...

Fransa, Rusiya və ABŞ Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi üçün əlindən gələni edir

Siyasət Materials 30 Sentyabr 2020 15:37 (UTC +04:00)
Fransa, Rusiya və ABŞ Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi üçün əlindən gələni edir

Bakı. Nərgiz Sadıxova - Trend:

Fransa ATƏT Minsk qrupundakı rusiyalı və amerikalı tərəfdaşları ilə birgə Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi çərçivəsində dialoqun və siyasi prosesin bərpası üçün əlindən gələni edir.

Trend-in məlumatına görə, bu barədə Fransanın Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.

Bəyanatda qeyd olunur ki, ötən gün ölkə Prezidenti Emmanuel Makronun Ermənistanın baş naziri Nikol Paşinyan və Azərbaycan Prezidenti İlham Əliyevlə telefon danışıqlarında dediyi kimi, Fransa üçün əsas prioritet Dağlıq Qarabağda hərbi əməliyyatların dayandırılması və danışıqlar prosesinin bərpasıdır:

"Fransa ATƏT Minsk qrupunun həmsədri qismində rusiyalı və amerikalı həmkarları ilə birgə münaqişə tərəfləri ilə daimi təmasdadır. Onlar dialoqun və siyasi prosesin bərpası üçün əllərindən gələni edir. Fransa Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüququn normaları çərçivəsində danışıqlar yolu ilə uzunmüddətli həllinə sadiqliyini təsdiq edir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti