...

Rusiya kütləvi informasiya vasitələri Azərbaycan Prezidenti İlham Əliyevin xalqa müraciətini yayımlayıb (FOTO)

Siyasət Materials 27 Sentyabr 2020 16:41 (UTC +04:00)
Rusiya kütləvi informasiya vasitələri Azərbaycan Prezidenti İlham Əliyevin xalqa müraciətini yayımlayıb (FOTO)

Trend-i buradan izləyin

Bakı. Trend:

Rusiya kütləvi informasiya vasitələri Azərbaycan Prezidenti İlham Əliyevin xalqa müraciətində səsləndirdiyi fikirləri geniş yayımlayıb.

Trend xəbər verir ki, Rusiyanın aparıcı informasiya agentlikləri, xəbər saytları və teleradio şirkətləri Azərbaycan Prezidenti İlham Əliyevin xalqa müraciətində səsləndirdiyi fikirlərə geniş yer ayırıblar.

TASS, “İnterfaks”, “RBK” agentlikləri, xəbər resursları Azərbaycan Prezidentinin Ermənistan silahlı qüvvələrinin ölkəmizin hərbçilərini və mülki əhalisini atəşə tutması, Azərbaycanın mülki əhalisi arasında itkilərin olması, Ermənistanın region üçün təhlükə yaratması, Azərbaycanın öz maraqlarını müdafiə etməsi barədə dediklərini oxucularına çatdırıb.

Rusiya KİV-lərinin materiallarında Prezidentin “Erməni əsgərinin bizim torpağımızda nə işi var?! Ermənistan ordusunun bizim torpağımızda nə işi var?! Heç kəs üçün sirr deyil ki, “Dağlıq Qarabağ ordusu”nun tərkibində olan şəxsi heyətin 90 faizi Ermənistan vətəndaşlarından ibarətdir. Ermənistan işğalçı dövlətdir, bu işğala son qoyulmalıdır və son qoyulacaqdır” sözləri yer alıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti