...

Ermənistan Naxçıvan istiqamətində də atəşkəs rejimini kobudcasına pozub

Siyasət Materials 13 İyul 2020 16:57 (UTC +04:00)
Ermənistan Naxçıvan istiqamətində də atəşkəs rejimini kobudcasına pozub

Bakı. Trend:

Ermənistan silahlı qüvvələrinin bölmələri iyulun 12-si saat 22:45-dən etibarən iyulun 13-ü saat 00:40-dək iriçaplı silahlardan da istifadə etməklə Şahbuz və Culfa rayonları istiqamətində müdafiə olunan müvqelərimizi atəşə tutub.

Müdafiə Nazirliyindən Trend-ə verilən məlumata görə, düşmənin atəşkəs rejimini pozması zamanı əsasən izburaxan və yandırıcı mərmilərdən istifadə etməsi ara boşluğunda olan 5 hektara qədər ərazinin yanması ilə nəticələnib.

Düşmən cavab atəşi ilə susdurulub. Əməliyyat şəraiti qoşunlarımızın tam nəzarəti altındadır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti