...

Azərbaycan İslam həmrəyliyinin möhkəmləndirilməsi işinə mühüm töhfələrini verib - Bəhruz Quliyev

Siyasət Materials 8 Sentyabr 2020 17:20 (UTC +04:00)
Azərbaycan İslam həmrəyliyinin möhkəmləndirilməsi işinə mühüm töhfələrini verib - Bəhruz Quliyev

Bakı. Samir Əli - Trend:

Azərbaycan dövləti daim İslam ölkələrinin birliyi və həmrəyliyi istiqamətində mütərəqqi addımlarını atıb və əbəs deyil ki, bu addımlar müsəlman dünyası tərəfindən də yüksək şəkildə dəyərləndirilir.

Bunu Trend-ə açıqlamasında “SƏS” qəzetinin baş redaktoru, siyasi ekspert Bəhruz Quliyev Prezident İlham Əliyevin İran İslam Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Seyid Abbas Musəvinin etimadnaməsini qəbul edərkən irəli sürdüyü fikirlərini şərh edərkən deyib.

Baş redaktorun sözlərinə görə, dövlətimizin başçısı iranlı səfirlə görüşü əsnasında bir sıra məsələlər haqqında fikrini çatdırarkən, mövzunun əsas istiqaməti olaraq Azərbaycanın işğalçı Ermənistan tərəfindən təcavüzə uğraması faktını önə sürüb və işğal faktının nəinki vətəndaşlarımıza, o cümlədən, tariximizə, milli və dini irsimizə, abidələrimizə, xüsusilə isə məscidlərimizə qarşı vəhşilik, vandallıq aktlarını törədiblər.

“Söz yox ki, bütün bu faktlar etnik təmizləmə və əsrlərdən gələn tariximizə qarşı törədilən çoxsaylı bəd, düşmənçilik əməlləridir”, deyən Bəhruz Quliyev əlavə edib ki, bu vəhşiliyin ən pik nöqtəsi kimi 20-ci əsrin sonlarının ən qanlı faciələri sırasına daxil olan Xocalı soyqırımı aktını göstərmək olar: “Lakin unutmamalıyıq ki, Xocalı soyqırımına qədər və sonra da ermənilər qanlı səlib yürüşləri ilə digər bölgələrimizdə də çoxsayllı qətllər, amansızlıqlar törədiblər. Bu amansızlıqların hər birinin kökündə müsəlman azərbaycanlı faktoruna qarşı dini, milli dözümsüzlük, assimlyasiya maraqları dayanıb və bütün dünya, xüsusilə İslam ölkələri Ermənistanın həmin əməllərinə qarşı etiraz səslərini bu və ya digər şəkildə qaldırıblar”.

“Əbəs deyil ki, Prezident İlham Əliyev cənablarının çoxsaylı fəaliyyət istiqamətlərindən biri olan birlik, bərabərlik siyasəti öz dəstəyini alıb, bu gün də dəstəklənməkdə davam edir”, deyən siyasi ekspertə görə, dövlətimizin başçısı İslam həmrəyliyinin möhkəmləndirilməsi işinə də kifayət qədər böyük, mühüm töhfələrini verib, bu səylər hal-hazırda da davam etdirilir. Nəticədə həmin səylərə göstərilən dəstəklər eyni zamanda, Azərbaycanın haqq-ədalət çağırışlarına, ədalətli mövqeyinə də öz davamlı təsirlərini göstərir: “Hətta pandemiyanın dünyaya yaşatdığı böhranlı vəziyyətlər zamanında da cənab Prezident İlham Əliyev video-konfranslar vasitəsi ilə müsəlman ölkələrini əhatə edən toplantıların təşəbbüskarı, ev sahibi kimi çıxış etdi, bəzi ölkələr arasında mövcud olan müəyyən problemlərin həlli istiqamətində səylərini göstərdi, nəticələr əldə etdi. İƏT, Türk Şurası kimi qurumların təmislçi ölkələri, dövlət başçıları və rəsmi şəxsləri həmin təşəbbüslər sayəsində bir daha əmin oldular ki, ölkəmizin rəhbəri bütövlükdə İslam ölkələrinin birliyində, həmrəyliyində ən maraqlı olan şəxsdir və həmin siyasətin dəstəklənməsi də bu reallığı təsdiq etməkdədir”.

Bəhruz Quliyev qeyd edib ki, bütün bu gerçəkliklərin təməlində dayanan daha bir vacib məqam Prezident İlham Əliyevin beynəlxalq liderlik statusunda olmasıdır. “Məhz bu ali status dövlətimizin başçısının davamlı təşəbbüslərinin, mütərəqqi ideyalarının, sülh və həmrəylik çağırışlarının nəinki İslam ölkələri, eləcə də dünya birliyi tərəfindən qəbul olunması, dəyərləndirilməsi ilə sübut olunmaqdadır” - deyə, “SƏS” qəzetinin baş redaktoru vurğulayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti