Prezidentə yazırlar: Azərbaycanın parlaq gələcəyi, vətəndaşlarımızın sağlamlığının qorunması naminə gördüyünüz bütün işləri alqışlayırıq

Prezidentə yazırlar: Azərbaycanın parlaq gələcəyi, vətəndaşlarımızın sağlamlığının qorunması naminə gördüyünüz bütün işləri alqışlayırıq

Bakı. Trend:

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə minnətdarlıq məktubları gəlməkdə davam edir.

Trend Prezident saytına istinadla həmin məktubların daha bir neçəsini təqdim edir.

Bakı şəhəri Səbail rayonundan Fidan Abbaslı yazır: “Hörmətli cənab Prezident, ümummilli liderimiz Heydər Əliyevin milli dövlətçilik, vətənpərvərlik ideyaları bugünkü inkişafımızın təməlini təşkil edir. Onun bizə miras qoyduğu bu ideyalar Sizin sayənizdə daha da güclənərək xalqımızı birləşdirən amilə çevrildi. İyulun 12-də Azərbaycan-Ermənistan sərhədində baş verən döyüşlər ordumuzun gücünü bir daha göstərdi. Bu ordunun güclənməsi Sizin zəhmətinizin sayəsindədir. Bizim Vətənimizi, xalqımızı qoruyan güclü ordumuz var. Bizlər də hər zaman öz ərazi bütövlüyümüzü qorumaq üçün hazırıq. Gənclər daim Sizə inanır və güvənirlər”

Şuşadan məcburi köçkün Qalib Kazımov: “Cənab Ali Baş Komandanımız, cəbhədə baş verən növbəti düşmən təxribatının qarşısı güclü ordumuz tərəfindən qətiyyətlə alındı. Bu çətin günlərdə dövlətimiz, xalqımız üçün göstərdiyiniz fədakarlıq, yorulmaz səyləriniz və möhtəşəm çıxışlarınız bir gənc olaraq məni çox qürurlandırdı. Vətənpərvər nəslin yetişdirilməsi vacib və çətin bir vəzifədir. Siz bu vəzifənin öhdəsindən ləyaqətlə gələrək ölkənin taleyüklü məsələlərinə münasibətdə öz sözünü deyə bilən Azərbaycan gəncliyi yetişdirmisiniz. Bu günlər gənc nəslin üzərinə daha böyük məsuliyyət düşür. Cənab Prezident, bizə olan güvənə və inama görə Sizə minnətdarıq. Sizin ətrafınızda daim sıx birləşərək xalqın əsrlərboyu yaratdığı ənənələri, milli mədəniyyəti yaşatmağa və gələcək nəsillərə ötürməyə söz veririk”.

Quba rayonu, Buduq kəndinin sakini Yaqub Həsənovun məktubunda deyilir: “Hörmətli cənab Prezident, Babadağın ətəyində yerləşən kəndimizi Quba şəhəri ilə 60 kilometrlik məsafə ayırır. Onun 15 kilometri dağlıq ərazidir. Əvvəllər bəzən həftələrlə rayon mərkəzinə gediş-gəliş kəsilirdi. Bu yaxınlarda yaşadığımız kəndə yeni yol çəkildi. Artıq kəndimizin sakinləri rayon mərkəzinə rahat gedir, kənd məhsullarını vaxtında çatdıra bilir.

Ulu öndər Heydər Əliyev yolu təkcə mədəniyyət və iqtisadiyyat amili kimi deyil, həm də, bütünlüklə, həyat mənbəyi hesab edirdi. Biz də bilirik ki, bu yolun çəkilməsi ilə kəndimiz inkişaf edəcək, sakinlərin iqtisadi vəziyyəti daha da yaxşılaşacaq. Sizə minnətdarıq, cənab Prezident”.

Polşa Respublikası, Varşava şəhərindən, Polşa Azərbaycanlıları Assosiasiyasının rəhbəri Xəlil Həsənov, Polşa Azərbaycanlıları Şurasının rəhbəri Fərid Cəfərli və Hüseyn Əsədli, Həzi Rəhimli, Teymur Məmmədov yazırlar: “Hörmətli cənab Prezident, 12 iyul tarixindən başlayaraq Ermənistan silahlı qüvvələri öz işğalçı xislətinə sadiq qalaraq Ermənistan-Azərbaycan dövlət sərhədinin Tovuz istiqamətində mövqelərimizə mənfurcasına hücum etmişlər. Ali Baş Komandan olaraq Sizin rəhbərliyinizlə Azərbaycan Silahlı Qüvvələrinin düşmənin işğalçı həmlələrinə qarşı davam edən əks-əməliyyatları növbəti şanlı qələbəmizlə nəticələnəcəkdir.

Polşada yaşayan Azərbaycan gəncləri olaraq Qarabağımızın azad olunması və düşmənin hücumlarının qarşısının alınması üçün döyüşməyə hazırıq və əmrinizi gözləyirik”.

Ağdam rayonu, Çullu kəndi sakini Yavər Cəfərov: “Hörmətli cənab Prezident, ulu öndər Heydər Əliyevin çıxışları xalqımızın vətənpərvərlik tərbiyəsində əvəzsiz rol oynayıb, vətəndaşlarımıza Vətən sevgisi aşılayıb. Sizin çıxışlarınızı da izlədikcə qəlbində Vətən sevgisi alovlanan Lider görürük. Buna görə də vətənpərvər Liderin bir çağırışına qısa zaman kəsiyində on minlərlə insan səs verdi. Biz həmişə fəxr etmişik ki, Sizin kimi Prezidentimiz var. Mən də çağırışınıza qoşularaq orduya yazılmaq üçün könüllü siyahıya yazılmışam. Vətənin keşiyində durmağa hər zaman hazıram. Ağdam rayon sakinləri Qarabağımızı mənfur ermənilərdən azad etmək üçün əmrinizi gözləyir. Allah Sizi qorusun”.

Beyləqan rayonundan Rafiz İsmayıllı yazır: “Hörmətli cənab Prezident, dövlətçiliyimizin inkişafı, vətəndaşlarımızın xoşbəxtliyi, ölkəmizin ərazi bütövlüyü uğrunda apardığınız mübarizədə Yeni Azərbaycan Partiyasının fəal gənc üzvü və Sizin sıravi əsgəriniz kimi Sizin uzaqgörən siyasətinizi daim dəstəkləyirik. Qətiyyətli çıxışlarınız, düşmənə layiqli cavabınız bizdə fəxarət hissi doğurur. Apardığınız məqsədyönlü siyasətin nəticəsi kimi, ordumuzun göstərdiyi şücaət hər birimizi qürurlandırdı. Azərbaycanın parlaq gələcəyi, vətəndaşlarımızın sağlamlığının qorunması naminə gördüyünüz bütün işləri alqışlayır, bu fədakar yolda Sizinlə olduğumuzu bildiririk”.

Bakı şəhəri Sevda Rzalı: “Hörmətli Prezident, cənab Ali Baş Komandan, son günlər erməni silahlı qüvvələri tərəfindən Tovuz rayonu ərazisində mövqelərimizin və yaşayış məntəqələrinin iriçaplı silahlardan atəşə tutulması nəticəsində şəhidlər verdik və yaralılarımız oldu. Lakin, Azərbaycan Ordusunun sarsıdıcı zərbələri ilə düşmənə layiqli cavab verilmiş, şəhidlərimizin qisası alınmışdır. İnanırıq ki, düşmən ölkənin təxribatlarının qarşısını Sizin rəhbərliyinizlə alacaq, öz ərazi bütövlüyümüzü təmin edəcəyik. İşğal altında olan torpaqlarımızın geri qaytarılması hər birimizin müqəddəs amalıdır. Bu işdə hər zaman Sizinləyik, canımızdan, qanımızdan keçməyə hazırıq. Düşmən bizim birliyimizin, həmrəyliyimizin qarşısında dayana bilməz. Yaşasın Azərbaycan”.

Bakı şəhəri, Binəqədi rayonundan Yeganə Əsgərlinin məktubunda deyilir: “Möhtərəm cənab Prezident, Ermənistan silahlı qüvvələrinin iyulun 12-də atəşkəs rejimini kobud şəkildə pozaraq artilleriya qurğularından istifadə etməklə dövlət sərhədinin Tovuz rayonu istiqamətində Azərbaycan silahlı qüvvələrinin mövqelərinə hücum etməsi ölkəmizdə əsl Ali Baş Komandan-xalq, ön və arxa cəbhə birliyi, vəhdəti yaşanmasına gətirib çıxardı. Azərbaycan vətəndaşları ağır pandemiyanın törətdiyi çətinlikləri unudaraq, mənfur düşmənin növbəti dəfə Vətən torpaqlarına göz dikdiyi zaman bir nəfər kimi Ali Baş Komandana, Silahlı Qüvvələrimizə dəstəklərini ifadə etdilər. Azərbaycan xalqı ölkəmizin ərazi bütövlüyünün təmin olunması, hər cür erməni fitnəsi və təxribatlarının qarşısının alınması istiqamətində həyata keçirdiyiniz siyasəti qətiyyətlə dəstəklədiklərini və Sizin ətrafınızda sıx birləşdiklərini bildirərək, xalqımızı həmrəyliyə, Vətənimizə qarşı uzanan qanlı erməni əllərini qətiyyətlə kəsib atmağa hər an hazır olduqlarını bildirdi. Heç bir daxili və xarici güc Azərbaycan dövlətinin qətiyyətini, gücünü, Prezident-xalq həmrəyliyini şübhə altına ala bilməz”.

Laçın rayon Ağasif Ələkbərov: “Hörmətli cənab Prezident, ölkəmizi çoxsaylı təhdidlərdən qoruyan, onun davamlı və böyük uğurlar əldə etməsinə imkan yaradan mühüm səbəblərdən biri məhz liderlə xalq arasında olan bağlılıqdır. Sizin ölkəmizdə epidemiyanın geniş yayılmasının qarşısının alınması ilə bağlı verdiyiniz tapşırıqlar layiqincə yerinə yetirilir, vətəndaşlara diqqət və qayğı göstərilir. Hörmətli cənab Prezident, mən inanıram ki, Sizin müdrik qərarlarınızla biz bu bəladan minimum zərərlə qurtulacağıq. Biz həmişə Sizinləyik. Biz birlikdə güclüyük”.

Quba rayonu, Zərqova kəndindən Səfər Bayramov yazır: “Hörmətli cənab Prezident, müstəqillik illərində respublikamızın bütün bölgələri kimi bizim rayonumuz da çox inkişaf edib. Xüsusilə ayırdığınız vəsaitlər hesabına son illər böyük tikinti-quruculuq işləri aparılır. Rayon mərkəzində bir çox binalar təmir edilib, yeni “Asan Xidmət” mərkəzi istifadəyə verilib. Hazırda rayon mərkəzində aztəminatlı ailələr üçün yeni yaşayış binası tikilir. Son iki ildə Quba rayonunda 20-yə yaxın yeni məktəb binası istifadəyə verilib, yeni xəstəxana binasının açılışı olub. Əziz Prezidentimiz, kəndlərimiz də Sizin qayğınızdan kənarda qalmayıb. Bu yaxınlarda yaşadığım Zərqova kəndinin yollarına asfalt çəkilib, məktəb binası təmir edilib. Biz ağsaqqallar həm rayonumuzda, həm də kəndimizdə həyata keçirilən quruculuq işlərinə görə Sizə minnətdarlığımızı bildiririk. Bu məktubu Tovuz istiqamətində döyüşlərin getdiyi bir vaxtda yazıram. İnanırıq ki, Sizin rəhbərliyinizlə tezliklə işğal altındakı torpaqlarımız azad olunacaq, xalqımız qədim mədəniyyət mərkəzimiz olan Şuşada qələbə bayramını qeyd edəcək”.

Goranboy rayon sakini Müslüm Mustafayev: “Çox hörmətli cənab Prezident, mən Sizə cəbhə bölgəsi olan Goranboy rayonundan yazıram. Məlum olduğu kimi, bu günlərdə üzdəniraq düşmənlərimiz Tovuz rayonu istiqamətində növbəti təxribata əl atdılar. Təbii ki, düşmən şanlı ordumuz tərəfindən sarsıdıcı zərbələrə məruz qaldı .Ordumuzun özünə inamı Sizin qətiyyətli siyasətinizdən yaranır. Biz xalq olaraq Sizin döyüş əmrinizi daim gözləyirik. Mən Sizi əmin edirəm ki, biz goranboylular qələbə eşqi ilə yaşayırıq və bu yolda əlimizdən gələni etməyə hazırıq. Biz ön cəbhə insanları əminik ki, işğal altında olan torpaqlarımız qısa zaman ərzində azad ediləcəkdir. Bu şanlı qələbə tariximizin səhifələrinə qızıl hərflərlə yazılacaq.

Sumqayıt şəhəri Ramal Bağırovun məktubunda deyilir: “Hörmətli cənab Prezident, dünyada geniş yayılan koronavirus hər bir dövlətə ciddi təsir etdi. Ancaq məhz Sizin uğurlu, düşünülmüş siyasətiniz nəticəsində ölkəmizdə koronavirus tam nəzarət altına alındı. Atılan bütün addımlar, Sizin xüsusi həssaslıqla həyata keçirdiyiniz önləyici tədbirlər əlbəttə ki, xalqımızı bu bəladan qoruyacaqdır. İş yerləri bağlansa da, dövlət istər işləyənlərə, istərsə də işsizlərə dəstək oldu. Son günlər cəbhədə Azərbaycan torpaqlarına təcavüz edən düşmənin layiqli cəzalandırılması hər bir vətəndaş kimi, məni də sevindirir. Qüdrətli ordumuz hər zaman olduğu kimi, düşmənin növbəti təxribatının da qarşısını layiqincə almış və şəhidlərimizin qisasını almışdır. Mən Sizin iradənizə, siyasətinizə hər zaman güvənirəm və döyüş əmrinizə daim hazıram”.

Bakı şəhərindən Cəmil Qurbanov yazır: “Möhtərəm Prezident, cənab Ali Baş Komandan, ümumdünya böhranına çevrilmiş COVID-19-un ölkəmizdə qarşının alınması ilə bağlı həyata keçirdiyiniz düşünülmüş və məqsədəyönlü siyasət xalqımızın bu ağır bəladan ən az itkilərlə çıxmasına şərait yaratmışdır. Möhtərəm Prezidentimiz, Sizin pandemiya dövründə apardığınız müdrik siyasət beynəlxalq aləmdə, dünya birliyində böyük əks-səda doğurmuşdur. Bütün dünyanın COVID-19 pandemiyası kimi dəhşətli bəlaya qarşı mübarizə apardığı bir vaxtda Ermənistan hərbi bölmələrinin iyulun 12-dən başlayaraq növbəti təxribata əl atması, Tovuz rayonu istiqamətində mövqelərimizi ələ keçirməyə cəhd göstərməsi, mənfur düşmənin öz çirkin xislətindən əl çəkmədiyini göstərir. Aprel döyüşlərində olduğu kimi, Azərbaycan Ordusu ən şərəfli missiyasının, torpaqlarımızın işğaldan azad edilməsi ilə bağlı müqəddəs vəzifəsinin öhdəsindən gəlməyə hər an hazır olduğunu, düşməndən dəfələrlə üstün olduğunu bir daha bütün dünyaya sübut etdi. Mən Sizə, pandemiya ilə savaşan tibb işçilərimizə, eyni zamanda, düşmənlə üz-üzə dayanan şanlı Azərbaycan Ordusuna təşəkkürlərimi bildirirəm”.

Salyan rayonu, Kürsəngi kənd sakini Böyükağa Məmmədovun məktubunda deyilir: “Hörmətli cənab Prezident, son illər Sizin rəhbərliyinizlə ölkəmizdə içməli və suvarma su infrastrukturunun yenidən qurulması sahəsində həyata keçirilən çoxsaylı layihələr sudan əziyyət çəkən kənd və qəsəbələrdə həyatın canlanmasına, vətəndaşların sağlamlığının qorunmasına zəmin yaradır. Son vaxtlar yaşadığımız Kürsəngi kəndində yaranmış su qıtlığının qısa müddət ərzində aradan qaldırılmasına, kənd sakinlərinin su ilə təmin olunmasına görə Sizə təşəkkür edirik. Əminik ki, bölgələrdə yaşayan əhalini keyfiyyətli və dayanıqlı içməli su ilə təmin etmək məqsədilə görülən işlər öz töhfəsini verəcəkdir”.

Bakı şəhəri Röyal Hacıyev: “Hörmətli cənab Prezident, bir Azərbaycan gənci kimi hər zaman Sizin yanınızdayam, yürütdüyünüz siyasəti dəstəkliyirəm. Daxili və xarici düşmənlərdən Vətənimizi, dövlətimizi, ölkə başçımızı qorumaq üçün biz gənclər canımızdan da keçməyə hazırıq. Məlumunuz olduğu kimi, son zamanlar mənfur qonşularımız tərəfindən Milli Ordumuzun əsgər və zabitləri ağır artilleriyadan atəş açılaraq şəhid edilmiş, torpaqlarımıza düşmən tərəfindən təcavüzə cəhd edilmişdir. Lakin Milli Ordumuz tərəfindən düşmən layiqli cavabın almışdır. Nəzərinizə çatdırmaq istəyirəm ki, biz gənclər daim Sizin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın yanındayıq və hər zaman Sizin "hücuma" əmrinizə hazır vəziyyətdə gözləyirik”.

Samux rayonundan İlahə Qurbanova yazır: “Hörmətli cənab Prezident, bu günlər ölkəmizdə baş verən hadisələri hər birimiz həyəcanla izləyirik. Ancaq əminik ki, qüdrətli ordumuz ermənilərin təxribatlarının qarşısını qətiyyətlə alacaq. Mən Sizə və şanlı ordumuza güvənirəm. İnşallah, düşmən tapdağı altında olan Qarabağımıza Sizin komandanlığınızla tez bir zamanda qovuşacağıq. O günlər uzaqda deyil. Şanlı bayrağımız Qarabağda dalğalanacaq”.

Kaspersky: Sahibkarlar ləğv edilmiş xərcləri bərpa etməyə hazırdır
Kaspersky: Sahibkarlar ləğv edilmiş xərcləri bərpa etməyə hazırdır
"Twitter" şirkəti yenidən təşkil olunacaq
"Twitter" şirkəti yenidən təşkil olunacaq
Ən məhsuldar smartfonun adı məlum olub
Ən məhsuldar smartfonun adı məlum olub
Loading Bars
Xəbər lenti
Balakəndə narkotik vasitənin təsiri altında avtoxuliqanlıq edən sürücülər saxlanılıb (FOTO/VİDEO)
FHN işğaldan azad olunmuş ərazilərdə partlayış təhlükəli əşyalarla bağlı əhaliyə müraciət edib
Oğuzda şadlıq sarayından oğurluq edən şəxs saxlanılıb (FOTO/VİDEO)
Mərkəzi Bankı investisiya əməliyyatlarının tənzimlənməsi ilə bağlı tədbirlər həyata keçirəcək - İdarə rəisi (ÖZƏL)
ABŞ Senatı Səudiyyə Ərəbistanına raket satışına icazə verib
Balakəndə koronavirus xəstəsi barəsində cinayət işi başlanılıb (FOTO/VİDEO)
"Omicron" ştammı dünyanın 57 ölkədə aşkarlanıb
Məcburi peyvənd ən son tədbir olmalıdır - ÜST
Alimlər COVID-dən ölüm riskini beş dəfə artıran xəstəliklərin adlarını açıqlayıblar
"Instagram" da yeniliklər tətbiq edilir
Braziliya COVID-ə qarşı peyvənd olunmamış əcnəbilərə karantin tətbiq edir
Türkiyənin elektrikli avtomobilləri Las Veqasda keçiriləcək sərgidə nümayiş etdiriləcək
Belçikada səhiyyə işçiləri məcburi vaksinasiyaya qarşı etiraz edirlər
Kroos Real Madridin UEFA Çempionlar Liqası tarixində 1000-ci qolunu vurub
“Milan” avrokuboklarla vidalaşdı, "Atletiko" inamlı qələbə qazandı
Fransada 2020-ci ildən etibarən COVİD-ə yoluxanların sayında ən böyük artım qeydə alınıb
İsveçdə COVID-lə bağlı yeni qaydalar qüvvəyə minir
UEFA Çempionlar Liqası: “PSJ” qələbə qazanıb, “Mançester Siti” məğlub olub
Ermənistanın Zəngəzur dəhlizini açmaqdan başqa çıxış yolu yoxdur - TƏHLİL
Almaniyada poliqonda hərbi texnikanın toqquşması nəticəsində iki nəfər ölüb
Putin və Bayden arasında danışıqların mövzuları açıqlanıb
Toğanalıdan Kəlbəcərə çəkilən tunel-yolun tikintisi davam etdirilir
Lerikdə zəlzələ olub
Mingəçevir Dövlət Universitetinin tələbələri “Azərbaycan İES”-də təlim-təcrübə proqramını uğurla başa vurublar
Gələn il maaş və pensiyalar nə qədər artacaq? - AÇIQLAMA
Beynəlxalq Ədalət Məhkəməsi Azərbaycanın vəsatətini təmin edib - XİN
Bakı Limanının 2035-ci ilədək inkişaf strategiyası açıqlanıb
Prezident İlham Əliyevdən Ermənistana və onun havadarlarına növbəti sərt ismarıc - “Əsas məsələ”də MÜZAKİRƏ (FOTO/VİDEO)
“Kəndlərdə idmanı inkişaf etdirək” layihəsi üzrə növbəti tədbir Şəmkirdə keçirilib (FOTO)
Beynəlxalq Ədalət Məhkəməsi etnik zəmində zorakı çağırışlarla bağlı Ermənistanın təcili tədbirlər görməsinə dair qərar verdi
Erməni mətbuatında Azərbaycan ərazisindəki qanunsuz erməni silahlısının öldürülməsi barədə yayılan məlumat əsassızdır - MN
Şamaxıda elmi-praktik konfrans keçirilib (FOTO)
Ermənistan münasibətlərin normallaşdırılması addımlarına qarşılıq vermir - XİN
Beynəlxalq Ədalət Məhkəməsi Ermənistanın Azərbaycana qarşı iddialarını təmin etmədi
Bakıda mənzildə qadın meyiti tapılıb
Azərbaycanın Afrikaya göndərdiyi 100 min doza COVID-19 peyvəndi Burkina-Fasoya çatdırılıb (FOTO)
“Yaxşı idarəçiliyin təbliğində Ombudsmanın və vətəndaş cəmiyyəti institutlarının rolu” mövzusunda hibrid formatda tədbir təşkil olunub (FOTO)
Hərbi attaşelər və beynəlxalq təşkilatların nümayəndələrinin iştirakı ilə toplantı keçirilib
"Azərxalça" ASC-nin Qubadakı xalça zavodunda 410 min 661 manat mənimsəmə olub - Şahid
Zəngəzur dəhlizi məsələsində Qərb mediası bitərəf yanaşma sərgiləyir - Rufiz Hafizoğlu (VİDEO)
Ermənistan parlamentində dava: Hakim partiyanın deputatları müxalifətçilərə hücum edib
“Ərəb ədəbiyyatının ehramı Nəcib Məhfuz” kitabı çapdan çıxıb
Şuşaya yeni sürət yolu çəkilir - AAYDA İdarə Heyəti sədrinin müavini (VİDEO)
Azərbaycan beynəlxalq sənədləri imzalayarkən Ermənistanla bağlı qeyd-şərtini açıqlayıb
Bərdə - Ağdam yeni avtomobil yolunun 60 faizi tikilib
Tələbə krediti üçün müraciət edənlərin sayı açıqlanıb
Azərbaycan-İran sərhədində atışma olub, bir nəfər zərərsizləşdirilib
e-sosial.az portalına 8,7 milyon müraciət qeydə alınıb
Dekabrın 8-nə USD/AZN rəsmi məzənnəsi
Hindistanın Bakıdakı Səfirliyi tərəfindən vebinar təşkil olunub (FOTO)
Prezident İlham Əliyev “TOTAL Energies” şirkətinin kəşfiyyat və hasilat üzrə prezidentini qəbul edib (VİDEO)
XI Çağırış Kubokunun Bakı seçim turu keçirilib (FOTO)
İki filmimiz beynəlxalq festivalda mükafat qazandı (FOTO)
Moskvada atışma olub, ölən və yaralananlar var
AQTA daha 4 müəssisədə pozuntular aşkarlayıb
Gələn ildən bu şəxslər də ünvanlı sosial yardım ala biləcək
Pirotexniki məmulatların satışını təşkil edən şəxslərə qarşı tədbirlər davam etdirilir (FOTO/VİDEO)
FHN müharibənin təhlükəli qalıqları ilə bağlı əhaliyə müraciət edib
Azərbaycanda idman dövlət siyasətinin ayrılmaz hissəsidir - Mariana Vasileva
Əqli Mülkiyyət Agentliyinin əməkdaşları Avropa İttifaqının Kiyevdə təşkil etdiyi tədbirdə iştirak ediblər
Kürdəmirdə polis reyd keçirib (FOTO)
Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb
Azərbaycanda 1530 nəfər COVID-19-a yoluxub, 21 nəfər ölüb
Sənədsiz evlərin rəsmiləşdirilməsi əmlak bazarını canlandıra bilər - Ekspert
“YAŞAT” Fondunun birillik fəaliyyəti xalqımızın xeyirxahlıq, fədakarlıq və humanizm prinsiplərinə sadiqliyinin təsdiqidir - Vüqar Rəhimzadə
Həştərxan vilayətinin Əhalinin Məşğulluğu Agentliyinin rəisi ilə görüş olub (FOTO)
Azərbaycanda vəzifəli şəxslər bu halda 2000 manat cərimə olunacaq
Müddətli əmək müqaviləsi üzrə tələb edilən sığorta stajının azaldılması təklif olunur
Dövlət Sığorta Kommersiya Şirkətinə yeni sədr təyin edildi
Bu şəxslər peşə hazırlığı kurslarına ödənişsiz cəlb ediləcək və təqaüd alacaqlar
Bu həftənin sonuna kimi Avropada hər onuncu şəxs koronavirusa yoluxmuş olacaq - ÜST
Prokuror Vüqar Səfərliyə cəza istədi
İsşizlikdən sığorta ödənişinin alınması üçün 3 aylıq gözləmə müddəti ləğv edilir
Qəbələdə evini tərk edən koronavirus xəstəsi küçədə saxlanıldı
Azərbaycan və Türkiyə hakim partiyaları arasında əlaqələrin inkişafı müzakirə olunub (FOTO)
Azərbaycan ilə Həştərxan vilayəti arasında əməkdaşlığın inkişafı üzrə Tədbirlər Proqramı imzalanıb (FOTO)
“Məşğulluq marafonu”na təqdim edilən vakansiyaların sayı açıqlanıb
Səbaildə məhəllədaxili su xətləri yenilənir, nasos stansiyaları ləğv edilir (FOTO)
Mərkəzi Nəbatat Bağına icraçı direktor təyin edilib
Zabrat yolunda səhər saatları nəqliyyatın hərəkəti niyə məhdudlaşdırılır? - AÇIQLAMA
Suraxanıda narkotikin qanunsuz dövriyyəsi ilə məşğul olan 45 nəfər saxlanılıb (FOTO/VİDEO)
Dövlət Xidmətinin sabiq idarə rəisinin işi məhkəməyə göndərildi
Zəngəzur dəhlizi Çindən Avropaya daşıma müddətini 12 günədək azalda bilər - Departament rəisi
Qəbələdə restoranın icarədarı və toy sahibi cərimələndi (FOTO)
İranda daha 3,5 min nəfər koronavirusa yoluxub, 79 nəfər ölüb
Koronavirusun növlərində müalicə eyni aparılmalıdırmı?
Bu il Azərbaycanda qeyri-neft ixracı rekord həddə çatacaq - Mikayıl Cabbarov
Ermənistanın Vətən müharibəsindən sonra imzalanan sənədləri yerinə yetirməsi vacibdir - Numan Kurtulmuş
Zaqatalada şadlıq sarayının rəhbərliyi məsuliyyətə cəlb edilib
Kartlara baxsanız görərsiniz ki, o, mənimlə nələr danışıb - Ata Abdullayev məhkəmədə
"AccessBank"da iş var
Baş dərisi üçün maye qaz pilinqi saç tökülməsi problemini həll etməyə kömək edəcək
Bakı limanının Ro-Ro terminalı ildə 6 milyon tondan çox yük aşırmaq gücünə malikdir
BƏƏ-də həftənin iş günləri yeni qaydada təşkil ediləcək
Zəngəzur dəhlizinin işə salınması ilə Bakı limanında yük axınının artımı gözlənilir - Taleh Ziyadov
Bələdçilərin sertifikatlaşdırılması ilə bağlı akkreditasiya attestatının təqdimat mərasimi keçirilib (FOTO)
Sabahın hava proqnozu açıqlanıb
Xalq Bankdan növbəti premium kart - Visa Infinite
Aviabiletlərin qiyməti ilə bağlı təkliflər verilib, müzakirələr gedir (ÖZƏL)
Heydər Əliyev Mərkəzində “Avişai Koen trio”nun caz konserti keçirilib (FOTO/VİDEO)
Bütün xəbərlər