın söndürülüb
Azərbaycan nefti ucuzlaşıb
Rusiyada koronavirusa yoluxanların sayı 877 mini keçib
Ermənistanın Serbiya istehsalı olan silahlardan istifadə etməsinin araşdırılması ilə bağlı nümayəndə heyəti göndəriləcək
Bakıda 34, rayonlarda 38 dərəcə isti olacaq
Rinqə qondarma rejimin bayrağı ilə çıxan erməni idmançı cəzalandırıldı
Ermənistanın Azərbaycana qarşı davam edən təcavüzü ilə əlaqədar BMT-nin Baş katibinə məktub göndərilib
Serbiya Prezidenti Aleksandr Vuçiç Prezident İlham Əliyevə zəng edib
Şəhid ailələrinin, müharibə əlillərinin sosial müdafiəsinin gücləndirilməsinə böyük diqqət yetirilir - Deputat
Mark Zukerberqin varidatı ilk dəfə 100 milyard dolları keçib
Biləsuvar sakini qohumu tərəfindən qətlə yetirilib
Kürdə 1 nəfər batıb
13 və 14 avqustda keçiriləcək qəbul imtahanlarının ikinci mərhələsinin qrafiki açıqlanıb
Cəlilabadda karantini pozan iki kafe aşkarlandı
Sumqayıtda baş verən yanğının ilkin səbəbləri açıqlanıb - RƏSMİ
Sumqayıtdakı yanğında yaralanların 6-sı Bakıya gətirilib (YENİLƏNİB)
Əliağa Vahidin 125 illiyi münasibətilə poçt markası buraxılıb (FOTO)
Azərbaycanda restoranı “zooparka” çevirən sahibkar cəzalandırıldı
Nazir: İl ərzində çox az vətəndaş iş yerini müəssisənin ləğvi, ixtisar və öz ərizəsi olmadan itirir
Pensiyaçıların yaşayış minimumundan bir neçə dəfə artıq pensiya almasını hədəfləyirik - Sahil Babayev
Bütün xəbərlər