...

Türk Şurasının Baş katibi Ermənistanın təxribatını kəskin şəkildə pisləyib

Siyasət Materials 15 İyul 2020 02:00 (UTC +04:00)
Türk Şurasının Baş katibi Ermənistanın təxribatını kəskin şəkildə pisləyib

Bakı. Trend:

Türk Şurasının Baş katibi Bağdad Amreyev Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində artilleriya qurğularından istifadə olunmaqla hücum edilməsini və bununla da regionda gərginliyin artmasını kəskin şəkildə pisləyib və bundan çox narahat olduğunu bildirib.

Trend xəbər verir ki, Baş katib şəhidlərin ailələrinə, Azərbaycan xalqına və hökumətinə başsağlığı verib, yaralananların tezliklə sağalmalarını arzulayıb.

Bəyanatda deyilir ki, Türk Şurası beynəlxalq hüququn norma və prinsiplərinə sadiqliyini bir daha bildirir, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin Azərbaycan Respublikasının suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığı əsasında tezliklə həll edilməsinin vacibliyini vurğulayır.

Baş katib tərəfləri döyüşlərin tezliklə dayandırılmasına, gərginliyin aradan qaldırılmasına və münaqişənin beynəlxalq hüququn ümumqəbul edilmiş norma və prinsipləri, BMT Təhlükəsizlik Şurasının 1993-cü il tarixli qətnamələri əsasında sülh yolu ilə həlli üçün yollar axtarmaqda davam etməyə çağırır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti