...

Belçikalı deputat: Beynəlxalq hüquq Azərbaycanın tərəfindədir

Siyasət Materials 29 Sentyabr 2020 17:12 (UTC +04:00)
Belçikalı deputat: Beynəlxalq hüquq Azərbaycanın tərəfindədir

Bakı. Elçin Mehdiyev - Trend:

Milli Məclisin Sədri Sahibə Qafarovanın tapşırığı ilə Azərbaycan-Belçika parlamentlərarası əlaqələr üzrə işçi qrupu ilə Belçika Parlamentinin Azərbaycan dostluq qrupunun rəhbəri, deputat Tim Vandenput arasında videokonfrans keçirilib.

Trend-in məlumatına görə, videokonfransda Azərbaycan-Belçika Dostluq Qrupunun rəhbəri, deputat Kamal Cəfərov, qrupun üzvləri deputatlar Nigar Arpadarai və Vüqar Bayramov Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı son vəziyyət, Ermənistanın Azərbaycana təcavüzü barədə geniş məlumat veriblər.

Belçika Parlamentinin deputatı Tim Vandeput Ermənistanın cəbhə xəttində hücumu nəticəsində həyatını itirən şəxslərə görə dərin hüznlə başsağlığı verib. O bildirib ki, hazırda baş verənlər çox aydındır: “Möhkəm olun, inanın ki, siz tarixin doğru tərəfindəsiniz və beynəlxalq hüquq çərçivəsindəsiniz".

T.Vandenput, həmçinin bildirib ki, Belçika da BMT-nin qeyri-daimi Təhlükəsizlik Şurasının üzvüdür. Bu görüş və verilən geniş məlumatı Belçikanın xairici işlər nazirinə çatdıracaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti