Qlobal çağırışlar və Azərbaycanın baxış bucağı

Qlobal çağırışlar və Azərbaycanın baxış bucağı

Bakı. Trend:

BMT Baş Assambleyasının 75-ci Sessiyası çərçivəsində BMT-nin 75 illiyinə həsr edilmiş Yüksək Səviyyəli İclas və BMT Baş Assambleyasının 75-ci sessiyası pandemiya dövrünə təsadüf etsə də, müzakirə olunan problemlərin və təşkilatın fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı irəli sürülən təkliflərin mahiyyəti baxımından müstəsna önəm daşıyan bir toplantı kimi tarixdə qalacaq.

Bu səbəbdən, qənaətimə görə Baş Assambleyanın son toplantısı son 20 ildə keçirilən sessiyaların ən konseptualı və ən mütərəqqisidir.

Baş Assambleyanın sessiyasında diqqət çəkən məqamlardan biri və bəlkə də birincisi BMT-də islahatların aparılmasının labüdlüyü barədə səsləndirilən fikirlərin üzv dövlətlərin böyük əksəriyyəti tərəfindən dəsklənməsi və təşkilatın indiki struktur və fəaliyyət mexanizmləri çərçivəsində yola davam edə bilməyəcəyinin önə çəkilməsidir. Baş Assambleyanın toplantılarında BMT-də islahatların vazkeçilməzliyi barədə fikirlərin aparıcı mövqeyə çıxmasının əsas səbəblərindən biri kimi Prezident İlham Əliyevin Qoşulmama Hərəkatının sədri və Azərbaycan dövlətinin başçısı kimi Yüksək Səviyyəli İclasdakı çıxışlarında yer alan məqamların olduğunu qeyd etsəm, düşünürəm ki, yanılmaram. Yüksək Səviyyəli İclasdan başlayan bu yanaşma 75-ci sessiya çərçivəsində keçirilən debatların da ana mövzusuna, leytmotivinə çevrildi.

75-ci ssessiyadakı çıxışına da dünyada sülhün və təhlükəsizliyin təmin olunmasına maneə yaradan amillərə diqqət çəkməklə başlayan Azərbaycan Prezidenti Dayanıqlı İnkişaf Məqsədlərinin 2030-cu il Gündəliyini əsas gətirərək, “sülh olmadan dayanıqlı inkişaf, dayanıqlı inkişaf olmadan isə sülh mümkün deyil” prinsipini xatırlatdı və qeyd etdi ki, “dayanıqlı beynəlxalq sülhün və təhlükəsizliyin təmin edilməsi üçün işğala son qoyulmalı, beynəlxalq hüququn norma və prinsiplərinə riayət olunması və BMT Təhlükəsizlik Şurasının qətnamələrinin icrası təmin edilməlidir”.

Şübhəsiz ki, cənab Prezidentin əsas məqsədi diqqətin bir daha Azərbaycanın işğal altındakı ərazilərinə, Ermənistanın işğalçılıq siyasətinə, beynəlxalq öhdəliklərinə əməl etməyən təcavüzkar dövlətə qarşı analoji hallarda tətbiq edilən silhə məcburetmə mexanizmlərinin işə salınmamasına yönləndirmək xarakteri daşıyırdı.

Qeyd edim ki, beynəlxalq təcrübədə işğalçı, insan haqlarını pozan, anti-demokratik rejimlərə qarşı sanksiyaların tətbiq olunması ilə bağlı çoxsaylı nümunələr var.

Soyuq müharibə dövründə BMT-nin bayrağı altında legitim sülhə məcburetmə əməliyyatı yalnız 1950-ci ildə Koreya yarımadasında keçirilsə də, 1990-cı illərin əvvəllərindən başlayaraq, bu presidentin Təhlükəsizlik Şurasının daimi üzvlərinin maraqlarına uyğun gəldiyi təqdirdə, daha intensiv xarakter aldığını söyləyə bilərik.

1990-cı il avqustun 2-də İraqın Küveytə hərbi müdaxiləsindən dərhal sonra bu ölkəyə qarşı BMT Təhlükəsizlik Şurasının qətnaməsi ilə ticarət-maliyyə sanksiyaları tətbiq edildi, cəmi 4 gün ərzində icrasına başlandı və 2003-cü ilədək qüvvədə qaldı.

Ticarət-maliyyə sanksiyalarının ağır şərtləri altında geriyə çəkilməyən İraq rejiminə qarşı işğal faktından təxminən bir neçə ay sonra Küveytə qarşı təcavüzə son qoyulması üçün “Səhrada tufan” hərbi əməliyyatı başlanıldı. Hərbi hava qüvvələri 5 həftə boyunca fasiləsiz olaraq, İraq ərazisini bombaladılar və İraqın müqaviməti zəiflədikdən sonra, quru qoşunları hərəkətə keçərək 100 saat ərzində Səddam Hüseyn rejimini məğlubuyyətə düçar etdilər. Sanksiyaların davam etməsi nəticəsində İraq hakimiyyəti Küveytlə mübahisəli ərazilər məsələsində də geriyə addım atmağa məcbur oldu.

BMT Təhlükəsizlik Şurasının qətnamələrinin dərhal icra edilməsi və sülhə məcburetmə mexanizmlərinin təxirə salınmadan işə salınması ilə bağlı Komboca, Şərqi Timor, Ruanda, Somali, Yuqoslaviya, Bosniya və Hersoqovina kimi presidentlərini də nümunə gətirə bilərik. Xatırladım ki, yuxarıda sadaladığım sülhə məcburetmə aktlarının həyata keçirilməsində əsasən ABŞ və onun NATO üzrə müttəfiqləri iştirak ediblər. BMT Təhlükəsizlik Şurasının daimi üzvü olan digər 2 dövlətin yalnız ticarət-maliyyə sanksiyalarının həyata keçirilməsində iştirakdan başqa, hər hansı bir ciddi xidmətləri olmayıb. Amma BMT Nizamnaməsinin tələblərinə uyğun olaraq, prosesdə bütün üzv dövlətlərin, xüsusilə də Təhlükəsizlik Şurasının daimi üzvlərinin iştirakı zəruri xarakter daşıyır və bunun üçün müvafiq hüquqi mexanizmlər də nəzərdə tutulub. Məsələn, BMT Təhlükəsizlik Şurasının tabeliyində mövcudluğunu kağız üzərində davam etdirən Hərbi Qərargah Komitəsi 1947-ci ildən etibarən heç bir fəaliyyətə malik deyil. Halbuki komitənin səlahiyyətlərinə beynəlxalq sülhə və təhlükəsizliyə real təhdidlərin yarandığı zamanlarda üzv dövlətlərin silahlı qüvvələrinin qərargahlarının bir araya gətirilməsi və vahid komandanlıq altında hərəkət etməsi daxildir. Lakin beynəlxalq hüququn bütün subyektlərinin real təhlükəyə qarşı vahid mövqedən çıxış etməsinə imkan verən, birləşdirici xarakter daşıyan bu səlahiyyətdən son 73 il ərzində bircə dəfə də olsun istifadə edilməyib.

Prezident İlham Əliyevin son çıxışlarında yer alan fikirlərin əsasında da məhz bu məqamlar dayanır. Yəni BMT-nin problemləri sadəcə bu təşkilatın müasir çağırışlara cavab verə bilməməsi ilə yekunlaşmır, mövcud olan mexanizmlərin özü belə işlək deyil və onların hərəkətə gətirilməsi dünyada sülhün, təhlükəsizliyin təmin edilməsi baxımından müstəsna əhəmiyyətə malikdir.

Məhz bu mexanizmlərin hərəkətə gətirilməməsi, Prezident İlham Əliyevin qeyd etdiyi kimi, “Təhlükəsizlik Şurasının qətnamələrinin icra olunmaması BMT-nin nüfuzunu sarsıdır”, dünyada işğalçılığın, separatizm, terrorizm, insan hüquq və azadlıqlarının kütləvi şəkildə pozulmasının vüsət almasına əlverişli zəmin yaradır.

Beynəlxalq hüququn prinsiplərini ayaqlar altına atan Ermənistan kimi dövlətlər qlobal cəzasıslıq və hüquqi nihilizm şəraitində sülhə, təhlükəsizliyə təhdid yaradan neqativ halların stimullaşdırıcısı rolunda çıxış edir, təcavüzə, separatizmə, terrorizmə meylli olan qüvvələri ruhlandırırlar.

Prezident İlham Əliyevin BMT Təhlükəsizlik Şurasının qətnamələrinin icrası mexanizmləri yaradılmasının labüdlüyü barədə fikirləri, düşünürəm ki, bütövlükdə dünyanın bu ən böyük və ən ali təşkilatının müasir çağırışlara çevik reaksiya verməsi baxımından müstəsna önəm kəsb edir. Çünki COVİD-19 yeni növ koronavirus pandemiyası dövründə BMT-nin və digər beynəlxalq qurumların yeni çağırışlara cavab vermək imkanında olmadığı reallığını görməmək mümkün deyil.

Yaranmış vəziyyətdən yeganə çıxış yolu isə Azərbaycan Prezidentinin vurğuladığı kimi, pandemiyadan sonrakı dövrdə beynəlxalq təşkilatlar çərçivəsində zamanın tələbindən irəli gələn islahatların aparılmasıdır: “Bu baxımdan BMT-nin qlobal səviyyədə rolunun və nüfuzunun artırılmasına, onun müasir dövrün çağırışlarına daha adekvat cavab vermək imkanına xüsusi diqqət yetirilməlidir”.

Elçin Mirzəbəyli
Əməkdar jurnalist, siyasi ekspert

Azərbaycan nefti ucuzlaşır
Azərbaycan nefti ucuzlaşır
Bakı Beynəlxalq Enerji Xartiyası Forumu öz işinə başlayıb (FOTO)
Bakı Beynəlxalq Enerji Xartiyası Forumu öz işinə başlayıb (FOTO)
Azərbaycan atmosferə zərərli tullantıların azaldılması üçün mühüm addımlar atır - Nazir
Azərbaycan atmosferə zərərli tullantıların azaldılması üçün mühüm addımlar atır - Nazir
Loading Bars
Xəbər lenti
Qələbə Azərbaycanın olacaq, biz öz ərazilərimizi qaytaracağıq - Rus icmasının sədri ( FOTO)
Tailandda erməni terrorunun qurbanları yad edilib (FOTO)
Ombudsman erməni təcavüzü ilə bağlı dünya ictimaiyyətinə video-müraciət edib
Azərbaycan Prezidenti: Bu, bizimlə Ermənistan arasında olan döyüşdür və hər kəs ondan uzaqda durmalıdır
Türkiyənin Gəncədəki Baş Konsuluna başsağlığı verilib (FOTO)
Azərbaycan Ordusu ölkəmizin ərazi bütövlüyünü bərpa edir - Prezidentin köməkçisi
Cenevrə görüşü Azərbaycan ordusunun qazandığı nailiyyətlərin diplomatik masada davamıdır - Politoloq
Ermənistan qəsdən Şuşa meşələrində yanğın törədir - Hikmət Hacıyev
Ermənistanın Dağlıq Qarabağ münaqişəsini dini müstəviyə keçirmək niyyəti onun son ümidlərindən biridir - Ekspert
Azərbaycan Prezidenti: Qarabağ resurslar məsələsi deyil, bu, ədalət, milli qürur və beynəlxalq hüquq məsələsidir
Rusiyada koronavirusa yoluxanların sayı 1,6 milyonu keçib
Rusiya XİN Paşinyanın Putinə kömək üçün müraciətinə mənfi cavab verdi
Azərbaycan nefti ucuzlaşıb
Prezident İlham Əliyev: Mən bir aydır bu sualı verirəm, heç bir cavab yoxdur
Azərbaycan Prezidenti: Müharibəni dayandırmağın yeganə yolu ondan ibarətdir ki, Ermənistan dayansın, öz məğlubiyyətini qəbul etsin
Prezident İlham Əliyevdən jurnalistin türk əsgərləri ilə bağlı iddiasına cavab: Siz onları Bakıda görmüsünüz, onları döyüşdə görməmisiniz
Prezident İlham Əliyevdən jurnalistin demokratiya ilə bağlı sualına cavab: Avropada etirazçıları necə döydüyünüzə baxırıq
Prezident İlham Əliyev: Bizim üç dəfə atəşkəsə razı olmağımız məsələni siyasi yolla həll etmək iradəmizi nümayiş etdirir
İzmirdə daha 100 nəfər dağıntıların altından xilas edilib
Düşmən Xocavənd istiqamətində fosfor tərkibli yük gətirməklə gələcək təxribatlarına zəmin yaratmağa çalışır- MN
Azərbaycan Prezidenti: Biz ermənilərə qarşı etnik təmizləmə aparmamışıq, etnik təmizləməyə məruz qalan biz olmuşuq
Sürix şəhərində Gəncə və Bərdə terroruna etiraz edilib (FOTO)
Prezident İlham Əliyev: Biz BMT Təhlükəsizlik Şurasının 27 il ərzində kağız üzərində qalan qətnamələrini icra edirik
Ermənistandan pomidor idxalı dayandırıla bilər - Rusiya xəbərdarlıq etdi
Azərbaycan Prezidenti: Biz dəyişdik reallıqları, indi onlar bunları nəzərə almalıdır
Prezident İlham Əliyev: Biz əraziləri bombalarla azad etmirik, biz əraziləri döyüşçülərimizlə azad edirik
Prezident İlham Əliyev: Bu vaxtadək “Human Rights Watch” və “Amnesty International” təşkilatları Azərbaycana qarşı çox aqressiv idi
Azərbaycan Prezidenti: Biz nə qədər çox müdafiə olunuruqsa, daha çox əraziləri azad edirik
Prezident İlham Əliyev: Bizim cavabımız sərt idi, amma onlar buna layiq idilər
Prezident İlham Əliyevin Almaniyanın ARD televiziya kanalına müsahibəsi (FOTO)
Dinc əhalinin bombardman edilməsinin nə demək olduğunu bilirik və sizin yanınızdayıq - İsrailin Diaspor İşləri naziri
Noyabrın ilk günü hava necə olacaq?
Gürcüstanda parlament seçkiləri normal qaydada davam edir - Arzu Nağıyev (FOTO)
Ceyhun Bayramov: Dəstəyimiz, dualarımız sizinlədir, qardaş Türkiyə!
Ermənistana təhvil verilmiş 85 yaşlı qadın bu ölkədə psixoloji və fiziki işgəncələrə məruz qalıb - Hikmət Hacıyev
Ermənistanda növbəti antirekord: Koronavirusdan bir gündə 41 nəfər öldü
Müddətli həqiqi hərbi xidmətə oktyabr çağırışı başa çatıb
Bakı sakini küçədə bıçaqlandı
Azərbaycan Ordusunun Şuşanı atəşə tutması xəbəri düşmənin növbəti yalanıdır - MN
Ermənistan silahlı qüvvələrinin tərkibində Suriya və İraqdan gətirilmiş PKK-çıların olması faktdır - Hikmət Hacıyev
Ceyhun Bayramov BQXK-nın baş direktoru Roberto Mardini ilə görüşüb
Erməni aqressivliyi bütün Avropa qitəsi üçün təhlükə mənbəyidir - Piter Teys
Azərbaycan Ordusunun Xankəndini atəşə tutması xəbəri yalandır - MN
Abşeronda ər arvadını xüsusi amansızlıqla öldürdü
Gürcüstanda parlament seçkiləri keçirilir
Azərbaycan işğaldan azad etdiyi ərazilərində normal həyat qurmağa başlayır
Düşmənin saxta xəbərlərini şikayət edə biləcəyiniz sayt yaradılıb
İzmirdə daha bir zəlzələ
Hər bir azərbaycanlının əbədi qürur duyacağı Komandan
Bakıda avtomobil, Tovuz və Ağcabədidə ev yanıb
Ağcabədi rayonunun Qiyaməddinli kəndi atəşə tutulub
Braziliyada bir gündə koronavirusa 22 282 nəfər yoluxub
Qubadlını artilleriya atəşinə tutan düşmənin atəş nöqtələrinə cavab atəşi açılıb - MN
Azərbaycan Ordusunun silahlanmasında beynəlxalq hüquqla qadağan olunmuş heç bir silah və sursat yoxdur - MN
Britaniya qripə qarşı peyvəndlərin ixracını azaldacaq
Düşmənin məhv edilən hərbi texnikası - SİYAHI
Müdafiə Nazirliyi cəbhədə oktyabrın 31-nə olan son vəziyyəti açıqlayıb
Tərtər, Ağdam və Ağcabədi rayonlarının ərazisi artilleriya atəşinə tutulub - MN
Bakıda beşmərtəbəli binanın şaxtasında yanğın olub
Azərbaycan parlamentinin deputatları Qaqauziyada bir sıra görüşlər keçiriblər (FOTO)
ABŞ-da koronavirusa yoluxanların sayı 9 milyon nəfəri ötüb
İzmirdə zəlzələ nəticəsində ölənlərin sayı 24 nəfərə çatıb (FOTO/VİDEO) (ƏLAVƏ OLUNUB)
Norveçdə 5,6 bal gücündə zəlzələ olub
İtaliyada bir sutkada koronavirusa 31 mindən çox insan yoluxub
ANAMA cəbhəboyu ərazilərdə top mərmisi, bombacıq, radiopelenqator və mərmi qalıqları aşkar edib (FOTO)
Türkiyədə koronavirusdan sağalanların sayı 322 mini keçib
ATƏT-in Minsk Qrupu Cenevrə görüşü ilə bağlı bəyanat yayıb
Ceyhun Bayramovun ATƏT-in Minsk Qrupunun həmsədrləri və Ermənistan XİN rəhbəri ilə görüşü başa çatıb
Moskvada koronavirusdan daha 55 nəfər ölüb
Azərbaycan Ordusu mülki əhalini atəşə tutmur - Müdafiə Nazirliyi
"FranckMuller" saatlarının banisi Kəlbəcər rayonunda və Vecnəli kəndində qanunsuz qızıl axtarışı ilə məşğul olub - Hikmət Hacıyev
Bu gün Azərbaycan heç bir beynəlxalq hüququ tanımayan azğın Ermənistanla üz-üzədir - Deputat
Ekstremist "Zouaves Paris" qruplaşmasının rəhbəri Dağlıq ​​​​​​​Qarabağa vuruşmağa yola düşüb (FOTO)
"Modern Diplomacy"də Ermənistanın Dağlıq Qarabağın mədəni irsini məhv etməsi ilə bağlı məqalə dərc edilib
Düşmənin növbəti “Osa” ZRK-sı məhv edilib - MN (VİDEO)
Sahibə Qafarova İzmirdəki zəlzələ ilə əlaqədar türkiyəli həmkarına zəng edib (FOTO)
"Formula-1"də daha 9 nəfərdə koronavirus aşkarlanıb
Respublika Seysmoloji Xidmət Mərkəzi İzmirdə baş verən zəlzələ ilə bağlı müşahidələri davam etdirir
Ceyhun Bayramovun ATƏT-in Minsk Qrupunun həmsədrləri ilə görüşü baş tutub
Hikmət Hacıyev: Dualarımız Qardaş Türkiyə ilə birlikdədir
Birinci vitse-prezident Mehriban Əliyeva İzmirdə zəlzələ nəticəsində həlak olanların doğmalarına və yaxınlarına başsağlığı verib (FOTO)
Azərbaycanlı və gürcüstanlı ekspertlər arasında videokörpü keçirilib - REAL TV və Trend BİA-nın layihəsi
Xocalı soyqırımını törədənlərə qarşı ədalət psinsipi olmadığına görə ermənilər hərbi cinayətlərini davam etdirirlər - Deputat
Baş Nazir Əli Əsədov Pakistanın Azərbaycandakı səfiri ilə görüşüb
Azərbaycan Prezidenti xanım Berna Yılmaza başsağlığı verib
Prezident İlham Əliyev Rəcəb Tayyib Ərdoğana başsağlığı verib
“5+2 formulu”nun kompromis variant kimi təklifi artıq mənasını itirir - Qafqazşünaslıq İnstitutu
AZƏRTAC Ermənistanın Bərdəyə terror hücumları ilə bağlı beynəlxalq KİV-lərə müraciət edib
Düşmənə dəqiq zərbələr endirilib (VİDEO)
Ermənistan silahlı qüvvələri Tərtərin Ələsgərli kəndinə “Smerç” raketi atıb
Cəbhədə vəziyyət Azərbaycan Ordusunun nəzarəti altındadır - Anar Eyvazov
Əli Əsədov Türkiyənin Vitse-prezidenti Fuat Oktaya telefonla zəng edib
İzmirdə baş verən zəlzələ nəticəsində 30-40 kilometrlik seysmik xətt qırılıb
Vladimir Putin Təhlükəsizlik Şurasının üzvləri ilə Qarabağdakı vəziyyəti müzakirə edib
Ermənistan məhbusları Qarabağa göndərir
Müharibədən əziyyət çəkən məcburi köçkün ailələrinə yardım ediləcək (FOTO)
Ermənistan işğalçı dövlətdir - Daniel Pommier
Ermənistanın artilleriya atəşləri nəticəsində Goranboyda meşədə başlayan yanğın söndürülüb
İşğaldan azad olunmuş sərhəd zastavaları üzərində Azərbaycanın dövlət bayrağı dalğalanır
Azərbaycan öz ərazisində Vətən müharibəsi aparır və bizi heç kim dayandıra bilməz - Rus icmasının sədri (FOTO)
Bütün xəbərlər