...

Milli Məclisin deputatı Naqif Həmzəyev seçiciləri ilə onlayn qəbul keçirib (FOTO)

Siyasət Materials 21 İyul 2020 16:30 (UTC +04:00)
Milli Məclisin deputatı Naqif Həmzəyev seçiciləri ilə onlayn qəbul keçirib (FOTO)

Bakı. Trend:

Milli Məclisin deputatı Naqif Həmzəyevin seçicilərlə növbəti görüşü də onlayn şəkildə həyata keçirilib.

Trend-in məlumatına görə, seçicilərini narahat edən məsələləri daim diqqət mərkəzində saxlayan və onların həlli üçün müvafiq addımlar atan millət vəkili hər bir vətəndaşın arzu və istəklərini səbrlə, təmkinlə, qayğı ilə dinləyib.

Görüşdə məşğulluq, sosial və tibbi yardımlarla bağlı müraciətlər nəzarətə götürülüb, operativ şəkildə araşdırılaraq, qanunvericiliyə uyğun həll edilməsi üçün aidiyyatı qrumlarla əlaqə yaradılacağı bildirilib.

İyulun 12-də günorta saatlarından başlayaraq Ermənistanın Azərbaycan-Ermənistan dövlət sərhədinin yerləşən Tovuz rayonu istiqamətində törətdiyi təxribatın qarşısının Ordumuz tərəfindən qətiyyətlə alındığı, düşmənə adekvat cavab verildiyi barədə seçicilərə ətraflı məlumat verən millət vəkili döyüşlər başladığı andan Azərbaycan xalqının birmənalı olaraq Ali Baş Komandan İlham Əliyevin yanında olduğunu nümayiş etdirdiyini bildirib.
Naqif Həmzəyev qeyd edib ki, Azərbaycanın qüdrətli Ordusu düşmənin bundan sonra da istənilən təxribatının qarşısını almağa hazırdır. Eyni zamanda millət vəkili seçicilərə sağlamlıqlarıını risk altına qoymamaq üçün Nazirlər Kabineti yanında Operativ Qərargahın tapşırıqlarına ciddi şəkildə riayət etməyi tövsiyə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti