...

Pakistanlı ekspert: Qoşulmama Hərəkatı Azərbaycanın sədrliyi altında daha mütərəqqi təşkilata çevrilir

Siyasət Materials 23 Sentyabr 2020 11:47 (UTC +04:00)
Pakistanlı ekspert: Qoşulmama Hərəkatı Azərbaycanın sədrliyi altında daha mütərəqqi təşkilata çevrilir

Bakı. Ləman Zeynalova - Trend:

Qoşulmama Hərəkatı Azərbaycanın sədrliyi altında daha mütərəqqi təşkilata çevrilir.

Bunu Trend-ə pakistanlı ekspert Malik Əyyub Sumbal deyib.

O bildirib ki, Azərbaycan xarici siyasətdə Şərqlə Qərb, eləcə də müsəlman və qeyri-müsəlman ölkələri arasında balansın tərəfdarıdır.

Ekspertin sözlərinə görə, Azərbaycanın Qoşulmama Hərəkatının sədri qismində gördüyü işlər ən yaxşı nəticələr verir:

“Azərbaycanın irəli sürdüyü təşəbbüslər Qoşulmama Hərəkatının üzvləri tərəfindən yüksək qiymətləndirilir. Xüsusilə, Azərbaycan Prezidenti İlham Əliyevin BMT Baş Assambleyasının xüsusi sessiyasının çağrılması üzrə təşəbbüsü çox həvəsləndirici addımdır. Qoşulmama Hərəkatı çox nüfuzlu strukturdur, Bakının sədrliyi isə onu daha da mütərəqqi edir. Bu cür templə Qoşulmama Hərəkatı çox gözəl nəticələr əldə edəcək”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti